Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənirAzərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Son illərin siyasi mənzərəsi ondan ibarətdir ki, respublikamızın Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri özünəməxsusluğu ilə fərqlənməklə, daha da genişlənib, yeni istiqamətləri əhatə edib. Bu da xalqımızın sözügedən dövlətlərin xalqları ilə ortaq dəyərləri bölüşməsindən irəli gəlir.

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də Azərbaycan Respublikasına baş tutan dövlət səfəri də Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin daha da inkişafına və genişlənməsinə verdiyi xüsusi önəmin təcəssümüdür. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.

Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Hər iki xalq həm də XX əsrdə eyni taleyi bölüşüblər. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il iyun ayında yaradılıb. Bu gün isə Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır.

Xüsusən son illər Azərbaycan-Türkmənistan əlaqələrinin daha da inkişafı baxımından mühüm mərhələ hesab oluna bilər. Çünki bu illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və digər yüksəksəviyyəli rəsmilərin səfərləri daha da intensiv xarakter alıb. Bu səfərlər, imzalanan sənədlər əlaqələrə yeni dinamizm gətirib, eyni zamanda regional əməkdaşlığı gücləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.

Azərbaycanla Türkmənistan arasında münasibətlər xüsusən enerji və nəqliyyat sahələrində son illərdə daha da inkişaf edib. Hər iki dövlət enerji təhlükəsizliyinin və nəqliyyat dəhlizlərinin regional və qlobal əməkdaşlıqdakı rolunu düzgün qiymətləndirərək, sözügedən sahələrə sərmayələr yatırırlar. Türkmənistan özünün karbohidrogen ehtiyatlarını həm də Azərbaycanın enerji dəhlizləri vasitəsilə ixrac edir. 2021-ci ilin yanvar ayında Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması isə iki dövlət arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirib. Dəniz sərhədində yerləşən bu yataq Azərbaycanı və Türkmənistanı bir-birinə daha da yaxınlaşdırıb, dostlaşdırıb və qardaşlaşdırıb. İlk dəfə olaraq enerji yatağının iki dövlət tərəfindən birlikdə istismarı həm də Xəzər dənizində yeni əməkdaşlıq formatının yaradılması deməkdir.

Nəqliyyat sahəsində əməkdaşlıq isə Orta dəhlizin də inkişafına təkan verir. Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycandan keçir. Bu, həm də Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrut hesab olunur. Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də hər iki ölkənin yeni logistika infrastrukturları yaratması həm qarşılıqlı ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırıb, həm də yüklərin daşınma müddətini önəmli dərəcədə azaldıb.

İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Səfər günlərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə "Dostlug" neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi keçirilib, iki ölkə rəhbərləri prezidentlərin Birgə Bəyanatını imzalayıblar.
Mətbuat üçün bəyanatında Prezudent İlham Əliyev deyib ki, "münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər".
Vurğulanıb ki, "Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq".

Prezidentlərin görüşü zamanı nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Qeyd edildi ki, "ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq".

Vurğulanıb ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Bununla əlaqədar hər iki ölkə səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədirlər. Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlığa, dostluğa və ortaq dəyərlərə söykənərək, sürətlə inkişaf edir, daha da möhkəmlənir. Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər əlaqələrin daha da inkişafını şərtləndirir. Bu əlaqələr həm də qlobal aktuallıq kəsb edən məsələləri əhatə edərək, hər iki dövlətin milli maraq və mənafelərinin qorunmasına yönəlib. Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri əlbəttə ki, əlaqələrin və tərədaşlığın inkişaf dinamikasına yeni impuls verəcək.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 115   Tarix: 22 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

E5 liderləri Ukrayna məsələsini müzakirə etmək üçün Berlində bir araya gələcək

İyunun 24-də Almaniyanın paytaxtı Berlində Avropanın aparıcı beş ölkəsinin - Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa liderlərinin görüşü keçiriləcək. Toplantının əsas mövzusu Ukraynadakı müharibə və regionda yaranmış təhlükəsizlik vəziyyəti olacaq. BİG.AZ Le Monde-a istinadən xəbər veri

16:47 107
.

Anaklaudia Rossbax WUF13-ə uğurlu ev sahibliyinə görə İlham Əliyevə təşəkkür edib

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurlu təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Anaklaudia Rossbax bununla bağlı dövlətimizin başçına ünvanlandığı məktubund

17:45 37
.

Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı - Həbsdən təcili xəstəxanaya aparıldı

Rusiyanın ən tanınmış və mübahisəli biznesmenlərindən biri, "Antikvar" ləqəbi ilə tanınan İlya Traberin saxlanıldıqdan sonra səhhətinin pisləşdiyi bildirilir. xəbər verir ki, Rusiya teleqram kanallarının məlumatına görə, o, gecə saatlarında saxlanıldığı kameradan təcili şəkildə Moskvadakı Federa

14:00 146
.

KDR-də Ebola virusuna yoluxanların sayı mini keçdi - ÖLƏNLƏRİN SAYI AÇIQLANDI

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı mini ötüb. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi sosial şəbəkə hesabında açıqlama yayıb. Ən son göstəricilərə görə, 1003 yoluxma halı rəsmən təsdiqlənib. Ölənlərin sayı 254-ə çatıb, 10

18:00 1
.

Böyük Britaniyanın Baş naziri Starmer istefa verdiyini açıqladı

Keir Starmer, Britaniya siyasi mənzərəsinin parçalandığı və son əsrdə ona hakim olan iki partiyaya dəstəyin azaldığı bir vaxtda istefa verdiyini açıqladı. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, mərkəzçi solçu Leyborist və mərkəz sağçı Mühafizəkar partiyaları uzun müddətdir Britaniya siyasətində əsa

14:39 136
.

Azərbaycanda "yay qripi" yayıldı: Kondisioner yoluxdurur

Azərbaycanda insanlar arasında virus yayılıb. Bir çox adam halsızlıq və yüksək hərarət, öskürək, burun axması fonunda xəstəlik keçirir. Bəs görəsən, bu virus nədir? O günvarmadan yaranır, yoxsa mövsümi xəstəlikdir? Yay aylarında qrip virusuna qarşı peyvənd vurdurmaq olarmı?. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti

19:15 1
.

COVID-19-un mənşəyi: ABŞ-da məxfiliyi açıqlanan vacib sənədlər

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Uhanda təhlükəli eksperimentlərin maliyyələşdirilməsini və laboratoriya sızması versiyasını təsdiqləyən arxivləri açıqlayıb. ABŞ Milli Kəşfiyyatı Vaşinqtonun Uhan Virusologiya İnstitutu ilə əlaqələrini, təhlükəli tibbi tədqiqatların Amerika tərəfindən maliyyələşdirilməsin

15:00 148
.

Pakistanın baş naziri: İran və ABŞ arasında danışıqlar uğurla başa çatıb

Pakistanın Baş naziri Şahbaz Şərif bazar ertəsi günü bildirib ki, İran və ABŞ arasında danışıqlar İsveçrədə uğurla başa çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, o, X-dəki paylaşımında bildirib ki, "Müzakirələr müsbət və konstruktiv atmosferdə keçib və 60 gün ərzində yekun razılaşmaya doğr

14:56 127
.

Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

13:30 134
.

TOP MP3