Qida təhlükəsizliyi: düyü seçimi və saxlanma qaydaları

Qida təhlükəsizliyi: düyü seçimi və saxlanma qaydaları"Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də fiziki baxımdan məntiqsiz hesab olunur. Plastik qranulların istehsal xərcləri təbii düyünün becərilməsi və emalından daha yüksəkdir. Belə olduğu halda heç bir istehsalçı daha baha başa gələn məhsulu daha ucuz qiymətə satmaz. Adətən saxtalaşdırma daha ucuz materiallarla həyata keçirilir".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, plastik polimerlər bişirmə zamanı suyu udub şişmir, əksinə yüksək temperaturda əriyərək yapışqan kütləyə çevrilir. Təbii düyü isə bişdikdə nişasta tərkibli olduğu üçün yumşalır və bişir. Əgər düyü qazanda normal şəkildə bişirsə, bu onun bitki mənşəli olduğunu göstərir:

"Bişməyən düyü halları isə adətən yüksək amiloza tərkibli uzun dənəli düyülərdə müşahidə olunur. Amiloza dənələrin bir-birindən ayrılmasını təmin edir və onların gec yumşalmasına səbəb olur.

Evdə sadə testlər də aparmaq mümkündür. Bir qaşıq düyünü suya atdıqda təbii düyü adətən dibə çökür. Səthdə qalan dənələr isə çox vaxt keyfiyyətsiz və ya zədələnmiş olur.

Digər üsul isə yandırma testidir. Plastik material yanarkən kəskin kimyəvi qoxu və qara tüstü əmələ gətirir, təbii düyü isə qovrulmuş taxıl və ya popkorn qoxusu verərək kömürləşir.

Qidanın dad fərqləri isə onun saxta olmasından çox, istehsal və yetişdirilmə şərtləri ilə bağlıdır. Müasir kənd təsərrüfatında məhsuldarlıq və daşınmaya davamlılıq əsas meyar kimi götürülür. İntensiv əkinçilik torpaqdakı mineralları azaldır və bu da bitkilərin aromatik birləşmələrinin tam formalaşmasına təsir edir.

Eyni hal meyvə və tərəvəzlərdə də müşahidə olunur. Uzaq məsafəyə daşınma üçün məhsullar çox vaxt kal yığılır və anbarlarda süni üsullarla yetişdirilir. Bu isə dad və şəkər-turşu balansına təsir göstərir.

Düyünü bişirməzdən əvvəl onu soyuq suda yaxşıca yumaq tövsiyə olunur. Bu, səthdəki artıq nişastanı və tozu təmizləyir.

Düyü quru və sərin yerdə saxlanılmalıdır. Bişdikdən sonra isə otaq temperaturunda 2 saatdan artıq saxlanması məsləhət görülmür. Çünki bu şəraitdə Bacillus cereus food poisoning kimi bakteriyalar inkişaf edərək toksin ifraz edə bilər və qida zəhərlənməsinə səbəb ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 514   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 127
.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər

ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav

10:30 124
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 100
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 139
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 432
.

"Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas

11:18 112
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 141
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 445
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 165
.