WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidirMay ayının 17-dən Azərbaycan dünyanın şəhərsalma sahəsində ən nüfuzlu platformalarından biri hesab olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir. Bu forumun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Ölkəmiz uzun illərdir müxtəlif beynəlxalq təşkilatların mühüm tədbirlərinin keçirildiyi məkan kimi tanınır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması da dövlətin bu sahəyə verdiyi xüsusi önəmin bariz nümunəsidir.
Azərbaycan bu gün şəhərsalma və memarlıq istiqamətində dünyanın qabaqcıl ölkələrindən biri hesab olunur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq layihələri bir çox dövlətlər üçün nümunə ola biləcək səviyyədədir. Bu siyasətin əsası isə Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra qoyulub. Həmin dövrdən başlayaraq Azərbaycanda şəhər və kəndlərin abadlaşdırılması, tarixi-memarlıq abidələrinin qorunması, yeni yaşayış məntəqələrinin salınması istiqamətində mühüm addımlar atılıb.
Müstəqillik illərində isə Azərbaycan müasir və modern inkişaf mərhələsinə qədəm qoydu. Paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində mövcud problemlərin aradan qaldırılması üçün baş planlar hazırlandı və bu planlar əsasında geniş infrastruktur layihələri həyata keçirildi. Müasir parklar, körpülər, yol qovşaqları, metro və dəmir yolu xətləri tikildi, sosial və humanitar layihələr reallaşdırıldı.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə yeni məktəblər, mədəniyyət ocaqları, idman kompleksləri və digər sosial obyektlər inşa edildi.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət bu gün də uğurla davam etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələrinə start verilib. "Ağıllı kənd", "Ağıllı şəhər" və "Yaşıl enerji" konsepsiyalarına əsaslanan layihələr regionun müasir standartlara uyğun şəkildə yenidən qurulmasını təmin edir.
Hamıya məlumdur ki, Ermənistanın işğalı nəticəsində Qarabağda şəhər və kəndlərimiz tamamilə dağıdılmış, uzun illər ərzində həmin ərazilərdə daş üstə daş qalmamışdı. Lakin qısa müddət ərzində Qarabağda beynəlxalq hava limanlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, müasir kənd və şəhərlərin qurulması Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların bariz göstəricisidir. Bu gün dünyada belə qısa zaman ərzində bu qədər genişmiqyaslı quruculuq işləri həyata keçirən ikinci bir ölkə göstərmək çətindir.
Məhz buna görə də Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi olduqca mühüm və təqdirəlayiq hadisədir. Forum çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, nazirlərin, parlament rəhbərlərinin, alimlərin və iş adamlarının Azərbaycana səfər etməsi bir daha göstərir ki, ölkəmizə beynəlxalq maraq və etimad olduqca böyükdür.
Bu gün Azərbaycan şəhərsalma, memarlıq və müasir infrastruktur quruculuğu sahəsində dünya üçün nümunə hesab olunur. Son yarım əsrdə ölkəmizdə görülən işlər bir çox dövlətlərin əsrlər boyu həyata keçirdiyi layihələrlə müqayisə edilə biləcək səviyyədədir. Bu baxımdan forumun Azərbaycanda keçirilməsi həm region, həm Avrasiya məkanı, həm də bütövlükdə dünya üçün mühüm əhəmiyyət daşıyır.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 624   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 127
.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər

ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav

10:30 124
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 100
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 139
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 432
.

"Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas

11:18 112
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 141
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 445
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 165
.