Belə çıxır ki, bircə günahsız Məleykə Abbaszadədir - Ekspertdən SƏRT sözlər
Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin dünənki çıxışı zamanı müəllimlərlə bağlı səsləndirdiyi fikirlər xoşagələn deyil. Bu gün DİM-in tərtib etdiyi imtahan suallarını cavablandırmaqda müəllimlər də əziyyət çəkirsə, bu müəllimin deyil, DİM-in günahıdır. Məleykə Abbaszadə bunu etiraf edə bilmir, ona görə də müəllimləri günahlandırmaqla diqqəti yayındırır.
Bu sözləri Tribuna.az-a təhsil üzrə ekspert Ramin Nurəliyev DİM sədri Məleykə Abbaszadənin dünənki çıxışında müəllimlərlə bağlı səsləndirdiyi sözlərə cavab olaraq bildirib. Ekspert qeyd edib ki, əgər əksər müəllimlər də etiraf edirlərsə ki, suallar qəlizdir, bundan nəticə çıxarmaq lazımdır, kimisə günahlandırmaq yox:
"Heç bir müəllim demir ki, biz o sualların cavabını bilmirik və ya həll edə bilmirik. Müəllim deyir ki, hətta mənim də cavablandırmaqda əziyyət çəkdiyim sualları abituriyentlər necə cavablandırsın. Çünki suallar qəliz, uzun, çaşdıran və vaxtaparandır. Müəllim öyrədəndir, amma həm də öyrənəndir. Yenilikləri, yeni qaydaları öyrənir.
Bu gün müəllimlər üçün də imtahanlar var. Müəllim o imtahandan 80 faiz də toplaya bilər, 90 faiz də. Bu o demək deyil ki, 10 bal fərqi olan müəllim savadsızdır.
Bu gün DİM mütəxəssisləri, DİM müəllimləri üçün də biz suallar hazırlasaq, onlar da suallardan hansındasa çətinlik çəkə bilər, hansınısa bilməyə bilər. Ona görə də müəllimləri günahlandırmaq, hədəfə çevirmək yolverilməzdir. Xüsusilə bunu istehzayla demək qətiyyən yolverilməzdir və doğru deyil".
Ekspert bildirib ki, hər bir problemdə müəllimə yüklənmək, problemin başında müəllimi görmək düzgün deyil və nəticəsi yaxşı olmaya bilər:
"Müəllimlər daxil, ekspertlər də bildirirsə ki, suallar çətindir, burada artıq günahkar axtarmaq lazım deyil. DİM-in tərtib etdiyi sualların narazılıq yaratmasının, sualların qəliz, uzun, çaşdırıcı olmasının günahkarı müəllimlər, ekspertlər deyil. DİM hər il müəllimləri də, ekspertləri də, məktəbliləri də günahkar çıxarır. Sabah da valideynlər günahkar olacaq. Belə çıxır ki, gühanı olmayan bircə DİM və Məleykə Abbaszadədir.
DİM özü də başa düşür ki, bu il imtahanlar çətin oldu. Nəticə ötən illərdəki kimi deyil. Sadəcə öz səhvlərini, günahlarını etiraf edə bilmirlər. Müəllimləri hədəfə almaqla diqqəti yayındırırlar. İmtahan suallarını tərtib edənlər kimlərdisə, günahkar da onlardır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bizim dünya səviyyəli oyunçumuz yoxdur" - Kroos Almaniya millisini darmadağın etdi
"Real", "Bavariya" və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi sözlərini cilovlamayıb və Bundestimin Dünya çempionatını niyə erkən tərk etdiyini dürüst şəkildə izah edib:. "Hazırda dünya səviyyəli bir dənə də olsun oyunçumuz yoxdur. Bəli, dünya səviyyəli potensiala malik oyunçularımı
02.07.2026 352 ABŞ-ın Müstəqillik Günü: 250 illik azadlıq ənənəsi - KÖŞƏ YAZISI
Sabah ABŞ-da Müstəqillik Günü qeyd olunacaq. 1776-cı il iyulun 4-də qəbul edilən Müstəqillik Bəyannaməsi ilə ölkə Böyük Britaniyadan ayrıldığını elan edib və müstəqil dövlət kimi tarixə qədəm qoyub. Bu il isə ABŞ tarixində xüsusi əhəmiyyət daşıyır, çünki ölkə müstəqilliyinin 250 illiyini qeyd edir. Laki
10:16 125 III Çarlz Şahzadə Harrinin zənglərinə bu səbəbdən cavab vermirmiş
Böyük Britaniya kralı II Çarlzın oğlu Şahzadə Harri ilə münasibətlərinə dair yeni iddialar gündəmə gəlib. Məlumata görə, kral ailəsi üzrə ekspert Kinsey Skofild bioqraf Robert Jobsona istinadən bildirib ki, II Çarlz hələ Uels şahzadəsi olduğu dövrdə Harrinin tez-tez maliyyə yardımı istəməsindən naraha
02.07.2026 258 Bu ölkədə nəm salfetlərin satışı qadağan edilir
Böyük Britaniya plastik lif tərkibli birdəfəlik nəm salfetlərdən imtina etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Mindmegette" nəşri məlumat yayıb. Həm mağazalarda, həm də onlayn satışlara şamil ediləcək qadağa Birləşmiş Krallığın müxtəlif hissələrində mərhələl
02.07.2026 303 Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidləri
02.07.2026 241 Sea Breeze Marina Village-də "Mamounia Marina" Restoranı Fəaliyyətə Başladı
Xəzər sahilinin ən prestijli məkanlarından biri olan Sea Breeze Marina Village yeni gastronomik ünvanla zənginləşib. Mərakeş üslubu, Şərq qonaqpərvərliyi və müasir rahatlığı bir araya gətirən Mamounia Marina restoranı qonaqlarının istifadəsinə verilib. Restoran özünəməxsus konsepti, zərif interyeri v
02.07.2026 329 Rusiya üçün böyük problem: Yanacağın çatdırılması...
Moskvanı yanacaqla şəhərin özündə, eləcə də Ryazan, Nijni Novqorod və Yaroslavl vilayətlərində yerləşən dörd neft emalı zavodu təmin edir. Ukrayna hücumları nəticəsində isə həmin dörd zavodun hamısı zədələnib. xəbər verir ki, bu barədə "Vajnıe İstorii" məlumat yayıb. "Hazırda enerji şirkətlər
02.07.2026 274 Metroya yaxın mənzillərin kirayəsi niyə sürətlə bahalaşır?
"Son illərdə kirayə mənzil bazarında qiymət artımının əsas səbəblərindən biri keyfiyyətli və tam təmirli mənzillərə tələbatın təklifi üstələməsidir. Xüsusilə metro stansiyalarının yaxınlığında yerləşən yeni tikililərdə kirayə üçün boş mənzillərin sayı məhduddur ki, bu da qiymətlərin yüksəlməsin
02.07.2026 248 Bakıda DƏHŞƏT: 83 yaşlı kişinin bıçaqlanmış meyiti tapıldı
Bakıda müəmmalı ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1943-cü il təvəllüdlü İsmayıl Yusifovun üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Hadisənin motivi məlum deyil. Araşdırma aparılır
02.07.2026 303