1 qəpiklik yumurta müzakirə yaradır: Keyfiyyətlə bağlı iddialar artır

1 qəpiklik yumurta müzakirə yaradır: Keyfiyyətlə bağlı iddialar artırSon günlər bazarda yumurtanın qiymətinin kəskin şəkildə enərək bəzi satış nöqtələrində 1 qəpiyə qədər düşməsi geniş ictimai müzakirələrə səbəb olub. Qiymət enişi ilə paralel olaraq sosial şəbəkələrdə yayılan müxtəlif videolar və iddialar da diqqət çəkir. Paylaşımlarda bəzi yumurtaların içindən qurd çıxması, sarısının qeyri-adi şəkildə bərkiməsi və təbii məhsula bənzəməməsi kimi görüntülər mübahisələri daha da artırıb.

Bir qrup vətəndaş bu yumurtaların keyfiyyətinin aşağı olduğunu və hətta xaricdən, xüsusilə Çin mənşəli "süni yumurtalar" ola biləcəyini iddia etsə də, bu fikirlər hələlik rəsmi şəkildə təsdiqlənməyib. Mövzu həm qiymət dəyişiklikləri, həm də məhsul təhlükəsizliyi baxımından geniş müzakirələr doğurmaqda davam edir.
1 qəpiklik yumurta müzakirə yaradır: Keyfiyyətlə bağlı iddialar artırMövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, son günlər yumurta qiymətlərinin kəskin düşməsi mövzusu gündəmi zəbt edib. Bir tərəfdən istehlakçılar sevinir, bir tərəfdən də yumurtanın təhlükəsizliyi və təbiiliyi ilə bağlı müxtəlif versiyalar yayılır. Onun sözlərinə görə, tək yumurtada deyil, bütün qida məhsullarında qida təhlükəsizliyi və sağlamlığımız baxımından diqqətli olmaqda fayda var: "Əlbəttə ki, qiymətin enməsinin bir neçə real səbəbi ola bilər. Bunlara istehsalın artması, bazarda təklifin çoxalması, yay mövsümündə tələbatın nisbətən azalması, marketlərin kampaniyalarını göstərə bilərik. Yalnız qiymətə baxıb birbaşa ucuzdursa, keyfiyyətsizdir demək də doğru olmaz. Bir istehlakçı olaraq bizim üçün vacib məqam qiymətdən çox, məhsulun keyfiyyəti olmalıdır.

Yumurta canlı bioloji məhsuldur. Vaxt keçdikcə, düzgün olmayan temperaturda saxlanıldıqda keyfiyyəti dəyişir. Təzə yumurtanın sarısı möhkəm və mərkəzdə, ağı isə qatı və şəffaf olur. Köhnələndikcə ağı durulaşır, sarısı ətrafa yayılır, qırıldıqda daha sulu görünür.

Yumurta alarkən qabığında çat, ləkə, qeyri-adi rəng olub-olmadığına diqqət etməliyik. Həmçinin istehsal və son istehlak tarixləri də diqqət edəcəyim məqamlardandır. Bəzən qırdıqdan sonra kəskin pis qoxu gəlir. Bu da xarab olmanın əlaməti ola bilər. Həm yumurtanı suyun içinə atıb yoxlaya bilərik. Təzəsi dibə batır, köhnəsi üzür.

Qida təhlükəsizliyi baxımından ən böyük risklərdən biri salmonella bakteriyasıdır. Ona görə də yumurtanı bilinən markadan almaq, soyuducuda saxlamaq, yaxşı bişirib yemək vacibdir. Xam və yarımbişmiş yumurta riskli ola bilər.

Bir istehlakçı olaraq əksəriyyətimiz alış-verişdə ilk növbədə qiymətə baxırıq. Halbuki qiymətlə yanaşı mənşəyə, saxlanma şəraitinə və görünüşünə də fikir vermək lazımdır.

Sosial şəbəkələrdə Çindən gətirilən süni yumurta barədə şayiələr də dolaşır. Amma rəsmi qurumlar bu iddiaları təkzib edir. Deyə bilərəm ki, hal-hazırda Azərbaycanda daxili istehsal tələbatı tam ödəyir. Çindən yumurta idxalı barədə məlumatım yoxdur. Amma fikir versəniz belə şayiələr adətən qiymət kəskin düşəndə yayılır. Söhbət qidadan və sağlamlığımızdan gedirsə, istehlakçıların narahat olması boşuna deyil. Hər zaman olduğu kimi panikaya qapılmadan ağıllı seçim etməliyik".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 154   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MİDA evləri üçün aylıq ödəniş nə qədərdir?

"MİDA mənzillərinin əldə olunması üçün vətəndaşlar güzəştli ipoteka kreditindən yararlana bilirlər. Bu zaman ilkin ödəniş minimum 10 faiz təşkil edir, kreditin illik faiz dərəcəsi isə 4 faizdən başlayır". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qey

11:33 205
.

Xamenei ilə vida mərasimi günlərlə keçiriləcək - DETALLAR AÇIQLANDI

İranın keçmiş ali lideri Əli Xamenei ilə vida və dəfn mərasimlərinin proqramı açıqlanıb. İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, mərasimlər bir neçə şəhəri əhatə edəcək və ümumilikdə altı gün davam edəcək. Məlumata əsasən, iyulun 4 və 5-də Tehranda yerləşən İmam Xomeyni adına mərkəz

13:45 129
.

Donald Tramp Kolumbiya prezident seçkisində Abelardo de la Esprielyanın qələbəsini tanıdı

Amerika Birləşmiş Ştatların lideri Donald Tramp radikal sağçı siyasətçi, eləcə də sahibkar Abelardo de la Esprielyanın Kolumbiyada keçirilən prezident seçkisində qələbə qazandığını bəyan edib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" platformasında yazıb. "O, böyük fərql

10:45 156
.

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Bakıda qarşıladı

İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

13:15 131
.

Bakının ölümə gedən piyadaları - HADİSƏ ANI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edib. -a daxil olan müraciətdə qeyd olunur ki, bu hadisələr piyada keçidlərini əhəmiyyətsiz bilib yolun hərəkət hissəsindən keçməyin həyat üçün nə qədər təhlükəli olduğunu bir daha göstərdi: "Belə hadisələrin ba

12:45 188
.

Təhsil İnstitutunun tender oyunları və dərslik rəzaləti

"Sistemin daxilində yuva quran yarıtmazlığın və elmi geriliyin ən bariz, acınacaqlı örnəyi təhsilin beyni sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqid hədəfinə çevrilə

12:25 160
.

Qəbələdə maşın 16 yaşlı piyadanı vurub

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Rabil Abdullayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyad

21.06.2026 223
.

Evdən meyit tapıldı

Gəncədə evdən meyit tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Yeniyetmənin ölüm səbəbi hələli

21.06.2026 265
.

1 qəpiklik yumurta müzakirə yaradır: Keyfiyyətlə bağlı iddialar artır

Son günlər bazarda yumurtanın qiymətinin kəskin şəkildə enərək bəzi satış nöqtələrində 1 qəpiyə qədər düşməsi geniş ictimai müzakirələrə səbəb olub. Qiymət enişi ilə paralel olaraq sosial şəbəkələrdə yayılan müxtəlif videolar və iddialar da diqqət çəkir. Paylaşımlarda bəzi yumurtaların içindən qurd çıxması

14:26 149
.

TOP MP3