Vaşinqton "Anthropic"in ən yeni süni intellekt modellərini blokladı
Amerika Birləşmiş Ştatlar hökuməti "Anthropic" şirkətinə ən yeni və inkişaf etmiş "Fable 5" və "Mythos 5" süni intellekt modellərinin xarici istifadəçilər üçün əlçatanlığını məhdudlaşdırmağı göstəriş verib.
Oxu.Az xəbər verir ki, müəssisə yaranmış vəziyyətlə əlaqədar bütün istifadəçilərin sözügedən sistemlərə girişini dayandırmaq məcburiyyətində qaldığını bəyan edib.
"ABŞ rəhbərliyi milli təhlükəsizlik sahəsindəki səlahiyyətlərinə əsaslanaraq ixraca nəzarət üzrə direktiv dərc edib. Sənədə əsasən, həm ölkə daxilində, həm də xaricdə olan bütün əcnəbi vətəndaşların, o cümlədən "Anthropic"in xarici pasporta malik işçilərinin "Fable 5" və "Mythos 5"ə daxil olması qadağan edilməlidir. Bu təlimatın nəticəsi olaraq biz hər iki modeli bütün istifadəçilər üçün təcili surətdə söndürmək məcburiyyətindəyik", - deyə şirkətin rəsmi açıqlamasında qeyd olunur.
Məlumata görə, Amerikanın "Anthropic" şirkəti bu göstərişi iyunun 12-si axşam saatlarında əldə edib, eyni zamanda məktubda milli təhlükəsizliyə yaranan təhdidlərlə bağlı konkret heç bir məlumat yer almayıb. Müəssisə rəsmiləri bildiriblər ki, modellərin qoruyucu məhdudiyyətlərindən yan keçmə üsulunun aşkar edilməsi barədə hökumət yalnız şifahi şəkildə məlumat verib. Şirkət rəhbərliyin tələbini yerinə yetirdiyini xüsusi vurğulasa da, universal xarakter daşımayan bu məhdud boşluğun aşkar edilməsini yüz milyonlarla insanın istifadə etdiyi kommersiya tipli modelin geri çağırılması üçün əsaslı səbəb hesab etmir.
"Əgər bu cür yanaşma bütün sənayeyə tətbiq olunarsa, faktiki olaraq hər hansı yeni modelin işıq üzü görməsi prosesi dayanacaq", - deyə təşkilat xəbərdarlıq edib.
Qeyd edək ki, 2021-ci ildə "OpenAI"ın keçmiş əməkdaşları tərəfindən yaradılan "Anthropic" qısa müddət ərzində süni intellekt sistemlərinin hazırlanması sahəsində əsas oyunçulardan birinə çevrilib. Qurum özünü süni intellektin yaradıcısı kimi təqdim edir və neyron şəbəkələrinin təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir. Şirkət "Claude" adlı ilk çat-botunu 2023-cü ilin mart ayında təqdim edib.
2026-cı ilin martında ABŞ-nin Hərb Nazirliyi "Anthropic"i "təchizat zənciri üçün təhlükə" elan edərək onunla işgüzar əlaqələri faktiki olaraq kəsib. Münaqişənin yaranmasına Pentaqonun müəssisənin süni intellekt məhsullarından bütün qanuni məqsədlər üçün istifadə etmək niyyəti səbəb olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 548 Tarix: 13 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
14:22 204 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
16:13 193 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
17:15 186 Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
21:42 0 Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA
Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy
14:56 246 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
17:22 187 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
12:30 251 ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"
ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər
14:59 202 Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd
12:39 597