Azərbaycana təşəkkür etdi
Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) təşkil etdiyi üçün Azərbaycana təşəkkür edib.
BiG.AZ Report-a istinadən xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində danışıb.
"Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürümüzü bir daha ifadə edirik. Biz onun nəticələrini hamı üçün daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki bir addım kimi səbirsizliklə gözləyirik. Bununla da bilik və texnologiya transferinə, eləcə də təcrübə mübadiləsinə ən yüksək əhəmiyyətin verilməsini təmin edə bilərik", - o qeyd edib.
"Birləşmiş Millətlər Təşkilatının (BMT) bu mühüm tədbirində görüşümüz münasibətilə sessiyaya ev sahibliyi edən Azərbaycanın Prezidenti İlham Heydər oğlu Əliyevə, dost Azərbaycana və onun xalqına səmimi təşəkkür və minnətdarlığımızı bildiririk. Bakı orijinallıqla müasirlik, eləcə də irslə şəhərsalma sahəsində gələcəyə yönəlmiş baxış arasında qarşılıqlı əlaqənin nümunəsini təmsil edir", - Sədr deyib.
Qonaq həmçinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) şəhər icmalarının çətinliklərinin həllində beynəlxalq əməkdaşlığı gücləndirmək istiqamətindəki davamlı səylərinə, eləcə də müasir platforma və alətlərin yaradılması sahəsindəki fasiləsiz fəaliyyətinə görə təşəkkür edib: "Bu alətlərin başında duran Qlobal Tədbirlərin İdarə Edilməsi Sistemi beynəlxalq iştirakın artırılmasına, dövlət qurumları və şəhərsalma ilə bağlı inkişaf layihələri üzrə ekspertlər arasında koordinasiya və qarşılıqlı əlaqənin asanlaşdırılmasına yönəlmiş mütərəqqi bir yanaşmanı əks etdirir".
"Builki forumun mövzusu olan "Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" sadəcə beynəlxalq bir tədbirin adı deyil, əksinə, şəhərlərin gələcəyinə yenidən baxmaq və insanların təhlükəsiz, ləyaqətli və davamlı mənzil hüququnu necə təmin etmək barədə qlobal bir çağırışdır. Bu gün dünya, sosial bərabərsizliklərin kəskinləşdiyi, iqlim dəyişikliyinin artan təsirləri, sürətli şəhər böyüməsi, miqrasiya və məcburi köçkünlük göstəricilərinin yüksəldiyi bir şəraitdə milyardlarla insana təsir edən və getdikcə böyüyən bir mənzil böhranı ilə üz-üzədir. Nəticə etibarilə, mənzil təminatı artıq dar çərçivəli bir məsələ deyil, sabitliyin, inkişafın və ictimai təhlükəsizliyin fundamental sütununa çevrilib. Liviyada biz daha dayanıqlı, inklüziv və ədalətli şəhərlərin salınmasının vacibliyini tam şəkildə dərk edirik", - Məhəmməd Yunis Əl-Mənfi bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 425 Tarix: 18 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
01.10.2026 426 92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
01.10.2026 450 Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın
11:29 146 Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"
01.10.2026 384 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
12:41 132 Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma
14:05 1 "YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"
"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun
10:58 119 NASA-dan BKS-ə yeni missiya: ekipaj Floridadan kosmosa yollandı
NASA rusiyalı kosmonavt Sergey Teteryatnikovu Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparan Crew-13 missiyasını həyata keçirib. xəbər verir ki, Crew Dragon kosmik gəmisini daşıyan Falcon 9 raketi Floridadakı buraxılış məntəqəsindən havaya qalxıb. Sergey Teteryatnikovdan əlavə, Crew Dragon gəmisində ABŞ astronavtlar
11:08 119 Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
01.10.2026 425