Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı - Həbsdən təcili xəstəxanaya aparıldı

Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı - Həbsdən təcili xəstəxanaya aparıldıRusiyanın ən tanınmış və mübahisəli biznesmenlərindən biri, "Antikvar" ləqəbi ilə tanınan İlya Traberin saxlanıldıqdan sonra səhhətinin pisləşdiyi bildirilir.

Lent.az xəbər verir ki, Rusiya teleqram kanallarının məlumatına görə, o, gecə saatlarında saxlanıldığı kameradan təcili şəkildə Moskvadakı Federal Təhlükəsizlik Xidmətinin (FSB) Şukinskidə yerləşən hərbi hospitalına aparılıb.

Məlumata görə, Traberin vəziyyətinin ağır olduğu bildirilir və onun reanimasiya şöbəsinə köçürülməsi məsələsinə baxılır. Mənbələr xəstəliyin diaqnozunu açıqlamayıb. Bildirilir ki, o, hospitala gücləndirilmiş mühafizə altında çatdırılıb.

Bir daha qeyd edək ki, İlya Traber bir neçə gün əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb. Rusiya mediasının məlumatına görə, o, 2020-ci ildə Sankt-Peterburqlu iş adamı və deputat Aleksandr Petrovun sifarişli qətli ilə bağlı cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

İstintaq çərçivəsində Traberə məxsus evlərdə və ofislərdə axtarışlar aparıldığı, uzun illər biznes ortağı olmuş Vladimir Danilenkonun da saxlanıldığı bildirilir. Rusiya hüquq-mühafizə orqanları Traberi sifarişli qətlin təşkilində şübhəli bilir.

İlya Traber 1990-cı illərdən Sankt-Peterburqun ən nüfuzlu biznes fiqurlarından biri kimi tanınır. O, liman, logistika və neft terminalları sahəsində böyük biznes imperiyası qurub. "Antikvar" ləqəbini isə vaxtilə antik əşyaların alqı-satqısı ilə məşğul olduğuna görə alıb.

Traberin adı uzun illər müxtəlif beynəlxalq araşdırmalarda və Rusiya kriminal aləmi ilə bağlı materiallarda hallanıb. Xarici KİV-lər onu Tambov mütəşəkkil cinayət qrupunun nüfuzlu simalarından biri kimi təqdim etsələr də, o, bu iddiaları dəfələrlə rədd edib. İspaniyada onun barəsində aparılan uzunmüddətli araşdırma isə 2018-ci ildə bəraətlə nəticələnmişdi.

Hazırda Traberə qarşı irəli sürülən ittihamlarla bağlı istintaq davam edir. Onun təqsiri barədə yekun məhkəmə qərarı hələ qəbul edilməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 104   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil İnstitutunun tender oyunları və dərslik rəzaləti

"Sistemin daxilində yuva quran yarıtmazlığın və elmi geriliyin ən bariz, acınacaqlı örnəyi təhsilin beyni sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqid hədəfinə çevrilə

12:25 150
.

Rekord ucuzlaşma: Yumurtanın qiyməti 1 qəpiyə düşdü - İQTİSADÇIDAN AÇIQLAMA

Son günlər Azərbaycanda yumurtanın qiymətində qeyri-adi ucuzlaşma müşahidə olunur. Bəzi marketlərdə bir ədəd yumurtanın hətta 1 qəpiyə satılması istehlakçılar arasında maraq doğurub. Adətən qiymət artımları ilə gündəmə gələn ərzaq bazarında bu dəfə əks tendensiyanın yaşanması iqtisadi səbəblərlə bağl

11:15 256
.

"Axios": ABŞ İranın bloklanmış səhmlərini qismən açmağa hazırdır

Vaşinqton administrasiyası hesab edir ki, İran BMT müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verəcək. "Report" "Axios"a istinadən xəbər verir ki, bunun müqabilində ABŞ Tehrana əvvəllər dondurulmuş bəzi aktivlərinə giriş verməyə hazırdır. Məlumata görə, ABŞ İranın danışıqları

21.06.2026 225
.

Çin ABŞ şirkətlərinə ikili təyinatı olan malların ixracını qadağan etdi

Çin Xalq Respublikasının Ticarət Nazirliyi ABŞ-yə məxsus 10 şirkəti ixrac nəzarəti siyahısına əlavə edərək, onlara ikili təyinatlı məhsulların tədarükünə qadağa qoyub. xəbər verir ki, bu barədə TASS Çin qurumunun rəsmi bəyanatına istinadən məlumat yayıb. Qəbul edilmiş qərara əsasən, Çin ixracatçıların

10:30 150
.

COVID-19-un mənşəyi: ABŞ-da məxfiliyi açıqlanan vacib sənədlər

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Uhanda təhlükəli eksperimentlərin maliyyələşdirilməsini və laboratoriya sızması versiyasını təsdiqləyən arxivləri açıqlayıb. ABŞ Milli Kəşfiyyatı Vaşinqtonun Uhan Virusologiya İnstitutu ilə əlaqələrini, təhlükəli tibbi tədqiqatların Amerika tərəfindən maliyyələşdirilməsin

15:00 1
.

CENTCOM: "İran Hörmüz boğazına nəzarət etmir"

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, İran Hörmüz boğazına nəzarət etmir və bölgədə gəmiçilik fəaliyyəti normal qaydada davam edir. xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Tim Hokins "Axios" portalının jurnalisti Bara

21.06.2026 215
.

Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

13:30 107
.

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

Cənubi Koreya dünyanın ən sürətlə böyüyən silah təchizatçılarından birinə çevrilib. "Report" xəbər verir ki, bu barədə "Politico" nəşri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən məlumat yayıb. Məqalədə qeyd olunur ki, Cənubi Koreya dünyanın doqquzunc

21.06.2026 212
.

Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər

Hörmüz boğazından gəmiçilik ABŞ və İran arasında atəşkəs dövründə və yekun razılaşma əldə edildikdən sonra ödənişsiz olacaq. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu "Truth Social" sosial şəbəkəsində yazıb. "Atəşkəs dövründə rüsumlar olmayacaq və 60 günlü

21.06.2026 213
.

TOP MP3