ABŞ və İsrailin İrana mümkün hücum iddiaları: regionda gərginlik yenidən artır - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İsrailin İrana mümkün hücum iddiaları: regionda gərginlik yenidən artır - POLİTOLOQDAN AÇIQLAMAABŞ və İsrailin İranla bağlı hərbi gərginliyi yenidən kritik mərhələyə daxil olub. The New York Times-ın iki Yaxın Şərq rəsmisinə istinadən yaydığı məlumata görə, iki ölkə bu həftə ərzində İrana qarşı yeni hücumların bərpasını müzakirə edir və hətta mümkün hərbi əməliyyatların yaxın günlərdə həyata keçirilə biləcəyi ehtimal olunur.

Məlumata əsasən, tərəflər arasında "intensiv hazırlıq" prosesi gedir və hərbi variantlar arasında həm genişmiqyaslı hava zərbələri, həm də xüsusi əməliyyatlar ssenarisi nəzərdən keçirilir. Rəsmi təsdiq olunmayan bu iddialar Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da artırıb və beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə yönəldib.

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ABŞ və İsrailin İrana qarşı mümkün hərbi addımları ilə bağlı yayılan məlumatlar regionda onsuz da yüksək olan gərginliyi daha da artırır, lakin bu cür xəbərlərə ehtiyatla yanaşmaq lazımdır. Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi ritorikanın güclənməsi adətən həm daxili siyasi auditoriyaya, həm də qarşı tərəfə mesaj vermək məqsədi daşıyır: "Bəzən belə məlumatlar real əməliyyatdan daha çox diplomatik təzyiq vasitəsi kimi istifadə olunur. Lakin eyni zamanda risklərin artdığını da istisna etmək olmaz. İran ətrafında hər hansı eskalasiya yalnız region ölkələrini deyil, qlobal enerji bazarlarını və beynəlxalq təhlükəsizlik balansını da birbaşa təsirləndirə bilər.

Ona görə də böyük güclərin hər bir addımı çox ciddi nəticələr doğura bilər və diplomatik kanalların açıq saxlanılması vacibdir. Hazırkı mərhələdə əsas sual hərbi əməliyyatların nə vaxt baş verəcəyi deyil, ümumiyyətlə bu gərginliyin diplomatik yolla yumşaldılıb-yumşaldıla bilməyəcəyidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 592   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 127
.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər

ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav

10:30 124
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 100
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 139
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 432
.

"Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas

11:18 112
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 141
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 445
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 165
.