Kim daha ağıllıdır: İt, yoxsa pişik həvəskarları?
Pişik sevənlər orta hesabla it sevənlərdən bir qədər daha yüksək intellekt səviyyəsinə malik ola bilər. ABŞ tədqiqatçılarının "itsevərlər" və "pişikaevərlər" arasındakı psixoloji və davranış fərqlərini araşdıran belə bir nəticəyə gəldiyi bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın zwierciadlo.pl nəşri psixoloq Denise Quastellonun (ABŞ-ın Karroll Universiteti) araşdırmasına istinadən yazır.
Nəşrdə qeyd olunur ki, "insanın ən yaxşı dostu itdir, yoxsa pişik" mövzusundakı mübahisə çoxdan zarafat çərçivəsindən çıxıb. Müəllifin yazdığına görə, bu heyvanların tərəfdarları təkcə seçimlərinə görə deyil, həm də xarakter xüsusiyyətləri, düşüncə tərzi və hətta IQ səviyyələri ilə fərqlənə bilər.
İstinad edilən araşdırma 2014-cü ildə aparılıb. Quastellonun komandası 600 ABŞ kollec tələbəsini sorğulayıb ki, it və pişik sevənlər arasında psixoloji fərqlər varmı. İştirakçıların əksəriyyəti özünü itsevər kimi göstərib - 352 nəfər. Pişik sevənlər isə cəmi 66 nəfər olub. Qalanlar hər iki heyvanı eyni dərəcədə sevdiyini və ya heç birinə üstünlük vermədiyini bildirib.
Sorğudan əlavə iştirakçılar 16PF şəxsiyyət testi keçib və idrak qabiliyyətini ölçən tapşırıqları yerinə yetiriblər. Nəticələr iki qrup arasında kiçik, lakin statistik baxımdan əhəmiyyətli fərq göstərib. Pişik sevənlər orta hesabla ümumi intellekt göstəricilərində bir qədər yüksək nəticə əldə ediblər.
"Təhlillərimizə görə, itlər daha geniş sosial təbəqəyə müraciət edir və müxtəlif düşünmə qabiliyyətinə malik insanlara xoş gəlir. Pişiklər isə daha çox yüksək analitik qabiliyyətə malik insanlara maraqlı olur", deyə tədqiqat müəllifləri bildiriblər.
Alimlərə görə, fərqin səbəblərindən biri də yaradıcılıq və abstrakt düşünmə qabiliyyətidir ki, pişik sahiblərində bu daha yüksək müşahidə olunub.
Tədqiqatçılar hər iki qrupun tipik xüsusiyyətlərini də qeyd ediblər. İtsevərlər daha çox ekstrovert, enerjili və sosial aktiv olurlar. Pişiksevərlər isə daha introvert, tək qalmağı sevən və fərdiyyətçi meyllərə sahib olurlar.
"Abstrakt düşünmə" göstəricisinə ayrıca diqqət yetirilib: bu, fantaziya, yaradıcılıq və intellektual maraqla bağlıdır. Məhz bu göstəricidə pişik sevənlər daha yüksək nəticə göstərib və müəlliflər bunu qruplar arasındakı intellekt fərqinin mümkün izahı kimi təqdim ediblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 663 Tarix: 18 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident YAP-ın VIII Qurultayında - Foto
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib
10:00 127 ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər
ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav
10:30 124 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
13:10 100 Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?
Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır
12:06 139 Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 432 "Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"
"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas
11:18 112 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
13:15 141 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 445 Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə
11:38 165