Buludlardan deyil: İldırımın əslində haradan düşdüyü AÇIQLANDI

Buludlardan deyil: İldırımın əslində haradan düşdüyü AÇIQLANDIƏksər insanlar ildırımın buludlardan yerə çaxdığını düşünür. Lakin meteoroloqlar bildirirlər ki, insan gözünün gördüyü parlaq işıq əslində əks istiqamətdə, yerdən buluda doğru hərəkət edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti və Ukrayna Milli Elmlər Akademiyasının Hidrometeorologiya İnstitutunun Atmosfer Fizikası şöbəsinin müdiri, coğrafiya elmləri namizədi Vitali Şpiq məlumat verib.

Alimin sözlərinə görə, proses buluddan deyil, mənfi yüklü buludun yerə doğru göndərdiyi, gözlə görünməyən "pilləli lider" adlanan elektrik axını ilə başlayır. Bu elektron axını təxminən saniyədə 150 kilometr sürətlə yerə doğru hərəkət edərək elektrik boşalması üçün yol açır.

Yer müsbət yüklü olduğu üçün buludla qarşılıqlı təsirə girir. "Pilləli lider"in qollarından biri yerə çatdığı anda yerdən buluda doğru son dərəcə güclü əks elektrik axını yaranır. İnsanların ildırım kimi gördüyü parlaq işıq da məhz bu mərhələdə meydana çıxır.

"İnsan gözünün gördüyü boşalma demək olar ki, işıq sürəti ilə hərəkət edir. Lakin görünən işıq buluddan yerə deyil, yerdən buluda doğru gedir. Gördüyümüz ildırım ionların və fotonların əks axınıdır və aşağıdan yuxarı istiqamətdə baş verir", - Vitali Şpiq bildirib.

Mütəxəssis qeyd edib ki, bu güclü elektrik boşalması zamanı cərəyanın gücü yüz minlərlə amperə çata bilir. Nəticədə hava ani şəkildə minlərlə dərəcə qızır, sürətlə genişlənir və bu da göy gurultusunun yaranmasına səbəb olur.

Meteoroloqun sözlərinə görə, ildırımın göydən yerə çaxdığı təəssüratı insan gözünün çox sürətli elektrik proseslərini tam ayırd edə bilməməsi ilə əlaqədardır. Görünən parlaq işıq əslində prosesin son mərhələsidir.

Qeyd edək ki, son günlər Avropanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti müşahidə olunur. İspaniyanın turistlər arasında məşhur olan Xaen şəhərində güclü leysan nəticəsində küçələr su altında qalıb, sel suları avtomobilləri basıb və piyadaların hərəkətini çətinləşdirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 109
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 115
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 221
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 190
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 180
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 108
.