Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?
Türk kinosunun unudulmaz simaları Türkan Şoray və Kadir İnanır haqqında illər əvvəl ortaya atılan iddialar yenidən gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, uzun illər Yeşilçamın ən çox yaraşdırılan cütlüklərindən biri hesab edilən ikilinin evlilik məsələsində fikir ayrılığı yaşadığı və bu səbəbdən yollarını ayırdığı iddia olunurdu. Kadir İnanırın vəfatından sonra onların münasibəti yenidən maraq doğurub.
Kadir İnanır Türkan Şorayla niyə evlənmədi?
Türk kinosunun əfsanəvi cütlüyü Türkan Şoray və Kadir İnanır həm ekran uyğunluğu, həm də şəxsi həyatları ilə illər boyu gündəmdə olublar. Onların niyə ailə qurmadığı isə uzun illərdir maraq doğuran mövzulardan biridir.
İddialara görə, münasibətlərdə soyuqluğun başlanğıcı Kadir İnanırın illər əvvəl verdiyi müsahibədə söylədiyi "İstəsəydik, Türkan Şorayla evlənərdik" sözləri olub. Daha sonra eyni sual Türkan Şoraya ünvanlanıb və o da "Bəli, istəsəydik evlənərdik" cavabını verib.
Lakin sonradan Kadir İnanırın başqa bir müsahibəsində dediyi iddia olunan "Türkan Şorayla əsla evlənməzdim" ifadəsi Şorayın inciməsinə səbəb olduğu barədə xəbərlər yayılıb.
İddialara əsasən, bundan sonra iki sənətçi arasında münasibətlər gərginləşib və müxtəlif tədbirlərdə bir-birlərinə qarşı məsafəli davranıblar. Bununla belə, tərəflər bu mövzu ilə bağlı ictimaiyyətə ətraflı açıqlama verməyiblər və bu səbəbdən deyilənlər rəsmi təsdiqini tapmayıb.
Bir müddət Türkan Şorayın təqdim etdiyi televiziya proqramına Kadir İnanırın dəvət ediləcəyi də gündəmə gəlmişdi. İnanır isə ona rəsmi dəvət gəlmədiyini, gəlsə belə, uzun illərdir televiziya proqramlarına qatılmamaq prinsipini davam etdirdiyini bildirmişdi.
Kadir İnanır kimdir?
Kadir İnanır 15 aprel 1949-cu ildə Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda anadan olub. O, 1967-ci ildə keçirilən "Kino Artisti" müsabiqəsində finalçı olduqdan sonra kino karyerasına başlayıb.
İlk baş rolunu 1970-ci ildə çəkilən "Kara Gözlüm" filmində canlandırıb. Daha sonra Türkan Şorayla birlikdə çəkildiyi "Selvi Boylum Al Yazmalım", eləcə də "Bir Yudum Sevgi", "Tatar Ramazan", "Yılanların Öcü" kimi filmlərlə Türk kinosunun ən məşhur aktyorlarından birinə çevrilib.
Karyerası ərzində yüzlərlə film və televiziya layihəsində iştirak edən Kadir İnanır canlandırdığı prinsipial və güclü obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
2024-cü ildə səhhətində yaranan problemlərlə əlaqədar uzun müddət müalicə alan aktyor 26 iyun 2026-cı ildə vəfat edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059 "Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz
17.09.2021 5564 Aqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 Orxan Gəncəbayın oğlu evləndi - VİDEO
Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb
16.09.2021 3352 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993