Təhsil İnstitutunun tender oyunları və dərslik rəzaləti

Təhsil İnstitutunun tender oyunları və dərslik rəzaləti"Sistemin daxilində yuva quran yarıtmazlığın və elmi geriliyin ən bariz, acınacaqlı örnəyi təhsilin beyni sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqid hədəfinə çevrilən bu qurum bu gün öz birbaşa profilindən, elmi-pedaqoji missiyasından tamamilə uzaqlaşaraq, nə işlə desən məşğul olan bir layihə və tender kontoruna çevrilib". Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

Onun sözlərinə görə, təhsil İnstitutunun fundamental elmi araşdırmalar aparmaq, milli dərslik strategiyasını qurmaq əvəzinə nazirlik daxilindəki müəyyən qruplaşmaların və podratçı tenderlərin mərkəzi kimi idarə olunması rəsmi hesabatların ən böyük rüsvayçılığıdır: "Vaxtilə nazirin özünün bu institutun rəhbərliyində olduğu dövrlərdən qalan layihələrdəki xeyli sayda neqativlərin, maliyyə yeyintilərinin və uğursuz proqramların üstünü ört-basdır etmək üçün Elnur Əliyevin bura gətirilməsi, ardınca isə onun fərqli agentlikləri ələ keçirmək uğrunda apardığı daxili kadr müharibələri təhsil elmini tamamilə iflic vəziyyətinə salıb. İnstitut rəhbərliyi şagirdlərin dərslərdəki passivliyindən şikayətlənməklə öz məsuliyyətini üzərindən atmağa çalışsa da, cəmiyyət yaxşı bilir ki, bu passivliyin və uğursuzluğun memarı məhz elmdən uzaq, bərbad dərslikləri ortaya qoyanların özüdür.

Dərsliklərdəki biabırçı elmi və metodiki səhvlər, məntiqsiz tapşırıqlar, dil və üslub qüsurları bu tədris ilində də valideynlərin və ziyalıların haqlı qəzəbinə səbəb olub. Təhsil İnstitutunun birbaşa nəzarətində hazırlanan və milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər milli təfəkkürdən uzaq, qondarma və şagirdlərin yaş psixologiyasına tamamilə zidd mexanizmlərlə doldurulub. İnstitutun rəhbərliyi dərsliklərin keyfiyyətini qaldırmaq, daxili ekspertizanı gücləndirmək əvəzinə, xarici qrant layihələrinin, səs-küylü və formal konfransların, xarici hesabat sessiyalarının arxasında gizlənir. Təhsilimizin elmi sütununu qurmalı olan bir təsisatın tender oyunlarının, daxili vəzifə çəkişmələrinin mərkəzinə çevrilməsi dərslik yaradıcılığını bir qrup imtiyazlı şəxsin qazanc mənbəyinə çevirib. Nəticədə isə hər il milyonlarla dərslik yenidən çap olunur, hər il eyni elmi xətalar təkrar edilir və millətin övladları bu savadsız bəlalardan zəhərlənməkdə davam edir. Təhsilimiz bu gün elmdən uzaq başbilənlərin tender maraqlarına deyil, milli intellektual genofondun qorunmasına xidmət edən dürüst bir elmi regenerasiyaya möhtacdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 540   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 109
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 115
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 221
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 190
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 180
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 108
.