İranın ABŞ-a yeni təklifi: Gərginlikdə diplomatik dönüş mümkündürmü? - POLİTOLOQDAN AÇIQLAMA
İran və ABŞ arasında uzun müddətdir davam edən gərginlik fonunda diplomatik kanallarda yeni hərəkətlilik müşahidə olunur. Son məlumatlara görə, Tehran tərəfi Vaşinqtona münasibətlərin yumşaldılması və müəyyən məsələlər üzrə razılaşma əldə edilməsi məqsədilə yeni təkliflər paketi təqdim edib.
Bu təşəbbüslərin hansı istiqamətləri əhatə etdiyi və tərəflər arasında dialoqun hansı mərhələyə keçə biləcəyi beynəlxalq siyasi dairələrdə diqqətlə izlənilir. Mövcud vəziyyət Yaxın Şərqdə və qlobal siyasətdə gərginliyin azaldılması ilə bağlı ümidləri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, İranın ABŞ-a Pakistan vasitəsilə təkliflər təqdim etdiyi haqda yayılan məlumat təsdiq olunmasa da, reallığa yaxındır. Onun sözlərinə görə, Abbas Arakçının İslamabada səfərinin buna hesablandığı bəlli idi, Tramp da iki gün öncə "yeni təkliflər" aldıqlarını bildirmişdi: "Danışıqların qeyri-müəyyənliyi fonunda davam edən dəniz blokadası İran üçün perspektivləri çətinləşdirir. Mövcud vəziyyətdən çıxış yolu tapmaq və mümkün hərbi ssenarilərdən yayınmaq danışıqlarla bağlı müəyyənlik əldə etməkdən keçir.
Təklif üç konkret bənddən ibarətdir:
- ABŞ dəniz blokadasını aradan qaldırır;
- İran Hörmüz boğazını açır;
- Yalnız bundan sonra İranın nüvə proqramı ilə bağlı müzakirələr başlayır.
Danışıqların, elə müharibənin də əsas nüvəsini təşkil edən nüvə proqramı ilə bağlı bənd İran üçün iki taktiki gedişə hesablanıb:
1. ABŞ-ın mövqeyində loyallığa nail olmaq və danışıqlarda müəyyən inkişaf xətti yaratmaq;
2. Hörmüz boğazı ilə bağlı istəklərinin müəyyən hissəsini qəbul etdirmək.
Lakin buna qədər qət edilməli məsafə var: blokada və Hörmüz üzərində qarşılıqlı razılaşma əldə edilməlidir. Ki, bu, mümkün olacaqmı?
Dəniz blokadası ABŞ, "Hörmüz kartı" İran üçün əsas rıçaq olaraq qalır. Tərəflər çətin seçim qarşısındadırlar: ya qarşılıqlı güzəştə gedilməli, ya da "hansı tərəf sona qədər dözəcək" prinsipi ilə psixoloji və iqtisadi sınaqdan keçməlidir.
İkinci seçim hər iki tərəf üçün məqbul deyil, lakin birinci seçim - qarşılıqlı güzəştin mümkünlüyü də sual altındadır. Çünki Hörmüzün açılması məqsədilə dəniz blokadasına başlayan ABŞ boğazın müharibədən öncəki rejimdə işləməsini istəyir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 569 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 191 Sağlam yaşlanmağın 10 əsas qaydası
Sağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, ta
02.10.2026 205 "Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir
02.10.2026 185 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 125 Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?
Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar
02.10.2026 167 Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
02.10.2026 360 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 147 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 189 Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək
Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı
02.10.2026 194