DİM-in çevik qərarı və sistemin acı reallığı

DİM-in çevik qərarı və sistemin acı reallığı"Dövlət İmtahan Mərkəzinin (DİM) 17 may tarixində keçirilən magistratura imtahanı ilə bağlı qəbul etdiyi təkrar imtahan qərarı, ilk növbədə, yaranmış kütləvi narazılıq və fors-major vəziyyətlərə çevik, humanist yanaşmanın bariz nümunəsidir. Paytaxtda baş verən təbii fəsadlar və nəqliyyat böhranı minlərlə gəncin aylarla çəkdiyi zəhməti və psixoloji hazırlığını ciddi şəkildə sarsıda biləcək gərginlik yaratmışdı. Belə bir məqamda qurumun məsələyə yalnız hüquqi çərçivədən deyil, sosial ədalət və təhsilalanların maraqları prizmasından yanaşması təqdirəlayiq addım hesab oluna bilər. Çünki obyektiv səbəblərdən imtahan zalına çata bilməyən və ya ağır stres altında imtahan verən bakalavrların hüquqlarının bərpası bütövlükdə milli qiymətləndirmə sisteminə olan ictimai etimadın qorunmasına xidmət etdi".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, bununla yanaşı, qərarın tətbiqi və təşkilati mexanizmləri müəyyən suallar və ciddi ekspert təhlili tələb edir. DİM-in imtahanı bütün iştirakçılar üçün məcburi şəkildə ləğv etməməsi, əksinə, təkrar imtahanda iştirakı könüllü əsasda təşkil etməsi hüquqi baxımdan ən rasional variantlardan biri kimi görünür. Belə ki, çətin şəraitə baxmayaraq imtahana vaxtında çatan və yüksək nəticə göstərən namizədlərin qazanılmış hüquqları qorunur, digər tərəfdən isə zərərçəkmiş şəxslərə kompensasiya imkanı yaradılır. Təkrar imtahanın ödənişsiz təşkili də dövlətin vətəndaş qarşısındakı sosial məsuliyyətini nümayiş etdirən mühüm addımdır:

DİM-in çevik qərarı və sistemin acı reallığı"Lakin qərarın icrası zamanı texniki və psixoloji çətinliklərin yaranacağı qaçılmazdır. Ən böyük yük yenə də namizədlərin üzərinə düşür. Çünki iyunun 14-dək olan təxminən bir aylıq müddət tələbələrdən əlavə psixoloji dözümlülük və yeni hazırlıq mərhələsi tələb edəcək. Eyni zamanda, qısa müddət ərzində yeni qeydiyyat prosesinin operativ idarə olunması, yeni imtahan suallarının hazırlanması və logistikanın təşkili DİM-in texniki resursları üçün ciddi sınaq hesab olunur. Sualların çətinlik səviyyəsinin 17 may imtahanı ilə tam ekvivalent saxlanılması da analitik baxımdan mürəkkəb məsələdir. Çünki variantlar arasında yarana biləcək ən kiçik disbalans belə namizədlər arasında fərqli rəqabət mühiti formalaşdıra bilər.

DİM-in yaranmış ictimai narazılığa bu qədər qısa müddətdə çevik və nisbətən ədalətli reaksiya verməsi dövlət qurumları ilə cəmiyyət arasında sağlam dialoqun qurulması baxımından nümunəvi addım kimi qiymətləndirilə bilər. Minlərlə gəncin gələcəyinə təsir edən belə həssas məsələlərdə bürokratik yanaşmadan uzaq duraraq vətəndaşın səsini eşitmək və operativ qərar vermək idarəetmədə yüksək məsuliyyət hissinin göstəricisidir. Təəssüf ki, oxşar çevikliyi və ictimai rəyə həssas yanaşmanı Elm və Təhsil Nazirliyinin fəaliyyətində hər zaman müşahidə etmək olmur. Arzuolunandır ki, təhsil sistemində yığılıb qalan problemlər, müəllim, şagird və valideynlərin haqlı narazılıqları ilə bağlı məsələlərdə də daha operativ və həssas mövqe nümayiş etdirilsin.

Yekunda qeyd etmək olar ki, yaranmış fors-major vəziyyət təkcə imtahan mərkəzinin deyil, həm də paytaxtın infrastruktur və nəqliyyat sisteminin bu cür kütləvi və strateji tədbirlərə tam hazır olmadığını göstərdi. Gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün imtahanların regionlar üzrə daha geniş şaxələndirilməsi və ya rəqəmsal qiymətləndirmə modellərinə keçidin sürətləndirilməsi artıq zərurətə çevrilir. İyun ayında keçiriləcək təkrar imtahan isə həm təşkilatçı qurum, həm də ədalət axtarışında olan minlərlə gənc üçün mühüm sınaq olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 684   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 127
.

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir: İrana qarşı hücumlar bərpa oluna bilər

ABŞ İrana qarşı hücumların yenidən başlayacağı ehtimalı fonunda Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu və əlav

10:30 124
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 100
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 139
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 432
.

"Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmas

11:18 112
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

13:15 141
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 445
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 165
.