İxtisas Seçimində Kodlaşdırma Səhvləri Abituriyentləri İstəmədikləri Sahəyə Aparır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

İxtisas Seçimində Kodlaşdırma Səhvləri Abituriyentləri İstəmədikləri Sahəyə Aparır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAli məktəblərə qəbul mərhələsində ən vacib proseslərdən biri hesab olunan ixtisas seçimi bəzi hallarda abituriyentlər üçün ciddi problemlərlə nəticələnir. Xüsusilə, ixtisas seçimi zamanı müraciət edilən bəzi mütəxəssislərin kodlaşdırmanı düzgün aparmaması gələcək tələbələrin istəmədikləri ixtisaslara qəbul olunmasına səbəb olur.

Nəticədə, illərlə arzuladıqları sahədən uzaq düşən gənclər həm psixoloji narahatlıq yaşayır, həm də sonradan ixtisas dəyişmək və ya təhsili yarımçıq qoymaq kimi çətin seçimlərlə qarşılaşırlar. İxtisas seçimi zamanı diqqətsizlik, tələskənlik və peşəkar yanaşmanın olmaması abituriyentlərin gələcək karyerasına birbaşa təsir edən əsas problemlərdən biridir.
İxtisas Seçimində Kodlaşdırma Səhvləri Abituriyentləri İstəmədikləri Sahəyə Aparır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, ali təhsildə ixtisas seçimi və bu prosesin gənclər üçün bir stress mənbəyinə çevrilməsi bu gün cəmiyyətimizi düşündürən ən ağrılı, həm də ən aktual məsələlərdən biridir. Onun sözlərinə görə, gəncliyin gələcək taleyini müəyyən edən bu mühüm mərhələnin sanki bir "imtahan kabusuna" çevrilməsi, ilk növbədə, gənclərin öz daxili dünyasını, potensialını yetərincə kəşf edə bilməməsindən və bir də ətraf mühitin, bəzən isə ailələrin yersiz təzyiqlərindən irəli gəlir: "Abituriyent aylarla, illərlə imtahana hazırlaşır, bilik toplayır, lakin topladığı bu biliyi hansı sahəyə yönəldəcəyini, ömrünün qalan hissəsini hansı peşəyə həsr edəcəyini dəqiqləşdirə bilmir. Bax, əsl problem elə buradan - gənclərin vaxtında düzgün peşə yönümünə istiqamətləndirilməməsindən başlayır.

Bu boşluğu doldurmaq üçün ortaya çıxan və özlərini "ixtisas seçimi mütəxəssisi" adlandıran bəzi şəxslərin fəaliyyəti isə bəzən vəziyyəti daha da qəlizləşdirir. Əlbəttə, işini vicdanla görən, abituriyentin balını və maraqlarını düzgün təhlil edən mütəxəssislər var. Lakin təəssüf ki, bəzən texniki bir kodlaşdırma xətası, yaxud abituriyentin arzu və istəklərini nəzərə almadan, sadəcə "təki harasa qəbul olsun" məntiqi ilə edilən seçimlər bir gəncin gələcəyini alt-üst edə bilir. Nəticədə gənc insan tamamilə yad, sevmədiyi, ruhuna toxunmayan bir ixtisasa düşür və dörd ilini sadəcə diplom xatirinə oxuyaraq cəmiyyət üçün yararsız, işini sevməyən bir kadra çevrilir.

