Aktrisa "Günəşli" inşaatın rəhbərindən şikayətçidir: 16 minlik dələduzluq…

Aktrisa "Günəşli" inşaatın rəhbərindən şikayətçidir: 16 minlik dələduzluq…Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayevaya qarşı dələduzluq edilib. Aktrisa bildirib ki, "Günəşli" inşaatın rəhbəri Firutan Məmmədovun onun tikinti üçün verdiyi pulunu ələ keçirib.

Tribuna.az Moderator.az-a istinadən xəbər verir ki, G.Abdullayeva pulunu istədiyi zaman isə iş adamının onu təhqir etdiyini deyib:

"Firutan Məmmədovun məni aldadıb, dələduzluqla pullarımı əlinə keçirməsi azmış kimi məni təhqir etməkdən də çəkinmir. Deyir ki, "artistsən, artistlik etmə". Deyir ki, pul yoxdur. Deyirəm ki, maşınını sat, pulumu ver. Hədə-qorxu gələrək deyir ki, "bu maşın satmaq üçün yox, sənin üstündən keçmək üçündür, şikayət etsən gözləmədiyin yerdə üstündən keçəcəyəm.

35 ildir Azərbaycan mədəniyyətinə xidmət edirəm. Heç vaxt ağlıma gəlməzdi ki, hansısa şirkət sahibi məni aldadar, pulumu dələduzluqla əlinə keçirər. Bir gün yutub sosial platformasında gördüm ki, "Günəşli İnşaat" MTK minimum ödənişlə, qalanı isə hissə-hissə ödəməklə həyət evləri tikir. Yarı pulu ödənildikdə ev təhvil verilir, qalan pul içində yaşayaraq ödənilir. Bu elan diqqətimi çəkdi. Ofisləri Hövsanda idi. Gedib maraqlandım. Dedim ki, mənə ərazini göstərin. Aparıb Türkan-Hövsan yolunda bir məhəllə göstərib dedilər ki, buranı biz salmışıq. Küçəyə baxanda bilinirdi ki, köhnə məhəllədir. Orada yarıtikili evlər, qum, daş görüb inandım. Sən demə, o məhəllədə 5-10 ev tikiblər. Məhəlləni bunlar salmayıb. Ofislərində gəldik. Müqavilənin notariusda bağlanılmasını təklif edəndə dedilər ki, ofis şəraitində bağlayacağıq. Pandemiyadan sonra, 5 iyun, 2023-cü ildə sonuncu 1500 azn ödədim və gördüm ki, bunlar heç bir daş da mənim üçün almayıblar. Artıq pandemiya bitdi. Nə iş görüldüyünü soruşduqda ilk göstərdikləri yeri deyil, digər yerlərdə başqaları üçün tikdikləri, onların qəbul etmədiyi yarıtikililəri göstərərək "bunu sənin üçün bitirək" dedilər. Dedim ki, başlayın, bitirin. İnşaat rəhbəri Firutan Məmmədov dedi ki, qalan pulu da ver tikilini bitirək. Mən etiraz etdim ki, sən iş görməyə-görməyə məndən hələ də pul istəyirsən. O ildən bu ilə mən "Günəşli inşaat"-dan nə pulumu ala bilirəm, nə də evimi. Ümumi yazısı, qolu ilə Firutan Məmmədova 13.350 azn manat pul ödəmişəm. Hələ yazısız ödədiklərim də var. Deyirdilər ki, özümüzdə qeyd edirik. Təxminən 16 mindən çox pulumu ələ keçiriblər. Bu gün həmin şirkətin nə ofisi, nə kompyuteri, nə də işçiləri var".

