Alimlər qədim xəzinədə Yerdə olmayan qəribə metal tapdı

Alimlər qədim xəzinədə Yerdə olmayan qəribə metal tapdı"Vilyena xəzinəsi" adlandırılan və əsasən qızıldan hazırlanmış 66 əşyadan ibarət kolleksiya 60 ildən çox əvvəl aşkarlanıb. Lakin alimlərin fikrincə, ən qiymətli tapıntılar qızıl əşyalar deyil, korroziyaya uğramış iki qəribə predmetdir.

Qaynarinfo "Science Alert"ə istinadən xəbər verir ki, tədqiqatçılar mat görünüşlü bilərzik və qızıl işləməli paslı yarımkürənin Yer mənşəli metaldan deyil, göydən düşən meteoritlərin dəmirindən hazırlandığını müəyyən ediblər.

Araşdırmaya İspaniya Milli Arxeologiya Muzeyinin konservasiya şöbəsinin keçmiş rəhbəri Salvador Rovira-Llorens rəhbərlik edib. 2024-cü ildə dərc olunan tədqiqat göstərir ki, 3 min ildən çox əvvəl Pireney yarımadasında metallurgiya texnologiyaları düşünüldüyündən daha inkişaf etmiş olub.

"Vilyena xəzinəsi" 1963-cü ildə İspaniyanın müasir Alikante bölgəsində aşkarlanıb. O vaxtdan bu kolleksiya Pireney yarımadasında və ümumilikdə Avropada Tunc dövrünün ən mühüm zərgərlik nümunələrindən biri hesab olunur.

Lakin kolleksiyanın yaşını müəyyənləşdirmək iki əşya səbəbindən çətinləşib. Bunlardan biri ehtimal ki, əsanın və ya qılınc dəstəyinin hissəsi olmuş kiçik içiboş yarımkürə, digəri isə boyun halqasına bənzəyən tək bilərzikdir.

Hər iki əşya arxeoloqların "dəmir görünüşlü" adlandırdığı xüsusiyyətə malikdir, yəni zahirən dəmirdən hazırlanmış təsiri bağışlayır.

Məlumdur ki, Pireney yarımadasında Dəmir dövrü yalnız e.ə. təxminən 850-ci ildən başlayıb. Halbuki xəzinədəki qızıl əşyalar e.ə. 1500-1200-cü illərə aid edilir. Bu isə həmin "dəmir" əşyaların xəzinədə necə yer aldığını böyük sirrə çevirib.

Alimlər qeyd edirlər ki, Yer qabığından çıxarılan dəmir yeganə mənbə deyil. Dəmir dövründən əvvəl hazırlanmış bir çox artefakt meteorit dəmirindən düzəldilib. Ən məşhur nümunələrdən biri Misir fironu "Tutanxamon"un meteorit dəmirindən hazırlanmış xəncəridir.

Bu səbəbdən "Vilyena" Bələdiyyə Arxeologiya Muzeyi tədqiqatçılara hər iki artefaktı diqqətlə araşdırmağa icazə verib. Alimlər nümunələri kütlə spektrometriyası vasitəsilə analiz edərək onların tərkibindəki nikel miqdarını müəyyənləşdiriblər.

Güclü korroziyaya baxmayaraq, nəticələr həm yarımkürənin, həm də bilərziyin meteorit dəmirindən hazırlandığını göstərib.

Bu nəticə artefaktların xəzinənin digər hissələri ilə eyni dövrdə - təxminən e.ə. 1400-1200-cü illərdə hazırlandığını təsdiqləyib.

Alimlər bildiriblər:

"Mövcud məlumatlara əsasən, Vilyena xəzinəsindəki başlıq və bilərzik Pireney yarımadasında meteorit dəmirindən hazırlanmış ilk iki artefakt hesab oluna bilər. Bu da onların geniş yayılmış yer mənşəli dəmir istehsalından əvvəlki Son Tunc dövrünə aid olduğunu göstərir".

Bununla belə, artefaktların güclü korroziyaya uğraması səbəbindən nəticələrin tam dəqiq olmadığı vurğulanır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 127
.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər

ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav

10:30 124
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 100
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 139
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 432
.

"Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas

11:18 112
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 141
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 445
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 165
.