"50 dəqiqəsi 25 manat" - Qadınların dəb anlayışı, xərçəng yaradır
"5 dəqiqəsi 5 manat", "50 dəqiqəsi 25 manat" kimi reklamlarla yaz-yay aylarında sosial şəbəkələrdə və gözəllik salonlarında tez-tez rastlaşmaq mümkündür. Yay mövsümü yaxınlaşdıqca "zaqar" bədənə sahib olmaq istəyənlərin sayı artır və bir çox qadın saatlarla günəş altında qalmaq əvəzinə solyari cihazlarına üstünlük verir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, qısa zamanda qaralma effekti verən bu cihazlar ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Dermatoveneroloq Quba Rüstəmova Lent.az-a açıqlamasında bildirib ki, solyari qəbulu, hətta dəri xərçəngi də yarada bilər:
"Solyari səthi yanıq effekti yaradaraq dərini qurudur. Nəticədə dəridə qırışlar, həssaslıq, qabıqlanma, hətta yanıqlar əmələ gələ bilər. Bundan başqa, solyari qəbulu kumulyativ təsir göstərir. Yəni insan hər dəfə qəbul etdikcə ultrabənövşəyi şüaların təsiri dəridə toplanır və illər keçdikcə dəri xərçəngi riski daha da artır.
Solyaridən sonra qətiyyən günəşlənmək olmaz. Çünki dəri artıq ultrabənövşəyi şüalara məruz qalıb və daha həssas vəziyyətə düşür. Belə halda dəridə yanıq, ləkə və qıcıqlanma ehtimalı artır. Solyaridən sonra dəriyə xüsusi qulluq edilməli, nəmləndirici vasitələrdən istifadə olunmalı və bol maye qəbul edilməlidir".
Həkim bəzi xəstəlikləri və ya sağlamlıq problemləri olan insanlar üçün solyarinin daha ciddi fəsadlar yarada biləcəyini də bildirib:
"Əgər pasiyentdə rozasea, hiperpiqmentasiya və ya damar genişlənməsi kimi problemlər varsa, solyari həmin xəstəlikləri daha da şiddətləndirə bilər. Bu zaman dəridə qızartı artır, damarlar iltihablanır və ləkələrin sayı çoxalır.
Həmçinin hormonal preparatlar, bəzi antibiotiklər və uşaqlıqdaxili spiral istifadə edən şəxslər də solyariyə qarşı daha həssas olurlar. Onlar dərinin ultrabənövşəyi şüalara qarşı reaksiyasını dəyişir. Nəticədə solyari qəbulundan sonra dəridə tünd piqment ləkələri yarana bilər. Bu ləkələri sonradan aradan qaldırmaq isə olduqca çətin olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 720 Tarix: 18 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident YAP-ın VIII Qurultayında - Foto
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib
10:00 127 ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər
ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav
10:30 124 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 100 Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?
Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır
12:06 139 Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 432 "Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"
"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas
11:18 112 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
13:15 141 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 445 Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə
11:38 165