Şəxsi məlumatlarınızı qorumaq üçün bu qaydalara əməl edin
Parkda, kafedə və ya ticarət mərkəzində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab edilmir. Çünki bu tip şəbəkələr açıq mühitdə fəaliyyət göstərir. Yəni eyni anda onlarla, bəzən isə yüzlərlə insan eyni şəbəkədən istifadə edir və bu da risk ehtimalını artırır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, əsas problem ondadır ki, belə şəbəkələrdə məlumat ötürülməsi hər zaman kifayət qədər qorunmur. Eyni şəbəkəyə qoşulan başqa bir şəxs texniki biliklərdən istifadə edərək məlumat axınını izləməyə cəhd göstərə bilər:
"Ən geniş yayılmış təhlükələrdən biri də saxta Wi-Fi şəbəkələridir. Məsələn, "Free WiFi" və ya "Park_WiFi" kimi adlarla eyni məkanda saxta şəbəkə yaradılır və istifadəçi fərqinə varmadan həmin şəbəkəyə qoşulur. Bu zaman istifadəçinin həyata keçirdiyi bütün fəaliyyətlər risk altına düşə bilər.
Lakin bu, pulsuz Wi-Fi istifadəsinin tam təhlükəli olduğu anlamına gəlmir. Burada əsas məsələ istifadəçinin həmin şəbəkədə hansı əməliyyatları yerinə yetirməsidir. Məsələn, xəbər oxumaq, xəritəyə baxmaq və ya video izləmək nisbətən təhlükəsiz hesab olunur. Amma bank tətbiqlərinə daxil olmaq, kart məlumatlarını yazmaq, dövlət xidmətlərindən istifadə etmək və ya iş e-poçtuna qoşulmaq artıq riskli sayılır.
İstifadəçilərin özlərini qoruması üçün bir neçə vacib qaydaya əməl etməsi tövsiyə olunur. İlk növbədə, qoşulduqları şəbəkənin həqiqətən həmin məkana aid olub-olmadığını dəqiqləşdirməlidirlər. İkincisi, ictimai Wi-Fi şəbəkələrində kart və şəxsi məlumatlar daxil edilməməlidir. Üçüncüsü, cihazlarda avtomatik Wi-Fi qoşulma funksiyasını söndürmək məsləhətdir ki, telefon naməlum şəbəkələrə özü qoşulmasın. Bundan əlavə, saytlara daxil olarkən "https" ilə başlayan şifrələnmiş bağlantılara üstünlük vermək vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 635 Tarix: 21 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 411 Qaraciyər transplantasiyası olunmalıdır
"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad
01.10.2026 409 Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video
Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi
10:37 187 Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 430 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 379 FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib
12:30 93 "Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz"
"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP
11:09 118 Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi
Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma
01.10.2026 414 "Bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil" - Yenilənib
"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. "Bi
11:56 109