İpoteka götürmək istəyənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə Azərbaycanda yaş həddinin artırıldığı və artıq 70 yaşdan yuxarı şəxslərə, hətta 73 yaşa qədər vətəndaşlara da kredit verildiyi ilə bağlı məlumatlar yayılıb. Müzakirələr xüsusilə pensiyaçılar üçün kredit şərtləri və bankların yaş məhdudiyyətləri ətrafında aparılır. Bəs bu iddiaların reallıq payı nə qədərdir? Azərbaycanda 70 yaşdan yuxarı şəxslərə hansı hallarda kredit verilməsi mümkündür və banklar bu zaman hansı meyarları əsas götürür?
Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə kreditlərin 73 yaşa qədər verilməsi ilə bağlı praktika mövcuddur:
"Bəzi banklarda bu yaş həddinə qədər kredit verilməsi tətbiq olunur və bəzi hallarda zaminlik və ya həyat sığortası tələbi qoyulmur. Bunun əsas səbəbi odur ki, vətəndaş pensiyasını həmin bank vasitəsilə alır və aylıq ödənişlər birbaşa pensiya kartından tutulur. Ümumilikdə, kreditin pensiya aldığı bank tərəfindən verilməsi normal praktikadır. Lakin ekspert kimi qeyd etmək lazımdır ki, bu cür hallarda əlavə təminat mexanizmlərinin olması daha məqsədəuyğun olardı. Məsələn, ya həyat sığortası, ya da ən azı bir zamin tələb edilməsi risklərin azaldılması baxımından vacibdir. Çünki orta ömür müddətini nəzərə alsaq, 70-75 yaşdan yuxarı şəxslərdə risklər daha yüksəkdir. Təbii ki, burada məqsəd heç kimin ölüm riskini öncədən qəbul etməsi deyil, lakin maliyyə baxımından risklərin idarə olunması zəruridir. Kiçik məbləğdə həyat sığortası və ya əlavə təminat mexanizmi kreditlərin daha təhlükəsiz şəkildə verilməsinə şərait yarada bilər. Bu yanaşma həm bankların risklərini azaldar, həm də kreditlərin davamlı və sabit şəkildə verilməsinə imkan yaradar".
O deyib ki, bu model banklar üçün əlavə gəlir mənbəyi kimi də qiymətləndirilə bilər:
"Digər tərəfdən, bu kreditlərdən istifadə edən şəxslər də dolayısı ilə öz ailə üzvlərinə və yaxınlarına müəyyən maliyyə dəstəyi təmin etmiş olurlar. Əgər bu model istehlak kreditləri üzrə özünü doğruldarsa və effektiv nəticə göstərərsə, onun digər kredit seqmentlərinə də tətbiqi mümkündür. Məsələn, ipoteka kreditləri üzrə yaş həddinin artırılması da müzakirə oluna bilər. Hazırda ipoteka kreditləri adətən 65 yaşa qədər nəzərdə tutulur. Lakin sığorta mexanizmi tətbiq edilməklə bu yaş həddini 75 yaşa qədər artırmaq mümkündür. Kredit müddətinin uzadılması isə aylıq ödənişlərin azalmasına səbəb ola bilər və bu da borcalanlar üçün daha əlçatan şərtlər yaradar. Bundan əlavə, kredit məbləğinin artırılması da mümkündür. Məsələn, 150 min manatlıq limitin 200 min manata qədər yüksəldilməsi daha geniş maliyyə imkanları yarada bilər. Ümumilikdə, bu yanaşma pilot layihə kimi tətbiq edilə bilər. Əgər nəticələr müsbət olarsa, daha sonra digər kredit növlərinə də şamil edilə bilər və maliyyə sektorunda daha çevik və əlçatan kredit siyasətinin formalaşmasına şərait yarada bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 677 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSahibkar-dövlət münasibətlərinin təməlində Heydər Əliyev siyasəti
"Azərbaycanın müstəqillik tarixində iqtisadi inkişafın, sahibkarlıq mühitinin formalaşmasının və özəl sektorun inkişafının mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin bazar iqtisadiyyatına keçidi, mülkiyyət münasibətlərində dəyişikliklərin aparılması və milli sahibkarla
11:43 192 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
12:30 251 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
20:30 110 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
19:30 147 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
21:00 84 Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır
Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80
16:04 208 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
12:04 199 Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
11:07 291 Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı
"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind
10:54 293