Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir

Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edirMüasir dünyada dayanıqlı inkişafın, ekoloji balansın və innovativ idarəetmənin təməli məhz düzgün planlaşdırılmış şəhərsalma siyasətinə söykənir. Bu gün müstəqil Azərbaycan beynəlxalq dialoq platformalarının, qlobal idman və mədəniyyət layihələrinin mərkəzi olmaqla yanaşı, həm də müasir urbanizasiya tendensiyalarının müəyyənləşdiyi strateji məkana çevrilib. Bu kontekstdə Bakı şəhərinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür.
Mayın 17-dən 22-dək Bakı Olimpiya Stadionunun ərazisində təşkil edilən və "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan WUF13 həm əhatə dairəsinə, həm də iştirakçı sayına görə fərqlənir. Tədbirdə iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstəricidir.
Qeyd edilməlidir ki, sərginin ümumi sahəsi 35 min kvadratmetr təşkil edir ki, bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Tərəfdaş kateqoriyalarına görə 15-i akademiya və tədqiqat qurumlarıdır, ən böyük qrup 136 təşkilatdan ibarət vətəndaş cəmiyyəti nümayəndələridir, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir, 41 milli hökumət pavilyonu, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsi mövcuddur.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik. "Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir", - deyə dövlətimizin başçısı bildirib.
Ölkə başçısı həmçinin bildirib ki, Bakıda keçirdiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib.
Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətində modern şəhərsalma fəaliyyəti Prezident İlham Əliyev tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Ölkəmizdə memarlıq ənənələrinin qorunması, eyni zamanda, müasir urbanizasiya çağırışlarına cavab verən ekosistemlərin qurulması dövlət siyasətinin prioritet xəttini təşkil edir.
Açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik. Dövlətimizin başçısı bu ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunduğunu da diqqətə çatdırıb. Ölkəmizdə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi bu sahəyə göstərilən ali diqqətin və verilən böyük əhəmiyyətin daha bir ifadəsidir.
2022-ci ildən etibarən ölkəmiz BMT-nin Məskunlaşma Proqramı ilə birgə üç Milli Şəhərsalma Forumunu uzun illər ərzində işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirib. "Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk", - deyə dövlətimizin başçısı vurğulayıb.
Mərasimdəki çıxışında Prezident İlham Əliyev Azərbaycanın qədim məkanları barədə danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır. Qəbələ, Şəki paytaxt olub və Qafqaz Albaniyasının mərkəzlərindən olublar. Bir çox tarixi abidələr var. Şəkinin Kiş kəndində olan kilsə bəlkə də dünyanın ən qədim kilsələrindən biridir. Bizim ulu babalarımızın istedadı, həmçinin məhz Lahıc qəsəbəsində görünür. Kəndin yarandığı əsrdə məhz kanalizasiya sistemi qurulmuşdu və o, bu günə qədər işləyir".
Bildirib ki, biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim, sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə öz əksini tapmaqdadır. Bizim vəzifəmizin bunları növbəti nəsillər üçün qorumaq olduğunu vurğulayan dövlətimizin başçısı əminliyini bildirib ki, növbəti nəsillər də öz vəzifələrini yerinə yetirəcəklər.
Prezident İlham Əliyev qeyd edib ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib.
Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: "Biz onu "Qafqazın Xirosiması" adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil".
Hazırda Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir. "Belə mühüm tədbir çərçivəsində bizim BMT-dən olan ekspertlərin dəstəyi və çoxsaylı qonaqların iştirakı ilə görüşümüz imkan yaradacaq ki, bir-birimizdən daha çox şey öyrənək, müsbət təcrübədən yararlanaq və həmçinin səhvlər haqqında danışaq", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev WUF13 açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən nümunələr səsləndirib. Dövlətimizin başçısı bununla əlaqədar deyib: "Bakı dünyada ilk şəhərdir ki, 1846-cı ildə neft hasil olunub. Bütün bu illər ərzində ətraf mühitin mühafizəsinə o qədər diqqət yetirilməyib, torpaq və hava çirklənib. Bakının bir yerində "Qara şəhər", Bibiheybət, Böyükşor. Bəlkə də bir çoxları üçün bu adlar heç nə demir. Amma vaxtınız varsa, bu yerləri ziyarət edin və 20 il əvvəl necə göründüklərini və iş görüldükdən sonra hansı görünüşə sahib olduqlarını göstərən foto və videolara baxın. Təbii, bu da göstərir ki, Bakıda və respublikanın digər yerlərində bu işlər aparılır".
Bu beynəlxalq tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və müasir şəhərsalma modeli - "Böyük Qayıdış" proqramının uğurları da dünyaya təqdim olunur. İşğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, eləcə də bu regionların tamamilə yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya, ekoloji bərpa və post-münaqişə dövrünün yenidənqurma fəaliyyəti sahəsində qabaqcıl və unikal nümunə kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Beləliklə, WUF13 sessiyasının Bakıda uğurla keçirilməsi Azərbaycanın dünya miqyaslı problemlərin həllində aparıcı qüvvə olduğunu, təhlükəsiz, dayanıqlı və inklüziv gələcəyin qurulmasına verdiyi qlobal töhfəni bir daha bütün dünyaya nümayiş etdirir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 126   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlə xanımının rəsmi qonaqlarla birgə - Fotosu

Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Mərasimdə dövlət və hökümət başçıları, nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanm

14:41 217
.

İran müharibəsi qlobal şirkətləri 25 milyard dollarlıq borcla yükləyir - və bu, sayca çoxdur

Reuters-in təhlilinə görə, ABŞ-İsrail müharibəsi artıq dünya üzrə şirkətlərə ən azı 25 milyard dollara başa gəlib və xərclər artmaqdadır. BİG.AZ Reuters-ə istinadən xəbər verirki, ABŞ, Avropa və Asiyada qeydiyyatdan keçmiş şirkətlər tərəfindən münaqişənin başlanğıcından bəri korporativ bəyanatların nəzərdə

10:19 158
.

Kubadan ABŞ-a sərt mesaj: "Özümüzü müdafiə edəcəyik"

Kuba ABŞ tərəfindən mümkün hücum olacağı təqdirdə özünü müdafiə edəcəyini bəyan edib. xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. Nazirlik bildirib ki, "Kuba hücuma məruz qalarsa, qanuni özünümüdafiə hüququndan istifadə edəcək". Açıqlama xaric

11:35 172
.

İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatının 30-dan çox hədəfinə zərbə endirib

İsrail ordusu bazar ertəsi günü bildirib ki, İsrail Müdafiə Qüvvələri son bir gün ərzində Livanın cənubundakı 30-dan çox Hizbullah terrorçu infrastruktur obyektinə, o cümlədən silah anbarına, müşahidə məntəqələrinə və İsrail qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar üçün istifadə edilən binalara zərb

11:04 167
.

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir

May ayının 17-dən Azərbaycan dünyanın şəhərsalma sahəsində ən nüfuzlu platformalarından biri hesab olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir. Bu forumun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və ölkəmizin etibarl

16:21 132
.

Türkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək. Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömə

17.05.2026 228
.

İraqdan gələn pilotsuz aparatlar Səudiyyə hava məkanında vuruldu

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İraqdan ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Turki Al-Maliki sosial media platforması X-də paylaşım edib. Bəyanatda deyilir:. "İra

11:26 176
.

Kobaxidze Bakıdadır - Foto

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslə

11:27 179
.

Çinin cənub-qərbində zəlzələ baş verib, minlərlə bina dağılıb, minlərlə insan təxliyə edilib

Bazar ertəsi səhər Çinin cənub-qərbindəki Guangxi bölgəsində baş verən 5,2 bal gücündə zəlzələ iki nəfərin ölümünə səbəb olub, Liuzhou şəhərində isə axtarış-xilasetmə əməliyyatları davam etdiyi və hakimiyyət orqanları nəqliyyatda fasilələr barədə xəbərdarlıq etdiyi üçün 700-dən çox insanı təxliyə etməy

10:46 176
.

TOP MP3