3 milyonluq evi pulsuz verirlər - Bir şərtlə...

3 milyonluq evi pulsuz verirlər - Bir şərtlə...ABŞ-nin Massaçusets ştatı yaxınlığında yerləşən və ölkənin ən lüks yaşayış məkanlarından sayılan Nantaket adasında təxminən 3 milyon dollar dəyərində olan bir ev pulsuz olaraq yeni sahibinə veriləcək.

"Qafqazinfo" xəbər verir ki, bunun üçün müraciət edən şəxs əsas şərti qəbul etməlidir - ev ən gec altı ay ərzində hazırkı yerindən başqa əraziyə köçürülməlidir.

Məlumata görə, təşəbbüs Nantaket bölgəsində tətbiq edilən "Söküntünün təxirə salınması" proqramı çərçivəsində həyata keçirilir. Proqramın məqsədi istifadəyə yararlı köhnə evlərin sökülməsinin qarşısını almaq və onların başqa ərazilərə köçürülərək qorunmasını təmin etməkdir.

Pulsuz verilən evdə üç yataq otağı və iki vanna otağı var. Təxminən 161 kvadratmetr sahəyə malik tikili bir akrdan (təxminən 0,4 hektar) böyük torpaq sahəsində yerləşir.

Bildirilir ki, Nantaketdə əsas dəyər evdən çox torpaqla bağlıdır. Çünki adada boş torpaq tapmaq, demək olar ki, mümkün deyil. Bu səbəbdən bəzi alıcıların yalnız torpaq əldə etmək üçün köhnə tikililəri belə satın aldıqları qeyd olunur.

Evə sahib olmaq istəyən şəxslər həm bələdiyyənin tikinti idarəsinə, həm də hazırkı ev sahibinə rəsmi niyyət məktubu təqdim etməlidirlər. Bundan əlavə, müraciət edənlərin altı ay ərzində evi yeni əraziyə köçürmək üçün maliyyə və texniki imkanlarının olması tələb edilir.

ABŞ-də bir evin köçürülməsinin dəyərinin təxminən 150 min dollardan 500 min dollara qədər dəyişdiyi bildirilir. Bununla belə, Nantaket kimi ultra-lüks bir bölgədə pulsuz ev əldə etmək yüksək köçürmə xərclərinə baxmayaraq, böyük üstünlük hesab olunur.

Məlumata görə, Nantaketdə evlərin orta satış qiyməti təxminən 4,4 milyon dollardır. Boş torpaq sahələri isə 1,6 milyon dollara qədər alıcı tapa bilir.

Qeyd edək ki, Nantaket adasında yaşayan məşhurlar arasında NFL əfsanəsi Bill Beliçik, iş adamı Deyv Portnoy və ABŞ-nin keçmiş Dövlət katibi Con Kerri də var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 165   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir

Prezident İlham Əliyevin Avropanın ən nüfuzlu televiziya kanalı olan "Euronews" televiziyasına müsahibələri artıq ənənəyə çevrilib. Bu baxımdan təsadüfi deyildir ki, ölkə başçımız Bakı şəhərində keçirilən çox böyük əhəmiyyətə malik BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını (WUF13

11:22 121
.

"Space FM"ə yeni direktor təyin olundu

"Space FM"ə yeni direktor təyin edilib. Axşam.az xəbər verir ki, bu vəzifəyə tanınmış radio aparıcısı Çingiz Mustafayev ("DJ Çina") gətirilib. O, təyinatı barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, bir neçə gün əvvəl "Space FM"in direktoru Sərxan Qədimo

10:30 165
.

ABŞ İranla müharibəyə 85 milyard dollar xərclədi

ABŞ hökuməti İranla 79 gün davam edən müharibə zamanı 85 milyard dollardan çox vəsait xərcləyib. xarici mediaya istinadən xəbər verir ki, bu məbləğə regiona göndərilən gəmilərdə xidmət edən şəxsi heyətin saxlanılması və digər çoxsaylı hərbi xərclər daxildir. Bildirilir ki, açıqlanan rəqəm Pentaqonu

10:29 126
.

Avropa Putinlə danışıqlara onları göndərmək istəyir

Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün danışıqlar üçün Almaniyanın sabiq kansleri Angela Merkel, Finlandiya Prezidenti Alexander Stubb və İtaliyanın keçmiş baş naziri Mario Draqinin namizədliyini nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Politico" nəşri üç diplomat mənbəyə istinadən məluma

18.05.2026 214
.

Avropada nəhəng kəşf: Böyük qızıl ehtiyatı üzə çıxdı

Finlandiyada Rusiya sərhədinə təxminən 10 kilometr məsafədə yerləşən ərazidə aşkar edilən qızıl yataqlarının ilkin proqnozlardan daha böyük olduğu açıqlanıb. Qaynarinfo xəbər verir ki, Finlandiyanın dövlət yayım qurumu "Yle"nin məlumatına görə, mədən şirkəti "Endomines" qış mövsümünd

18.05.2026 269
.

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına müsahibə verib. AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:. Müxbir: Cənab Prezident, hər zaman olduğu kimi Sizi yenidən görməyə çox şadıq. 182 ölkədən 40 mindən çox iştirakçı. Bu, COP29-dan sonra Azərbaycand

10:49 168
.

8 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Fotolar

Ağcabədi sakini Rusiyada faciəvi şəkildə həlak olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Qaraxanlı kəndindən olan, 2018-ci il təvəllüdlü Quliyeva Sevinc Məhəmməd qızı Rusiyanın Ryazan vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində həyatını itirib. S. Quliyevanı

18.05.2026 470
.

"Real" Mbappenı satışa çıxardı

"Real"da tənqid hədəfi olan Kilian Mbappenin Florentino Peres tərəfindən 250 milyon avroya transfer siyahısına daxil edildiyi iddia edilib. Fransız ulduz son zamanlar azarkeşlərin sərt reaksiyası səbəbindən diqqət mərkəzində olub. xarici mediaya istinadla bildirir ki, iddialara görə, Florentin

18.05.2026 294
.

Varlığa nə darlıq: FHN 62 min manata daha bir maşın alır

Fövqəladə Hallar Nazirliyi (FHN) daha bir tenderinə yekun vurub. xəbər verir ki, nazirlik bununla bağlı nəticələri açıqlayıb. Məlumatda bildirilir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövllət Baş Layihə İnstitutu olan "Azərdövlətlayihə" bir ədəd sedan tipli xidmət

18.05.2026 323
.

TOP MP3