Əhalinin gəlirinin böyük hissəsinin ərzağa xərclənməsi yoxsulluq göstəricisidir? - İQTİSADÇIDAN AÇIQLAMA

Əhalinin gəlirinin böyük hissəsinin ərzağa xərclənməsi yoxsulluq göstəricisidir? - İQTİSADÇIDAN AÇIQLAMASon dövrlər Azərbaycanda ərzaq məhsullarının qiymətində müşahidə olunan artım ailə büdcəsinə təsiri ilə bağlı müzakirələri daha da gücləndirib. İqtisadçı Natiq Cəfərli hesab edir ki, əhalinin gəlirlərinin böyük hissəsini ərzaq məhsullarına xərcləməsi yoxsulluğun əsas göstəricilərindən sayılır.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə insanlar qazancının daha az hissəsini qidaya sərf edir. Bəs həqiqətənmi ailə büdcəsində ərzaq xərclərinin yüksək paya sahib olması ölkədə yoxsulluq göstəricisi hesab oluna bilər?
Əhalinin gəlirinin böyük hissəsinin ərzağa xərclənməsi yoxsulluq göstəricisidir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli, iqtisadiyyatda bu fikir ümumiyyətlə doğru qəbul olunur. Onun sözlərinə görə, bu yanaşma "Engel qanunu" adlanır: "Alman statistiki Ernst Engel göstərirdi ki, insanın gəliri artdıqca ərzağa xərclədiyi pul nominal olaraq artsa belə, ümumi gəlirdə ərzağın payı azalır. Yəni kasıb ailələr gəlirlərinin daha böyük hissəsini qidaya sərf edir.

Yəni Natiq bəyin dediyi fikir iqtisadi baxımdan əsaslıdır. Dünyada iqtisadçılar uzun illərdir hesab edir ki, insanların gəlirlərinin böyük hissəsini ərzağa xərcləməsi həyat səviyyəsinin aşağı olmasının əsas göstəricilərindən biridir. Çünki gəliri az olan insan əvvəlcə ən vacib ehtiyaclarını - yemək, çörək, gündəlik qida məhsullarını qarşılamağa çalışır. Bu səbəbdən onun gəlirinin böyük hissəsi məhz ərzağa gedir və digər sahələrə pul ayırmaq çətinləşir.

Gəliri yüksək olan insanlarda isə vəziyyət fərqli olur. Onlar qidaya daha keyfiyyətli və baha məhsullar alsalar belə, ümumi gəlirlərinə nisbətdə ərzağa daha az faiz xərcləyirlər. Çünki gəlirlərinin bir hissəsi təhsil, sağlamlıq, səyahət, istirahət, texnologiya, yığım və investisiya kimi sahələrə yönəlir. Bu da iqtisadi rifahın daha yüksək olduğunu göstərir.

Məsələn, əgər bir ailə aylıq gəlirinin yarısından çoxunu yalnız qidaya sərf edirsə, bu o deməkdir ki, həmin ailənin digər ehtiyaclarını rahat şəkildə qarşılamaq imkanı məhduddur. Xüsusilə inflyasiya və qiymət artımı dövründə bu vəziyyət daha çox hiss olunur. İnsanlar maaş artsa belə, qazancın böyük hissəsi yenə də market və gündəlik tələbat mallarına gedirsə, real alıcılıq qabiliyyəti zəif qalır.

Amma bununla yanaşı, təkcə ərzağa xərclənən faizlə bütün ölkənin rifahını ölçmək də düzgün olmaz. Burada maaş səviyyəsi, kirayə qiymətləri, kommunal xərclər, dövlət dəstəyi, inflyasiya və insanların ümumi yaşayış imkanları da nəzərə alınmalıdır. Yəni bu göstərici vacibdir, amma yekun nəticə çıxarmaq üçün digər iqtisadi faktorlarla birlikdə qiymətləndirilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1007   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 127
.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər

ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav

10:30 124
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 100
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 139
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 432
.

"Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas

11:18 112
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 141
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 445
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 165
.