Azərbaycanda "yay qripi" yayıldı: Kondisioner yoluxdurur
Azərbaycanda insanlar arasında virus yayılıb. Bir çox adam halsızlıq və yüksək hərarət, öskürək, burun axması fonunda xəstəlik keçirir.
Bəs görəsən, bu virus nədir? O günvarmadan yaranır, yoxsa mövsümi xəstəlikdir? Yay aylarında qrip virusuna qarşı peyvənd vurdurmaq olarmı?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu, "yay qripi" adlanan xəstəliyin əlamətləridir:
"Yay qripi" kimi tanınan hallar və günvurma yüksək hərarət və halsızlıqla müşayiət oluna bilsə də, onları fərqləndirən əsas əlamətlər mövcuddur. Günvurma birbaşa günəş şüaları altında və ya bürkü, pis havalandırılan isti məkanda uzun müddət qalmaq nəticəsində yaranır. Bu zaman asqırma, burun axması, boğaz ağrısı və ya öskürək müşahidə edilmir. Əsas əlamətlər baş ağrısı, ürəkbulanma, qusma, dərinin qızarması və bədən temperaturunun yüksəlməsidir. Günvurma yoluxucu deyil və insandan insana keçmir.
Yay aylarında müşahidə olunan respirator virus infeksiyaları isə boğaz ağrısı, burun tıxanıqlığı və ya axması, əzələ ağrıları, öskürək və hərarətlə müşayiət oluna bilər. Yay mövsümündə kondisionerlərdən düzgün istifadə edilməməsi, otaq və açıq hava arasında kəskin temperatur fərqi, qapalı və izdihamlı məkanlarda yaxın təmas kimi amillər xəstələnmə riskini artıra bilər. Bu infeksiyalar əsasən hava-damcı yolu ilə yayılır.
Qorunmaq üçün bir neçə sadə qaydaya əməl etmək tövsiyə olunur. Otaq temperaturu ilə çöldəki temperatur arasındakı fərqin çox böyük olmamasına diqqət yetirilməli, kondisionerin havasının birbaşa bədənə yönəlməsinin qarşısı alınmalı və cihazların filtrləri mütəmadi təmizlənməlidir.
Gün ərzində kifayət qədər maye qəbul etmək, həddindən artıq soyuq və buzlu içkilərdən çəkinmək, ictimai yerlərdən qayıtdıqdan sonra əlləri sabunla yumaq və xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan mümkün qədər yayınmaq tövsiyə edilir".
Mütəxəssis qeyd edib ki, qrip peyvəndi əsasən payız mövsümündə, sentyabr-oktyabr aylarında tətbiq olunur:
"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, qripə qarşı vaksinlərin tərkibi hər il dövr edən virus ştamlarına uyğun olaraq yenilənir. Regionumuzda qrip peyvəndi əsasən payız mövsümündə, sentyabr-oktyabr aylarında tətbiq olunur. Əvvəlki mövsüm üçün nəzərdə tutulmuş peyvənd cari mövsümdə dövr edən virus ştamlarına qarşı tam uyğun olmaya bilər. Bu səbəbdən qripə qarşı vaksinasiya ilə bağlı ən uyğun vaxt və tövsiyələr barədə həkimlə məsləhətləşmək məqsədəuyğundur.
Hazırda yay aylarında qeydə alınan respirator infeksiyaların əhəmiyyətli hissəsi qrip virusu ilə deyil, digər tənəffüs yolu virusları ilə əlaqədar olur. Bu virusların bir çoxuna qarşı spesifik peyvənd mövcud deyil. Ona görə də bu dövrdə şəxsi gigiyena qaydalarına riayət etmək, balanslı qidalanmaq və orqanizmi kəskin temperatur dəyişikliklərindən qorumaq əsas profilaktik tədbirlər hesab olunur.
Əgər yüksək hərarət üç gündən artıq davam edərsə və ya vəziyyət pisləşərsə, həkimə müraciət etmək tövsiyə olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 597 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
12:17 109 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 182 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
30.09.2026 228 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
11:21 115 Azərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 221 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
11:32 171 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
10:10 190 Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
11:14 180 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
12:04 108