Aktrisa bildirib ki, iş adamından çox müştəri şikayət edib. O, iş adamının ona 16 min manat ödəməli olduğunu söyləyib:

"Firutan Məmmədov haqda sosial şəbəkələrdə, saytlarda, internet səhifələrində bütün məlumatlar var. Mən hələ sonuncuyam, gör mənə kimi nə qədər insan ondan narazıdır! Tutaq ki, mən yalan deyirəm, bəs bu qədər insan da yalan danışır?! Onun səs yazıları da məndədir. Hamısını lazımı orqanlara vermişəm. Camaatı təhqir edir. Mənim tanıdığım 88 insan ondan şikayət edib. Mən onu nə təhqir etmişəm ki?! Demişəm ki, pulumu ver də. Sənin nə ofisin var, nə də ödəniş cədvəlin! Göstər də ofisini, gəlib orada çəkiliş etsinlər! Günü-günə satır, həftəni-aya calayır. Hami bilir ki, o çoxdanın dələduzudur. Bilirəm ki, əvvəl-axır həbs olunacaq. Dövlətimizə, onun qayda-qanunlarına inanıram. Onun heç bir sözü bir-birinə uyğun gəlmir. Mən pulumu istəyirəm. Deyir ki, "pulum yoxdur, gəl öldür məni". İşçiləri onu qoyub qaçıb. Bu insanın möhürlü peçatı da saxtadır. Bir torpağı 10 nəfərə satan insandan nə gözləyəsən?! Başqasının evini göstərib, mənə deyir ki,, sənin üçün tikmişəm. Özünü xeyriyyəçi kimi göstərir. Hələ də yutubdan reklamlarını yığışdırmayıb, hələ də ona inananlar var. Aidiyyatı orqanlar onun bu əməllərindən xəbərdardırlar. Onu bütün Hövsan, Suraxanı tanıyır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 607   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərkəzi Afrika Respublikasında faciə: Şəhər silahlıların nəzarətinə keçdi

Naməlum silahlı şəxslər Mərkəzi Afrika Respublikasının (MAR) Vakaqa prefekturasında yerləşən Am Dafok şəhərini ələ keçiriblər. xəbər verir ki, bu barədə Ndeke Luka radiosu yerli mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hücum nəticəsində azı 28 nəfər həlak olub, daha 25 nəfər isə yaralanıb. Yerl

10:51 78
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

10:10 122
.

SEA BREEZE-də CASPIAN MOTOR SHOW keçirildi

Azərbaycan Avtomobil Dilerləri Assosiasiya təşkilatçılığı 26-28 iyun tatixlərində Sea Breeze Resortda "Caspian Motor Show 2026"ı avtomobil sərgisi keçirildi. Sərgidə 17 avtomobil markasını təmsil edən 50 dən çox müxtəlif modellər nümayiş olundu. Bununla yanaşı golf avtomobilləri, motosikl v

02.07.2026 303
.

Sevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə

"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur. xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub. Gündəlik həyatd

02.07.2026 328
.

İsrail Qəzza zolağında HƏMAS hədəflərinə zərbələr endirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus olduğu bildirilən bir sıra hədəflərə hava zərbələri endirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, əməliyyat zamanı HƏMAS-ın hərbi infrastruktur obyektləri və silahlı qruplaşmanın fəaliyyət göstərdiyi iddia edilə

02.07.2026 286
.

"Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar. Onlar bildiriblər ki, binada yaşadıqları halda söküntü işlərinə başlanılıb. Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzal

11:01 76
.

Əri onun aldığı pendirdən zəhərlənib öldü - Firmadan təzminat TƏLƏBİ

Böyük Britaniyada bir qadın sevgililər günündə həyat yoldaşına hədiyyə etdiyi pendirin onun ölümünə səbəb olduğunu iddia edərək istehsalçı şirkətə qarşı 200 min funt sterlinqdən çox məbləğdə təzminat iddiası qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə, Karina Parksın həyat yoldaş

02.07.2026 302
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.29% azalaraq 4.070 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.18% ucuzlaşaraq 60.40 ABŞ dolları təşkil edib

02.07.2026 246
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək

02.07.2026 228
.

TOP MP3