Oğlu "Mango"nun qurucusunun qətlində şübhəli bilinir - Həbs olundu

Oğlu "Mango"nun qurucusunun qətlində şübhəli bilinir - Həbs olunduİspaniyanın "Mango" geyim dizaynı və satışı şirkətinin qurucusu, milyarder İsak Andikin oğlu Conatan Andik atasının qətlində şübhəli bilinərək həbs edilib.

Axşamaz. xəbər verir ki, "El Pais" nəşrinin məlumatına görə, 45 yaşlı Conatan Andik bir müddətdir məxfi saxlanılan istintaq çərçivəsində araşdırılıb. Kataloniya polisi onun telefonundakı məlumatları yoxlayıb.

Andiklər ailəsi isə açıqlamasında bildirib ki, Conatan hazırda araşdırma çərçivəsində ifadə verir və onun məhkəmə ilə əməkdaşlığı davam edir.

Qeyd edək ki, sözügedən şirkət 1984-cü ildə türk əsilli İsak Andik tərəfindən təsis edilib. İş adamının sərvəti 4,5 milyard dollar qiymətləndirilirdi və bu, onu İspaniyanın ən varlı beş nəfərindən biri edirdi.

71 yaşlı İsak Andik 2024-cü ildə Montserrat dağlarına yürüş zamanı həlak olub. Həmin vaxt onun yanında yalnız üç övladından ən böyüyü və ailənin əsas varisi hesab edilən Conatan Andik olub. Polisə zəng edən də məhz o olub. Conatan atasının qayadan yıxılaraq öldüyünü bildirib.

İstintaq zamanı məlum olub ki, İsak Andik 100 metrdən çox hündürlükdən yıxılıb. Hadisə əvvəlcə adi bədbəxt hadisə kimi araşdırılıb. Lakin sonradan Conatanın ifadələrində ziddiyyətlər aşkar edilib.

Polis həmçinin müəyyən edib ki, hadisədən bir neçə gün əvvəl Conatan həmin marşrut üzrə hərəkət edib. Onun vəkilləri isə bunu səfərə hazırlıq məqsədilə etdiyini bildiriblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropa Putinlə danışıqlara onları göndərmək istəyir

Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün danışıqlar üçün Almaniyanın sabiq kansleri Angela Merkel, Finlandiya Prezidenti Alexander Stubb və İtaliyanın keçmiş baş naziri Mario Draqinin namizədliyini nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Politico" nəşri üç diplomat mənbəyə istinadən məluma

18.05.2026 216
.

Qızı Əməkdar artisti sevindirdi

Əməkdar artist Elnur Kərimov sevincini izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, aktyor sosial şəbəkə hesabında qızı Aylinlə bağlı paylaşım edib. O bildirib ki, 9-cu sinifdə təhsil alan Aylin buraxılış imtahanlarında 249 bal toplayaraq arzuladığı məktəbə qəbul olub. Elnur Kərimov paylaşımınd

14:58 156
.

Kiçik və Orta Sahibkarlığın İnkişafı üçün Hansı Addımlar Atılmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Kiçik və orta sahibkarlıq dünyanın bir çox ölkəsində iqtisadiyyatın əsas dayaqlarından biri hesab olunur. Yeni iş yerlərinin açılması, yerli istehsalın inkişafı və iqtisadi aktivliyin artması baxımından bu sahənin rolu olduqca böyükdür. Azərbaycanda da son illər sahibkarlığın inkişafı istiqamətində müxtəli

11:02 185
.

Bakı-Tbilisi qatarı 6 il sonra açılır - Bu tarixdən

Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. "Qafqazinfo" "yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarə

18.05.2026 487
.

Kommunal Ödənişlərlə Bağlı Narazılıq: Kartlardan Niyə Artıq Pul Silinir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son vaxtlar ölkədə kommunal ödənişlərlə bağlı vətəndaş narazılığı diqqət çəkməyə başlayıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda vətəndaşlar qaz, işıq və su xidmətlərinə görə ödədikləri məbləğdən daha artıq vəsaitin bank kartlarından silindiyini iddia edirlər. Xüsusilə onlayn ödənişlər zamanı yarana

11:45 241
.

ABŞ İranla müharibəyə 85 milyard dollar xərclədi

ABŞ hökuməti İranla 79 gün davam edən müharibə zamanı 85 milyard dollardan çox vəsait xərcləyib. xarici mediaya istinadən xəbər verir ki, bu məbləğə regiona göndərilən gəmilərdə xidmət edən şəxsi heyətin saxlanılması və digər çoxsaylı hərbi xərclər daxildir. Bildirilir ki, açıqlanan rəqəm Pentaqonu

10:29 144
.

8 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Fotolar

Ağcabədi sakini Rusiyada faciəvi şəkildə həlak olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Qaraxanlı kəndindən olan, 2018-ci il təvəllüdlü Quliyeva Sevinc Məhəmməd qızı Rusiyanın Ryazan vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində həyatını itirib. S. Quliyevanı

18.05.2026 488
.

"Space FM"ə yeni direktor təyin olundu

"Space FM"ə yeni direktor təyin edilib. Axşam.az xəbər verir ki, bu vəzifəyə tanınmış radio aparıcısı Çingiz Mustafayev ("DJ Çina") gətirilib. O, təyinatı barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, bir neçə gün əvvəl "Space FM"in direktoru Sərxan Qədimo

10:30 214
.

Avropada nəhəng kəşf: Böyük qızıl ehtiyatı üzə çıxdı

Finlandiyada Rusiya sərhədinə təxminən 10 kilometr məsafədə yerləşən ərazidə aşkar edilən qızıl yataqlarının ilkin proqnozlardan daha böyük olduğu açıqlanıb. Qaynarinfo xəbər verir ki, Finlandiyanın dövlət yayım qurumu "Yle"nin məlumatına görə, mədən şirkəti "Endomines" qış mövsümünd

18.05.2026 284
.

TOP MP3