Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq

Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaqAzərbaycanda evlərlə yanaşı torpaq sahələrinin də qiyməti ildən-ilə artır.

Bəs görəsən, yaxın illərdə hansı ərazilərdə, nə qədər qiymət artımı olacaq? Qiymətlərin stabil qalması gözlənilirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, turizmin inkişaf edə biləcəyi yerlərdə qiymətlər artacaq:

"Torpaq yeganə daşınmaz əmlak növüdür ki, onun həcmi artmır. Azərbaycan Respublikasının 86,6 min kvadrat kilometr ərazisi var. Bu baxımdan dövr keçdikdə, əhalinin sayı artdıqca, tələb yüksəldikcə torpaq sahələrinin qiymətinin artmağı təbiidir. Bundan sonrakı illərdə də təkcə prestijli yerlərdə deyil, bütün ölkə üzrə qiymət artımları olacaq.

Qiymətlərin neçə faiz artması ölkədəki daşınmaz əmlakın ümumi artım tendensiyası daxilində baş verən prosesdir. Son beş ildə mənzillər yerindən asılı olaraq 70-100% , torpaq sahələri isə iki dəfə çox, 200% qiymət artımına məruz qalıb. Bunun səbəbi torpaq sahələrinə tələbin çox olmasıdır. Böyük binalar, komplekslər, qeyri-yaşayış obyektləri inşa olunanda da, kənd təsərrüfatı fəaliyyətində də torpaq sahəsi lazım olur. Bu baxımdan torpaq çox qiymətlidir.

İlk növbədə turizmin inkişaf etmə ehtimalı olan ərazilərdəki torpaqlar qiymət artımına məruz qalacaq. Dənizə yaxınlığı ilə seçilən və böyük layihələr üçün nəzərdə tutulan ərazilərdə də daha çox qiymət artımı gözlənilir. Bundan əlavə şəhər mərkəzi və mərkəzə yaxın olan prestijli ərazilər - Səbail, Yasamal, Nərimanov, Nəsimi və qismən Xətai rayonunda da torpaqların qiyməti qalxacaq.

Proqnozumuza görə, 2026-cı ildə torpaqların qiymətində 20% artım gözlənilir. Növbəti ildə də bu proses davam edəcək. Hətta torpaq faizləri azaldığına görə, 2027-ci ildə qiymətin artım faizi daha da yüksələcək.

Xalq arasında boş yerə torpaq qızıldır, qızıl qiymətinədir deyilmir. Onun qiymətinin artması təbii prosesdir".

İqtisadçı qeyd edib ki, tikinti proseslərinin hansı istiqamətdə gedəcəyi də torpaq sahələrinin qiymətinə təsir edir:

"Nardaranda böyük layihə həyata keçirilir, Hövsan genişlənir, Ələtdə azad iqtisadi zonanın çox böyük perspektivləri var. Bakı şəhəri birmərkəzli idarədən, çoxmərkəzli idarəyə keçir. Yəni şəhərin alt mərkəzləri artacaq və kənar sayılan ərazilərdə də inkişaf gedəcək. Bakı şəhərinin "2040 Baş plan"ına əsasən, tramvay xətlərinin keçdiyi, yeni metrostansiyalarının salındığı, magistral yolların inşa olunduğu, bina komplekslərinin qurulacağı ərazilərdə torpaq qiymətinin artımı təbiidir. Həmin yerlərdə torpağın qiymətinin artımı ətraf ərazilərə də təsir edir.

Torpağın qiyməti domino effekti ilə artır. Yəni bir yerdə böyük infrastruktur dəyişikliyi baş verirsə, onun ətrafında daha çox qiymət artır. Gələcəkdə Məhəmmədi, Xocasən, Hövsan, Masazır, Xırdalanda torpaqlar daha yüksək qiymətə təklif olunacaq. Dəniz kənarı yerlər - Bilgəh, Nardaran, Pirşağı, Şüvəlan, Buzovna və Mərdəkan çox böyük kurort potensialı olduğu üçün orada da qiymət artımı qaçılmazdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 933   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 80
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

11:33 104
.

Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi

Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı

10:16 126
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

08:52 153
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand

30.09.2026 222
.

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev AQEM Media Forumunu

10:40 112
.

Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr

Qranat, zümrüd və ya sitrin daşları olan zinət əşyaları istənilən üslubda obrazla uğurlu şəkildə uyğunlaşa bilər. Bu isə müxtəlif geyimlərə uyğun yeni aksessuarlar seçmək zərurətini azaldır. Qaynarinfo xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə "585 Zolotoy" şirkətinin stilist

30.09.2026 242
.

Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli

12:19 87
.

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı

Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib

30.09.2026 329
.