Şahin Bağırov "Temu" bağlamalarının gecikmə səbəbini açıqladı

Şahin Bağırov "Temu" bağlamalarının gecikmə səbəbini açıqladıDövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bir müddət əvvəl "Temu"dan gətirilən məhsulların gömrük yoxlanışının gecikməsi məsələsindən danışıb.

"Qafqazinfo" xəbər verir ki, komitə sədri bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı söz açıb.

O qeyd edib ki, ölkəmizdə elektron ticarətlə bağlı 300 dollar limit mövcuddur. Limitin dəyişdirilməsi ilə bağlı məsələ yoxdur: "Lakin qonşu ölkələrə baxsaq, vətəndaşların şəxsi istifadəsi üçün zəruri olan mallar üçün olan güzəştlər aradan qaldırılıb. Məsələn Türkiyədə fevralın 1-dən artıq güzəşt yoxdur. Amma bizim ölkədə 300 dollar məbləğində güzəşt tətbiq olunur. Bizdə təxminən 1 milyondan çox insan elektron ticarətlə məşğuldur, 18 milyon isə bəyannamə olur. Əvvəl bəyannəmənin sayı az idi, indi say artır. Axı getdikcə rəqəmlər artır, bunun uçotunu yaratmaq lazımdır. Bəzən insanlar elektron ticarət mövzusunda sui-istifadə hallarına yol verir. Yəni bir adam özünün ticarət etdiyi həcmdə mal alır və hissə-hissə müxtəlif insanların adına bölərək gətirir.

"Temu" məsələsinə gəldikdə isə, Azərbaycanda birdən-birə "Temu"dan alınan yüklərin həcmi artdı. Bizə elektron məlumat verilmədən, birdən-birə süni şəkildə yüklər gətirilib hava linanına qoyuldu. Axı ünvanı, məhsulu yoxlamaq lazımdır. Ona görə də biz məcbur olduq balansı qoruyaq. Çünki elektron ticarətlə sadəcə istehlak məhsulu gətirilmiyə bilər, dərmanlar, psixotrop maddələr də gətirilə bilər. Ona görə gömrük yoxlanılması vacibdir. Əgər biz onu dəqiqliklə yoxlamasaq, elə siz deputatlar bizə deyərsiniz ki, gömrük orqanları yoxlamır. Buna görə, bir müddət, təqribən 2 həftə "Temu"dan gətirilən məhsulların gömrük gecikməsi oldu, amma artıq öz resurslarımızla o məsələni həll etdik. Həmçinin "Temu"nun qarşısında məsələ qoyduq ki, məlumatları əvvəlcədən verin", - komitə sədri bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 923   Tarix: 29 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 191
.

Sağlam yaşlanmağın 10 əsas qaydası

Sağlam və gümrah yaşlanmaq üçün tədbirlərə yaşlılıq dövrünü gözləmədən, gənc yaşlardan başlamaq vacibdir. Daxili xəstəliklər və geriatrı üzrə mütəxəssis Prof. Dr. Berrin Karadağ sağlam yaşlanma üçün 10 əsas qaydanı açıqlayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ilk növbədə tərəvəz, meyvə, ta

02.10.2026 205
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 185
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 125
.

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar

02.10.2026 167
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

02.10.2026 360
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 147
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 189
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

02.10.2026 194
.