Avropada cinayət məsuliyyəti yaşı endirilə bilər
Bir sıra Avropa ölkələrində azyaşlıların cinayətkar qruplar tərəfindən cəlb olunması hallarının artması fonunda uşaqlar üçün cinayət məsuliyyətinin yaş həddinin aşağı salınması məsələsi müzakirə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazıb.
Məlumata görə, xüsusilə İsveçdə cinayət məsuliyyəti yaşının 13-ə endirilməsi məsələsi gündəmdədir.
Hazırda Almaniya və İspaniya kimi ölkələrdə ağır cinayət törədən 12 yaşlı uşaqlar cinayət məsuliyyətinə cəlb edilmirlər. Eyni zamanda, İrlandiyada 10-11 yaşlı uşaqlara münasibətdə müəyyən hallarda cinayət qanunvericiliyi tətbiq oluna bilir, Niderlandda isə bu hədd 12 yaşdan başlayır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, cinayət məsuliyyəti yaşının aşağı salınması cinayətkar qrupları daha kiçik yaşlı uşaqları öz sıralarına cəlb etməyə sövq edə bilər. Bu səbəbdən Avropa ölkələrində məsələyə münasibət birmənalı deyil.
Nəşr xatırladır ki, Danimarka 2010-cu ildə cinayət məsuliyyəti yaşını 15-dən 14-ə endirmişdi. Lakin iki il sonra bu qərar ləğv olunub. Sonrakı araşdırmalar göstərib ki, dəyişiklik cinayətlərin qarşısının alınmasına əhəmiyyətli təsir göstərməyib. Əksinə, azadlığa çıxan gənclər daha çox təkrar cinayətlər törədib və təhsil sahəsində daha zəif nəticələr nümayiş etdiriblər.
"Bild" nəşrinin məlumatına görə, Almaniyada cinayətkar qruplar getdikcə daha çox yeniyetmələri sifarişli qətllərə cəlb edirlər. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, belə hallar Hamburq, Şlezviq-Holşteyn və Köln bölgələrində qeydə alınıb.
Bildirilir ki, yeniyetmələr mesencerlər, sosial şəbəkələr, videooyunlar və qapalı çatlar vasitəsilə cinayətkar qrupların təsiri altına düşürlər. Oxşar tendensiya İsveçdə də müşahidə olunur və burada 11-15 yaşlı uşaqlar əsas hədəflərdən hesab edilirlər.
Qeyd olunur ki, bu praktika ötən əsrin 90-cı illərindən etibarən Latın Amerikası ölkələrində geniş yayılıb. Narkokartellər tərəfindən muzdlu qatil kimi istifadə olunan azyaşlılar "sikario" adlandırılır. Hazırda isə bu tendensiyanın Avropaya da yayılmağa başladığı bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 538 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477