Fars körfəzində dənizçilik böhranı: 1200 gəmi boğazı keçə bilmir
Fars körfəzində yük gəmilərinin kütləvi şəkildə toplanması Hörmüz boğazı vasitəsilə hərəkətin ləng bərpa olunması ilə əlaqədardır.
Oxu.Az-ın məlumatına görə, "Allianz" sığorta şirkətinin hesablamaları göstərir ki, hazırda ümumi dəyəri təqribən 125 milyard dollar olan mallar və xammal daşıyan 1200-dən artıq gəmi boğazdan keçə bilmir.
Dəniz sığortası üzrə aparıcı ekspert Yustus Haynrix bildirib ki, vəziyyət normallaşacağı təqdirdə belə, gəmiçilikdə yaranmış tıxacların tam aradan qaldırılması üçün bir neçə həftə tələb olunacaq.
"Gəmiçilik bu münaqişənin girovuna çevrilib", - deyə o vurğulayıb.
Ötən həftə ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşmasına baxmayaraq, gəmiçilik şirkətləri üçün təhlükə səviyyəsi hələ də yüksək olaraq qalır.
Haynrixin sözlərinə görə, beynəlxalq dənizçilik təşkilatları və gəmi sahibləri hələlik heyət və gəmilər üçün yaranan təhdidlərin real səviyyəsini obyektiv şəkildə qiymətləndirə bilmirlər.
Ekspert xatırladıb ki, qlobal neft və mayeləşdirilmiş təbii qaz ticarətinin 20-25%-i məhz Hörmüz boğazından keçir və bu amil yaranmış vəziyyəti dünya enerji bazarları üçün xüsusilə həssas edir.
Bundan əlavə, o, İran tərəfindən Fars körfəzi və Hörmüz boğazına nəzarət etmək məqsədilə yeni qurumun yaradılmasına diqqət çəkib. Gözlənilir ki, həmin qurum tranzit gəmilərin sığorta təminatının yoxlanılması və sertifikatlaşdırılması məsələləri ilə məşğul olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
12:17 80 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
11:33 104 Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi
Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı
10:16 126 Müstəqilliyə gedən yol
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl
08:52 153 Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand
30.09.2026 222 Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib
Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu
10:40 112 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist
30.09.2026 242 Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli
12:19 87 Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı
Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib
30.09.2026 329