WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcək

WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcəkMay ayının 17-22-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkəmiz üçün yalnız beynəlxalq tədbir statusu daşımır, eyni zamanda, siyasi, iqtisadi, diplomatik və strateji baxımdan əhəmiyyət kəsb edən qlobal platformadır. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, beynəlxalq təşkilatların, şəhərsalma üzrə ekspertlərin, investorların və akademik dairələrin iştirakı ilə keçiriləcək bu forum Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş imicinin növbəti dəfə təsdiqi kimi qiymətləndirilməlidir. WUF13-ün Azərbaycanda təşkili ilk növbədə ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Belə mötəbər tədbirlərə ev sahibliyi etmək üçün yalnız infrastruktur imkanları kifayət etmir. Bunun üçün siyasi sabitlik, təhlükəsizlik, beynəlxalq etimad və dövlət idarəçiliyində yüksək təşkilati potensial tələb olunur.
Azərbaycanın son illərdə COP29, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri, Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüsləri və digər qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin beynəlxalq diplomatiyada artan çəkisini açıq şəkildə nümayiş etdirir. Bu baxımdan WUF13-ün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin və ölkənin qlobal proseslərdə fəal iştirakının məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq humanitar və mədəni diplomatiya sahəsində qazandığı uğurlar ölkəmizə olan etimadın möhkəmlənməsində mühüm rol oynayır. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən humanitar layihələr, təhsil, səhiyyə, mədəni irsin qorunması və sosial dəstək proqramları Azərbaycanın humanist dövlət imicini gücləndirib. Pakistan, Türkiyə, İtaliya, Fransa, Vatikan və digər ölkələrdə məktəblərin, xəstəxanaların, tarixi-mədəni abidələrin bərpasına göstərilən dəstək Azərbaycanın beynəlxalq humanitar həmrəyliyə verdiyi töhfənin bariz nümunəsidir.
Bakı Olimpiya Stadionunun ərazisində təşkil edilən və "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan WUF13 həm əhatə dairəsinə, həm də iştirakçı sayına görə fərqlənir. Tədbirdə iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstəricidir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik. "Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir", - deyə dövlətimizin başçısı bildirib.
Ölkə başçısı həmçinin bildirib ki, Bakıda keçirdiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib.
Açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik. Dövlətimizin başçısı bu ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunduğunu da diqqətə çatdırıb.
Forumun əsas müzakirə mövzularından biri olan dayanıqlı şəhər inkişafı, "ağıllı şəhər" konsepsiyası və yaşıl enerji yanaşmaları Azərbaycan üçün xüsusi aktuallıq daşıyır. Çünki işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi artıq ənənəvi tikinti modeli deyil, müasir şəhərsalma fəlsəfəsinə əsaslanan yeni inkişaf konsepsiyası kimi formalaşır. Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi, bərpaolunan enerji mənbələrinin istifadəsi, rəqəmsal idarəetmə sistemlərinin qurulması, ekoloji tarazlığın qorunması və yaşıl enerji zonalarının yaradılması beynəlxalq şəhərsalma təcrübəsinə yeni nümunə təqdim edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq modeli postmünaqişə dövrü üçün innovativ inkişaf nümunəsi hesab oluna bilər. Dünyada müharibədən zərər görmüş ərazilərin bərpası ilə bağlı müxtəlif təcrübələr mövcuddur. Lakin Azərbaycanın fərqi ondan ibarətdir ki, burada yalnız infrastrukturun bərpası deyil, paralel şəkildə müasir texnologiyalar, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri tətbiq olunur. Zəngilan, Ağalı, Füzuli, Şuşa və digər bölgələrdə həyata keçirilən layihələr artıq beynəlxalq təşkilatlar tərəfindən maraqla izlənilir. Xüsusilə "yaşıl enerji zonası" konsepsiyası gələcəyin şəhərsalma modelinə uyğun yanaşma kimi diqqət çəkir. 2022-ci ildən etibarən ölkəmiz BMT-nin Məskunlaşma Proqramı ilə birgə üç Milli Şəhərsalma Forumunu uzun illər ərzində işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirib. "Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk", - deyə dövlətimizin başçısı vurğulayıb.
WUF13 çərçivəsində müxtəlif ölkələrin şirkətləri, investorları və maliyyə institutları Azərbaycanın şəhərsalma, infrastruktur, yaşıl enerji, rəqəmsal texnologiyalar və tikinti sektorundakı potensialı ilə yaxından tanış olacaqlar. Bu isə xüsusilə işğaldan azad edilmiş ərazilərə xarici investisiyaların cəlb olunmasına əlavə stimul verə bilər.
Azərbaycan hazırda regionun ən iri yenidənqurma və infrastruktur layihələrindən birini həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda yolların, hava limanlarının, enerji xətlərinin, yaşayış məntəqələrinin və sosial obyektlərin tikintisi böyük iqtisadi dövriyyə yaradır. WUF13 bu layihələrin beynəlxalq investorlar üçün təqdimat platformasına çevrilə bilər. Xüsusilə yaşıl enerji, ağıllı texnologiyalar, ekoloji tikinti materialları və rəqəmsal idarəetmə sahəsində fəaliyyət göstərən şirkətlər üçün Azərbaycan yeni əməkdaşlıq imkanları təqdim edir. Forumun turizm və xidmət sektoruna da müsbət təsiri gözlənilir. Minlərlə xarici qonağın ölkəyə səfəri hotellər, nəqliyyat, xidmət və digər sahələrdə iqtisadi aktivliyi artıracaq. Eyni zamanda, bu tədbir Azərbaycanın müasir infrastruktura malik, təhlükəsiz və beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan olduğunu bir daha nümayiş etdirəcək. Bu isə gələcəkdə digər beynəlxalq tədbirlərin ölkəmizdə təşkili baxımından əlavə üstünlüklər yaradır. WUF13 həm də Azərbaycanın regional liderlik mövqeyini gücləndirən amillərdən biri kimi çıxış edir. Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik olan Azərbaycan artıq nəqliyyat, enerji və logistika layihələri ilə yanaşı, dayanıqlı şəhərsalma və yaşıl inkişaf gündəliyində təşəbbüskar ölkə kimi ön plana çıxır. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir və yeni əməkdaşlıq platformalarının formalaşmasına töhfə verir.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin qlobal nüfuzunun artmasının, beynəlxalq etimadın möhkəmlənməsinin və həyata keçirilən strateji inkişaf siyasətinin mühüm göstəricisidir. Forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi müasir quruculuq modelini dünyaya təqdim etməklə yanaşı, yeni iqtisadi imkanların açılmasına, investisiya mühitinin genişlənməsinə və dövlətimizin beynəlxalq imicinin daha da güclənməsinə xidmət edəcək.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 673   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 127
.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər

ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav

10:30 124
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 100
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 139
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 432
.

"Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas

11:18 112
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 141
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 445
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 165
.