Buraxılış imtahanında İngilis dilindən esse yazısı: Şagirdlər hazırdırmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son illərdə buraxılış imtahanlarının formatında edilən dəyişikliklər, xüsusilə İngilis dili üzrə esse yazı tapşırığının əlavə olunması şagirdlər və valideynlər arasında müzakirələrə səbəb olub. Əsas suallardan biri isə budur: adi orta məktəb proqramı ilə təhsil alan şagird bu cür yazı tapşırığının öhdəsindən gələ bilərmi? Məktəb proqramı şagirdlərə müəyyən baza bilikləri versə də, esse yazmaq yalnız qrammatika və söz ehtiyatı ilə məhdudlaşmır.
Burada məntiqi düşünmə, fikri strukturlaşdırma və arqument qurmaq bacarığı da mühüm rol oynayır. Bu isə bir çox hallarda əlavə məşq və praktik yanaşma tələb edir. Digər tərəfdən, düzgün yanaşma və davamlı praktika ilə orta məktəb səviyyəsində olan şagirdlər də sadə, lakin məntiqli esse yazmaq qabiliyyətinə yiyələnə bilərlər.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, əlbəttə yaza bipməlidir. Onun sözlərinə görə, şagird orta məktəb biliyi ilə uğurlu esse yazmaq üçün mürəkkəb fəlsəfəyə deyil, sabit şablona və sadə məntiqə söykənməlidir: "Əsas sirr Azərbaycan dilindəki uzun və qəliz cümlələri ingiliscəyə tərcümə etmək yox, fikri "Mübtəda + Xəbər + Tamamlıq" düsturu ilə ən sadə formaya salmaqdır. Şagird mütləq dörd paraqrafdan ibarət (Giriş, Arqument, Nəticə) "yol xəritəsi" çəkməli və hər bir fikrini konkret bir nümunə ilə möhkəmləndirməlidir.
Mətni zəngin göstərən amil nadir sözlər deyil, keçid sözlərinin yerində işlədilməsidir. Sonda isə ən vacib məqam vaxt saxlayıb yazını qrammatik və orfoqrafik səhvlər üçün təkrar oxumaqdır. Düzgün struktur və səhvsiz sadə ingilis dili imtahanda ən yüksək balı təmin edir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 628 Tarix: 29 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 191 Sağlam yaşlanmağın 10 əsas qaydası
Sağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, ta
02.10.2026 205 "Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir
02.10.2026 185 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 125 Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?
Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar
02.10.2026 167 Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin
02.10.2026 360 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 147 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 189 Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək
Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı
02.10.2026 194