Hesabatların gecikdirilməsinə görə 10 000 manatadək sanksiya
"Vergilər Məcəlləsinə əsasən, vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı öhdəliklərin pozulmasına görə müxtəlif maliyyə sanksiyaları nəzərdə tutulur. Qanunvericilik vergi hesabatının və ya tələb olunan məlumatların təqdim edilməməsi, yaxud müəyyən edilmiş müddətlərdə gecikdirilməsinə görə 40 manat, 100 manat, hətta hallardan asılı olaraq 10 000 manatadək maliyyə sanksiyalarının tətbiqini mümkün edir".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, az miqdarda vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma inzibati məsuliyyət yaradır. Bu halda tətbiq edilən cərimə məbləği yayınılmış vergi və ya ödənişlərin 30 faizindən 70 faizinə qədər müəyyən edilir. Qanunvericilikdə "az miqdar" dedikdə 50 min manatdan yuxarı olmayan məbləğ nəzərdə tutulur. Həmçinin, bu əməli ilk dəfə törədən şəxs vurulmuş ziyanı tam ödədiyi halda inzibati məsuliyyətdən azad edilə bilər:
"Vergilərin və məcburi sosial ödənişlərin ödənilməsindən yayınma "xeyli miqdar" həddini keçdikdə artıq cinayət məsuliyyəti yaranır. Bu halda cəza olaraq vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə, iki ilədək islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək azadlıqdan məhrumetmə tətbiq oluna bilər.
Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya külli miqdar hesab edildikdə cəza daha da ağırlaşır. Bu halda vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ildən beş ilədək azadlıqdan məhrumetmə, həmçinin müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə tətbiq edilə bilər.
Əgər əməl xüsusilə külli miqdar hesab edilərsə, cəza daha sərt olur. Belə hallarda vurulmuş ziyanın (və ya əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək azadlıqdan məhrumetmə, həmçinin üç ilədək müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə nəzərdə tutulur.
Qanunvericiliyə əsasən, "xeyli miqdar" 50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləği, "külli miqdar" 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləği, "xüsusilə külli miqdar" isə 500 min manatdan yuxarı olan məbləği ifadə edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 652 Tarix: 18 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident YAP-ın VIII Qurultayında - Foto
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib
10:00 127 ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər
ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav
10:30 124 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 100 Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?
Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır
12:06 139 Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 432 "Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"
"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas
11:18 112 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
13:15 141 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 445 Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə
11:38 165