Ukrayna-İsrail arasında taxıl qalmaqalı: Diplomatik gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMA

Ukrayna-İsrail arasında taxıl qalmaqalı: Diplomatik gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMASon günlərdə Ukrayna ilə İsrail arasında taxıl ticarəti ilə bağlı yaranan qalmaqal iki ölkə arasında diplomatik gərginliyi artırıb. Rəsmi Kiyev iddia edir ki, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən əldə edilən və "oğurlanmış" hesab olunan taxıl İsrail limanlarına daxil olur və bu, beynəlxalq hüquqa zidd ticarət kimi qiymətləndirilir. Ukrayna prezidenti Vladimir Zelenski bu cür daşımaların qeyri-qanuni olduğunu vurğulayaraq, bu prosesdə iştirak edən tərəflərə qarşı sanksiyaların tətbiq oluna biləcəyini bildirib.

İsrail isə ittihamları qəbul etməyərək, kifayət qədər hüquqi sübut təqdim olunmadığını və məsələnin araşdırıldığını açıqlayıb. Beləliklə, taxıl ətrafında yaranan bu qalmaqal yalnız iqtisadi məsələ olaraq qalmır, həm də geosiyasi münasibətlərə təsir edən yeni bir diplomatik böhran kimi qiymətləndirilir.
Ukrayna-İsrail arasında taxıl qalmaqalı: Diplomatik gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəm ki, bu böhrana səbəb olan əsas məsələ bir müddətdir qlobal mediada müzakirə olunan Ukraynanın işğal olunmuş ərazilərindəki taxıl ehtiyatlarının Rusiya tərəfindən qeyri-qanuni olaraq bu və ya digər formada satışa çıxarılması və İsrailin alıcı qismində çıxış etməsi ilə bağlıdır. Onun sözlərinə görə, Ukraynanın iddiaları ona əsaslanır ki, kifayət qədər faktoloji məlumatlar var: "İsrail Ukrayna ərazilərində yəni Ukraynanın suveren torpaqlarında istehsal olunmuş taxıl ehtiyatlarının Rusiya vasitəsi ilə satışında qəbul edib və alıcı qismində çıxış edib. Baxmayaraq ki, müharibənin ilk günlərindən bu günə qədər İsrail ilə Ukrayna arasındakı münasibətlər hər zaman müsbət dinamika ilə inkişaf edib və İsrail Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəkləyib. Amma müharibənin beş ildir davam etməsi və Rusiyaya qarşı sanksiyaların kifayət qədər yumşaldığı mərhələlərin müşahidə edilməsi düşünürəm ki, Ukraynanın ikitərəfli və çoxtərəfli münasibətlərində də bir çox istiqamətdə gərginliyə səbəb olan əsas məqamlardan biridir.

Çünki biz artıq istər enerji ehtiyatları ilə bağlı olsun, istər Rusiyanın digər təbii sərvətlərinin və işğal altında olan əraziləridəki sərvətlərinin satışı ilə bağlı olsun bu və ya digər formada dövlətlərlə olan münasibətlərini davam etdirmək cəhdlərini müşahidə edirik və qarşılıqlı əlaqələrin bir çox istiqamətdə beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımlarıda təşviq etdiyi istisna edilməməlidir. İddialar kifayət qədər sərt və kifayət qədər arqumentlərlə əsaslandırılmağa çalışılır. Amma düşünürəm ki, həm İsrail tərəfinin həmdə Ukrayna tərəfinin bu istiqamətdə atacağı ən önəmli addım münasibətlərin qırılma nöqtəsinə gəlməsinə icazə vermədən böhranın aradan qaldırılmasına nail olmaqdır.

Çünki indiki məqamda Ukrayna üçün yeni bir gərginliyin yaradılması yada digər dövlətlərə olan münasibətlərində böhrana səbəb ola biləcək addımların atılması düşünürəm ki, heçdə arzu olunan deyil. Qarşılıqlı olaraq anlaşılmazlığa səbəb olan taxıl böhranının qısa müddətdə həll olunması həm Ukraynanın həm Ukrayna-İsrail münasibətlərinin gələcəyi üçün düşünürəm ki, daha müsbət təsirlərə sahib ola bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 637   Tarix: 29 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 191
.

Sağlam yaşlanmağın 10 əsas qaydası

Sağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, ta

02.10.2026 205
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 185
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 125
.

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar

02.10.2026 167
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

02.10.2026 360
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 147
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 189
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

02.10.2026 194
.