Rusiya yarım milyondan çox hərbçi itirib - Ukraynadakı hərbi itkilərin yeni statistikası açıqlandı

Rusiya yarım milyondan çox hərbçi itirib - Ukraynadakı hərbi itkilərin yeni statistikası açıqlandıRusiya-Ukrayna müharibəsinin başlamasından rəsmən 1577 gün ötür. Bu göstərici ilə cari müharibə həm Birinci Dünya Müharibəsini, həm də İkinci Dünya Müharibəsini davametmə müddətinə görə geridə qoyub.

"AzPolitika" xəbər verir ki, "Mediazona" və "BBC"nin Rus xidməti könüllülər qrupu ilə birgə apardıqları araşdırmada Rusiya ordusunun rəsmi olaraq adbaad təsdiqlənmiş itkilərinin sayını açıqlayıb. Açıq mənbələr (yerli administrasiyaların bəyanatları, sosial şəbəkələrdə qohumların paylaşımları və qəbiristanlıq məlumatları) əsasında aparılan monitorinqə görə, müharibədə ən azı 227 min 680 rusiyalı hərbçinin öldüyü dəqiqləşdirilib. Ekspertlər real itkilərin bu rəqəmdən qat-qat çox olduğunu vurğulayırlar.

Araşdırmaya görə, cəbhədə həlak olanların sosial qruplar üzrə bölgüsü Rusiya ordusundakı daxili mənzərəni aydın nümayiş etdirir:

Öz xoşu ilə müqavilə imzalayıb cəbhəyə gedənlər itkilərin ən böyük hissəsini təşkil edir - 83 384 nəfər.

Həbsxanalardan cəbhəyə cəlb olunanlar arasında ölüm sayı - 25 662 nəfər.

Ölkədaxili qismən səfərbərliklə orduya çağırılanlar - 19 149 nəfər.

Rusiya ordusu və digər güc strukturlarının 7 200-dən çox zabiti məhv edilib. Onların arasında 15 general (5 general-leytenant, 7 general-mayor, 2 istefada olan general və Rusiyaya qaçan 1 keçmiş Ukrayna Təhlükəsizlik Xidməti generalı) var.

Regional baxımdan itkilərin sayına görə Rusiyanın Başqırdıstan və Tatarıstan respublikaları liderlik edir.

Statistika göstərir ki, Rusiyanın hərbi itkiləri hər il həndəsi silsilə ilə artır. 2023 və 2024-cü illərdə qeydə alınan ölüm halları əvvəlki illərin göstəricilərini ən azı iki dəfə üstələyib. İtkilərin ən pik nöqtəsi isə hər ilin dekabr aylarına təsadüf edib.

Maraqlı məqam odur ki, ümumi itkilər fonunda zabitlərin payı kəskin şəkildə azalır. Müharibənin əvvəlində ümumi itkilərin 10%-ni zabitlər təşkil edirdisə, son dövrlərdə bu göstərici 2-3%-ə qədər düşüb ki, bu da Rusiya ordusunda peşəkar komandir heyətinin sıradan çıxdığını göstərir.

Müstəqil nəşrlərin reyestr məlumatlarına əsaslanan digər hesablamalarına görə, Rusiyanın Ukraynadakı xalis ölüm sayı 350 min nəfər civarındadır. Lakin Qərb kəşfiyyatının son hesabatları rəqəmlərin daha dəhşətli olduğunu ortaya qoyur:

Niderland kəşfiyyatı Rusiyanın müharibədəki ümumi daimi itkilərinin (ölən və ağır yaralanaraq sıradan çıxanlar) 1.2 milyon nəfərə çatdığını, onlardan yarım milyondan çoxunun birbaşa öldüyünü bəyan edib. Britaniyanın rəsmi kəşfiyyat və kibertəhlükəsizlik agentliyinin rəhbəri Enn Kist-Batler rəsmi Londonda keçirdiyi brifinqdə Rusiyanın təkcə ölü olaraq itkisinin yarım milyona yaxınlaşdığını təsdiqləyib.

Ekspertlər qeyd edirlər ki, Rusiya hazırda cəbhədə əsgərləri yeni müqaviləli hərbçilər toplamaq sürətindən daha sürətlə itirir və bu da yaxın gələcəkdə Kremli yeni bir səfərbərlik dalğasına məcbur edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 538   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 109
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 182
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 115
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 221
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 190
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 180
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 108
.