"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)Bakının Yasamal rayonu ərazisində yaşayış binaları inşa edən "Lux Residence" şirkəti ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub.

Qaynarinfo-nun məlumatına görə, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 31 ünvanında yaşayan İsayev Famil Zahir oğlu yazır ki, "Lux Residence" şirkətinin apardığı inşaat işləri onun evini yararsız hala salıb. Famil İsayevin sözlərinə görə, şirkət bunu məqsədli şəkildə edib.

"Evdən çıxmağımızı istəyirlər. Amma az kompensasiya verirlər. Təsəvvür edin, yaşadığımız evin ümumi sahəsi 51,7 kvadratmetrdir, amma onlar hesab edirlər ki, 32,5 kvadratmetrdir. Təklif etdikləri məbləğ hətta 32,5 kvadratmetr üçün də yetərli deyil", deyə şikayətçi bildirir.

Famil İsayevin sözlərindən məlum olur ki, "Lux Residence" əvvəlcə onlara 91 000 manat kompensasiya təklif edib:

"Təbii ki, biz buna etiraz etdik. Bizi məhkəməyə verdilər. İddiada göstəriblər ki, guya yaşadığımız ev qeyri-qanuni tikilidir. Halbuki bu ev bizim baba mülkümüzdür. Evi 1916-cı ildə atamın babası inşa edib. Babam bu evdə anadan olub. Nənəm bu evə gəlin gəlib. Yəni 110 ildir bu ev bizdədir. Bu müddət ərzində evin qeyri-qanuni tikili olduğu üzə çıxmayıb?".

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)Şikayətçi yazır ki, Yasamal Rayon Məhkəməsi də iddianın absurdluğunu görüb və məsələni kompensasiya mübahisəsinə çevirib. Famil İsayevin sözlərinə görə, bundan sonra şirkət evin sahəsini ölçmək üçün "Central Consulting" şirkətinə müraciət edib:

"Biz həmin şirkəti evə buraxmadıq. Amma şirkət saxta ekspertiza rəyi hazırlayıb. Rəydə evin sahəsinin 32,5 kvadratmetr olduğu yazılıb. "Central Consulting" şirkətinin saxtakarlığını elə hazırladığı rəy vasitəsilə sübut etmək mümkündür. Təsəvvür edin, rəyə yazıblar ki, ev kərpicdən tikilib. Halbuki ev qaya daşlarından inşa edilib. Bundan başqa, evin qapısının dəmir materialdan olduğu yazılıb, amma qapı taxtadandır. Rəydə qeyd ediblər ki, ev 1 mərtəbəlidir, amma iki mərtəbəlidir. İkinci mərtəbədə əmim yaşayır. Bütün bunları bir kənara qoyaraq sual edirik: "Central Consulting" şirkəti evə baxmadan bu rəyi necə hazırlayıb? Bu açıq-aşkar saxtakarlıq deyilmi?"

Famil İsayevin sözlərinə görə, "Central Consulting" şirkətinin rəyini qəbul etmədiyinə görə məhkəmə tərəfindən evin ekspertizası həyata keçirilib:

"Məhkəmənin hazırladığı rəydə isə açıq-aşkar yazılıb ki, evin ümumi sahəsi (çöldən-çölə) 51,7 kvadratmetrdir. Amma maraqlıdır ki, işə baxan Ayşən Sultanova-Məmmədova heç məhkəmənin rəyini nəzərə almadı və bizə 109 000 manat kompensasiya verilməsi barədə qərar çıxardı. Bir məqamı da qeyd edim ki, məhkəmədə şirkətin nümayəndəsi vətəndaşlara kompensasiya olaraq hər kvadratmetrə görə 4000 manat ödədiklərini deyib. Təsəvvür edin, bu hesabla 109 000 manat heç 32,5 kvadratmetr üçün yetərli deyil. 4000 manatdan hesablayanda 32,5 kvadratmetr üçün 130 000 manat kompensasiya düşür. İndi özünüz baxın ki, nə qədər qanunsuzluq edirlər, haqqımıza girirlər".

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)Famil İsayev bildirir ki, qərardan apellyasiya şikayəti verəcək. Eyni zamanda məsələ ilə əlaqədar ölkə rəhbərliyinə və digər səlahiyyətli şəxslərə müraciət edəcək.

"Sona qədər qanuni şəkildə mübarizəmi aparacağam. Qardaşım hərbçidir, iki müharibədə iştirak edib. Bu ev təkcə mənə məxsus deyil ki, verilən məbləğlə razılaşım. Biz artıq pul istəmirik, sadəcə haqqımızı tələb edirik", deyə şikayətçi sonda vurğulayır.

"Lux Residence" şirkəti 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Cəfərzadə Hüseyn İlşat oğludur. Hüseyn Cəfərzadə haqqında publik mənbələrdə heç bir məlumat yoxdur.

"Lux Residence" şirkəti haqqında isə mediada və sosial şəbəkə platformalarında əsasən tənqidi materiallara rast gəlinir. Məsələn, təxminən bir həftə əvvəl mediada Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, ev 29-da yaşayan İbrahimova Firuzə Abusət qızının "Lux Residence" şirkətinin özbaşınalıqlarından şikayəti yer alıb.

Cari ilin aprel ayında isə mediada Pəricahan Abdullayeva adlı vətəndaşın "Lux Residence" şirkəti ilə bağlı videomüraciəti yayılıb. Vətəndaş bildirib ki, "Lux Residence" şirkəti onun evini başına uçurub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 585   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 411
.

Qaraciyər transplantasiyası olunmalıdır

"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad

01.10.2026 409
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

10:37 187
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 430
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

01.10.2026 379
.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 93
.

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz"

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP

11:09 118
.

Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi

Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma

01.10.2026 414
.

"Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi

11:56 109
.