Bəs bu çətin gedişatda gənclərimiz, valideynlərimiz nələrə diqqət yetirməlidirlər? İlk növbədə, ixtisas seçimi sadəcə riyazi bir kodlaşdırma prosesi deyil, bir insanın həyat fəlsəfəsinin, gələcək ömür yolunun seçimidir. Abituriyent hər şeydən əvvəl öz daxili səsinə qulaq asmalı, hansı sahədə özünü xoşbəxt və faydalı hiss edəcəyini müəyyənləşdirməlidir. Valideynlər isə öz reallaşmamış arzularını övladlarının çiyninə yükləməkdən əl çəkməli, onlara fərd olaraq hörmətlə yanaşmalıdırlar. Seçim zamanı toplana biləcək balla arzular arasında ağlabatan bir balans qurulmalı, dövlət sifarişli və ödənişli yerlərin ardıcıllığı, universitetlərin tədris keyfiyyəti və ən əsası, seçilən peşənin gələcək əmək bazarındakı yeri dərindən təhlil edilməlidir. Yad adamların kor-koranə etdiyi kodlaşdırmaya kor-koranə inanmaq olmaz; hər bir valideyn və abituriyent qaydaları özü oxumalı, bu taleyüklü prosesdə məsuliyyəti tamamilə başqasının öhdəsinə buraxmamalıdır. Gələcəyimizi bədbəxt mütəxəssislər ordusu ilə deyil, işinə aşiq olan, ruhu ilə çalışan gənclərlə qura bilərik".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 628   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məluma

06.08.2026 307
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

06.08.2026 294
.

Süni intellektə yeni qaydalar: Dünya AI-ni necə tənzimləyir?

"Süni intellekt texnologiyalarının sürətlə inkişafı dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa sövq edir. Çünki süni intellekt artıq təkcə texnoloji yenilik deyil, həm də məlumat təhlükəsizliyi, müəllif hüquqları, şəxsi məlumatların qorunması və ictima

06.08.2026 191
.

18 yaşında universitet professoru oldu - 306 illik rekord

ABŞ-də yaşayan Natan Tomas cəmi 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq, "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" təşkilatı açıqlama yayıb. Bildirilir ki, Tomas 2023-cü ilin avqustund

06.08.2026 131
.

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı

Şərti məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir əmlakı satılıb. "Qafqazinfo" xəbər verir ki, Müslümovun paytaxtın Yasamal rayonunda yerləşən 370.4 kvadratmetrlik mənzili beş dəfə hərraca çıxarılıb. İlk dəfə 1 milyon manata təkli

06.08.2026 268
.

Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir

Sakit okeanda əsrlərdir müşahidə olunan və "te lapa" ("işıq parıltısı") adlandırılan sirli sualtı işıq saçmaları alimlər üçün hələ də açılmamış təbiət hadisələrindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, bu hadisə okeanı

06.08.2026 146
.

Əmlak bazarında qiymətlər niyə ucuzlaşmır? Ekspertdən təhlil

"Əmlak bazarında rəqabətin zəifləməsinin əsas səbəblərindən biri mənzil təklifinin tələblə eyni tempdə artmamasıdır. Son illərdə tikinti materiallarının bahalaşması, torpaq qiymətlərinin yüksəlməsi, şəhərsalma tələblərinin sərtləşdirilməsi və yeni layihələrin icrasında yaranan məhdudiyyətlər bazard

06.08.2026 220
.

Düyü haqqında maraqlı fakt: dünya əhalisinin yarısı üçün əsas qidadır

Heç düşünmüsünüzmü ki, dünyada neçə milyard insan hər gün səhər, günorta və axşam eyni məhsulu yeyir?. Düyü sadəcə qarnir deyil. O, planetdə yaşayan milyardlarla insan üçün əsas qida mənbəyidir. Təsadüfi deyil ki, onu Asiyanın "çörəyi" adlandırırlar. xarici mediaya istinadən xəbər verir ki

06.08.2026 164
.

Antarktikadakı Qan Şəlaləsi yaxınlığında canlıların izləri tapıldı

Alimlər Antarktika qitəsi yaxınlığındakı Qan Şəlaləsində araşdırma aparıblar. Nəticədə mikroskopik evakariot canlılardan ibarət bir topluluğun molekulyar sübutları kəşf edilib. Tədqiqatçılar bu tapıntının dəniz suyunun Antarktikanın qədim dövrlərində dərəyə daxil olmuş və buzlaq altında hapsola bilmi

06.08.2026 166
.

TOP MP3