Anaklaudia Rossbax WUF13-ə uğurlu ev sahibliyinə görə İlham Əliyevə təşəkkür edib
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurlu təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Anaklaudia Rossbax bununla bağlı dövlətimizin başçına ünvanlandığı məktubunda qeyd edib: "WUF13-ə misilsiz uğurla ev sahibliyi etdiyinizə görə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) adından sizə və hökumətinizə ən dərin minnətdarlığımı bildirirəm. WUF13 dünya miqyasında mənzil icması və UN-Habitat üçün mühüm mərhələ oldu. Forum dünya üzrə rekord sayda iştirakçını bir araya gətirdi. Onlar davamlı şəhərsalmanın inkişafında irəliləyişə sadiq olan milli və yerli hökumətləri, vətəndaş cəmiyyətini, akademik dairələri, özəl sektoru, gənclər qruplarını, beynəlxalq təşkilatları və digər maraqlı tərəfləri təmsil edirdilər.
WUF13, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya regionunda keçirilən ilk Ümumdünya Şəhərsalma Forumu Sessiyası kimi tarixi əhəmiyyət kəsb etdi. WUF13-ün uğurla keçirilməsi Azərbaycan Hökumətinin və xalqının güclü öhdəliyini, rəhbərliyini və qonaqpərvərliyini əks etdirir. UN-Habitat ilə Azərbaycan arasında sıx əməkdaşlıq Sessiyanın bütün substantiv, operativ və logistik sahələrdə səmərəli şəkildə hazırlanmasını və təşkilini təmin etmək baxımından həlledici rol oynadı.
WUF13 bir sıra iddialı nəticələrlə yadda qaldı, o cümlədən "Bakı Fəaliyyətə Çağırış" və Nazirlər Görüşünün yekun sənədi (Sədrlərin Xülasəsi), həmçinin Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük "Urban Expo" sərgisi təşkil etdi. WUF13, həmçinin WUF Akademiyası, Biznes və İnnovasiya Mərkəzi və Təcrübə Mərkəzi kimi bir çox yeni və innovativ təşəbbüslər təqdim etdi ki, bu da WUF-un zəngin dialoq, bilik mübadiləsi, tərəfdaşlıqlar və praktiki şəhərsalma həlləri platforması kimi mövqeyini daha da gücləndirdi.
WUF13-ün bu nəticələri və təcrübəsi qlobal əməkdaşlığın gücləndirilməsinə, Yeni Şəhər Gündəliyinin və 11-ci Dayanıqlı İnkişaf Məqsədinin icrasının irəlilədilməsinə yol açdı və çox vacib töhfə verdi.
WUF13, həmçinin mühüm irslər qoydu. Bunlara gələcək Ümumdünya Şəhərsalma Forumu sessiyaları üçün operativ bələdçinin hazırlanmasına töhfə verəcək "WUF13 Bakı Standartları", habelə "Bakı Şəhərsalma Mükafatı" daxildir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 540 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
12:17 109 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 182 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 228 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
11:21 115 Azərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 221 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 171 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
10:10 190 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 180 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
12:04 108