Rusiyada miqrantlar üçün rüsumlar artırılır

Rusiyada miqrantlar üçün rüsumlar artırılırRusiya Dövlət Duması miqrantlar üçün Rusiya vətəndaşlığının alınmasına görə rüsumun 12 dəfə artırılmasına dair qanun layihəsinə prioritet qaydada baxacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz "Telegram" kanalında məlumat verib.

Spikerin sözlərinə görə, Rusiya pasportunun alınmasına görə rüsumun 4200 rubldan (təxminən 95 AZN) 50000 rubla (təxminən 1130 AZN) qədər artırılması planlaşdırılır.

Bundan əlavə, Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə görə rüsum 8 dəfə artırılaraq 1920 rubldan (təxminən 43 AZN) 15000 rubla (təxminən 340 AZN) çatdırılacaq. Yaşayış icazəsinin verilməsi üçün ödənişin isə 5 dəfə artırılaraq 6000 rubldan (təxminən 135 AZN) 30000 rubla (təxminən 680 AZN) çatdırılması təklif olunur.

Volodin qeyd edib ki, bu tədbirlər miqrasiya sahəsində qaydaların daha da nizamlanmasına kömək etməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 664   Tarix: 29 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya raket və dron hücumu həyata keçirərkən Kiyevdə gecə partlayışlar baş verir

Rusiya cümə axşamı səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə yüzlərlə dron və onlarla raket ataraq yaşayış binalarını dağıdıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, gecə ərzində paytaxtda baş verən çoxsaylı partlayışlar nəticəsində binalar silkələnib və əks-səda verib, ən azı 13 nəfər ölüb, onlarl

02.07.2026 234
.

Rusiya neftindən tam imtina edirlər

Gürcüstanın Kulevi limanında yerləşən neft emalı zavodu 2026-cı ilin avqust-sentyabr aylarından etibarən Rusiya mənşəli xam neftin idxalından tam imtina edəcək. xəbər verir ki, bu barədə zavodun sahibi olan "Black Sea Petroleum" (BSP) şirkəti məlumat yayıb. Şirkətin açıqlamasında bildirili

02.07.2026 264
.

Valideynlərin əsas sualı: Telefon olmadan övladımız nə dərəcədə təhlükəsizdir?

"Məktəblərdə mobil telefonlardan istifadənin qadağan olunması təhsil mühitinin sağlamlaşdırılması istiqamətində atılmış cəsarətli addım kimi qiymətləndirilə bilər. Lakin bu qərarın təhlükəsizlik aspekti tam şəkildə təmin olunmadıqda, həm valideynlər, həm də cəmiyyət üçün ciddi narahatlıq doğurur"

02.07.2026 246
.

İran və ABŞ arasında dolayı danışıqlar iyulun 18-də davam etdiriləcək

İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqların növbəti mərhələsinin iyulun 18-də keçirilməsi planlaşdırılır. Məlumata görə, danışıqlar yenə vasitəçilərin iştirakı ilə dolayı formatda aparılacaq. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, görüşün hansı ölkədə baş tutacağı isə hələli

02.07.2026 229
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.29% azalaraq 4.070 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.18% ucuzlaşaraq 60.40 ABŞ dolları təşkil edib

02.07.2026 239
.

III Çarlz Şahzadə Harrinin zənglərinə bu səbəbdən cavab vermirmiş

Böyük Britaniya kralı II Çarlzın oğlu Şahzadə Harri ilə münasibətlərinə dair yeni iddialar gündəmə gəlib. Məlumata görə, kral ailəsi üzrə ekspert Kinsey Skofild bioqraf Robert Jobsona istinadən bildirib ki, II Çarlz hələ Uels şahzadəsi olduğu dövrdə Harrinin tez-tez maliyyə yardımı istəməsindən naraha

02.07.2026 257
.

"Bizim dünya səviyyəli oyunçumuz yoxdur" - Kroos Almaniya millisini darmadağın etdi

"Real", "Bavariya" və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi sözlərini cilovlamayıb və Bundestimin Dünya çempionatını niyə erkən tərk etdiyini dürüst şəkildə izah edib:. "Hazırda dünya səviyyəli bir dənə də olsun oyunçumuz yoxdur. Bəli, dünya səviyyəli potensiala malik oyunçularımı

02.07.2026 342
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

02.07.2026 270
.

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq

Sabah Bakının 4 rayonunun bəzi ərazilərində suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə "Report"a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenis

02.07.2026 366
.

TOP MP3