Everestdəki "yaşıl çəkmələr"in cəsədi endirilir: 150 min dollarlıq riskli əməliyyat
Hindistan hakimiyyəti Everestin "ölüm zonasında" genişmiqyaslı və təhlükəli missiyaya start verib.
Oxu.Az xəbər verir ki, bu barədə Kp.ru-da məqalə dərc edilib.
Məlumata görə, ekspedisiya zamanı 1996-cı ildə təxminən 8 500 m yüksəklikdə dəhşətli çovğun zamanı həlak olmuş "yaşıl çəkmələr" kimi tanınan alpinistin nəşinin dağdan aşağı endirilməsi planlaşdırılır
Uzun müddət hesab olunurdu ki, qalıqlar hindistanlı alpinist Tsevanq Palcora məxsusdur. Lakin rəsmi sənədlərə əsasən, Hindistan hakimiyyəti həlak olan şəxs kimi onun həmin ekspedisiyadakı komanda yoldaşı - Dorje Morupu göstərir. Onların hər ikisi eyni gündə itkin düşüb.
Üzərindəki ləvazimatla birlikdə çəkisi 200 kiloqrama çata bilən buz bağlamış cəsədin endirilməsi altı təcrübəli şerpdən ibarət komandaya həvalə olunub. Əməliyyat 150 000 dollar dəyərində qiymətləndirilir və bu ilin oktyabr ayına qədər başa çatmalıdır.
Ekspertlər missiyanın son dərəcə təhlükəli olduğunu qeyd edirlər. Belə bir yüksəklikdə qalıqların çıxarılması xilasetmə qrupunun həyatı üçün böyük risklə bağlıdır, buzlu qayalar üzərindən daşınması isə inanılmaz səy tələb edəcək.
Qeyd edək ki, "yaşıl çəkmələr" onilliklər boyu bir çox alpinist üçün zirvəyə gedən yolda qorxunc bir oriyentir olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada anomal istilər 13 nəfərin həyatına son qoydu
Fransada müşahidə olunan güclü istilər ciddi fəsadlara yol açıb. Ölkədə havaların kəskin isti keçməsi fonunda son günlər 13 nəfər suda boğularaq həyatını itirib. Həlak olanlar arasında iki yeniyetmənin də olduğu bildirilir. Məlumata görə, yüksək temperatur səbəbindən insanlar sərinləmək üçün daha ço
22.06.2026 127 Böyük Britaniyadan sonra Almaniyanında baş naziri istefa verə bilər
AFD partiyası Böyük Britaniyanın Baş naziri Keir Starmer ətrafında yaranan siyasi proseslərə münasibət bildirərək Almaniya hökumətini də hədəf alıb. Partiya yaydığı açıqlamada Starmerin reytinqlərinin aşağı düşməsindən sonra istefa qərarı verməsini siyasi məsuliyyət nümunəsi kimi qiymətləndirib. BİG.A
22.06.2026 121 Dünya çempionatındakı uğursuzluqdan sonra Arda Gülərdən GÖZLƏNİLMƏZ QƏRAR
Dünya çempionatında ümidləri doğrultmayan Arda Güler Joze Mourinyonun diqqətini cəlb etmək məqsədilə tətilini yarımçıq qoyaraq "Real Madrid"in mövsüm açılışına qatılmaq istəyir. "AS" nəşrinə istinadən xəbər verir ki, Türkiyə 24 ildən sonra böyük ümidlərlə qatıldığı dünya çempionatınd
22.06.2026 2 Rusiya Ukraynanı bombaladı
Rusiyanın Ukraynaya son hücumları ilə bağlı məlumatlar göstərir ki, Rusiya ordusu son sutka ərzində Ukraynanın bir sıra bölgələrini raket və pilotsuz uçuş aparatları ilə vurub. Hücumlar nəticəsində azı 6 mülki şəxsin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. BİG.AZ ABC News-a istinadən xəbər veri
22.06.2026 112 İsrail ordusu Qəzza şəhərində əməliyyat keçirən iki HƏMAS terrorçusunu məhv edib
İsrail ordusu bazar ertəsi səhəri bildirib ki, İsrail Müdafiə Qüvvələri həftəsonu Qəzza şəhərində iki ayrı hava hücumu nəticəsində iki HƏMAS terrorçusunu məhv edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ilk zərbədə İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində Həmasın Qərbi Cəbəliya batalyonunu
22.06.2026 119 Evinizə bu fotoları asmayın: Stress səviyyənizi artıra bilər
Rəsm əsərləri, fotolar və dekorativ kompozisiyalar ev interyerinin ayrılmaz hissəsi hesab olunur. Onlar təkcə məkanı bəzəmir, həm də insanların həmin mühitdə özünü necə hiss etməsinə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, psixoloqların fikrincə, insanın hər gün gördüyü vizual obrazla
22.06.2026 1 Eyvanda manqal kefi, bütün bina ayağa qalxdı
Türkiyənin Bursa şəhərində yaşayış binasında ailələrdən birinin eyvanda manqal yandırması qonşular arasında gərginliyə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, manqaldan çıxan sıx tüstü yuxarı mərtəbələrə yayıldıqdan sonra bina sakinləri arasında mübahisə başlayıb. Hadisə zamanı müxtəli
22.06.2026 1 İrandan Dünya çempionatında tarixi rekord
İran milli komandası dünən Dünya çempionatı qrup mərhələsinin ikinci turunda Belçika ilə heç-heçə (0:0) edib. -ın xarici mediaya istinadən məlumatına görə, bununla da İran komandası Dünya çempionatında yaş rekorduna imza atıb. Qeyd olunur ki, İran milli komandasının start heyətindəki oyunçuların ort
22.06.2026 132 Trampın təhdidlərinə İrandan sərt reaksiya
ABŞ Prezidenti Donald Trampın "Hörmüz boğazı yenidən bağlanacağı təqdirdə İranın qalan hissəsini də işğal edəcəyik" təhdidlərinə Tehrandan cavab verilib. xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb. Bildirilib ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasını
22.06.2026 1