Keyfiyyətli kofeni necə tanımaq olar?

Keyfiyyətli kofeni necə tanımaq olar?Səhər oyanan kimi, iş arasında və ya dostlarla söhbət zamanı bir fincan qəhvə bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq mağaza rəflərində onlarla fərqli marka, növ və qiymətdə qəhvə olduğu üçün keyfiyyətli məhsulu seçmək hər zaman asan olmur. Bəzən cəlbedici qablaşdırma və ya yüksək qiymət alıcıda məhsulun daha yaxşı olduğu təəssüratı yaratsa da, əsl keyfiyyəti müəyyən edən meyarlar tamamilə fərqlidir.

Bəs keyfiyyətli qəhvəni necə seçmək olar? Alış-veriş zamanı hansı detallara diqqət yetirmək lazımdır?
Keyfiyyətli kofeni necə tanımaq olar?Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, elə bir dövrdə yaşayırıq ki, sağlam olan yox, daha çox təbliğ olunan trend olur. Onun sözlərinə görə, bir istehlakçı olaraq nə daha çox dəbdədirsə, ona üz tuturuq: "Sağlamlıq tərəfi ikinci dərəcəli bir məsələ olur. Bir mərkəzdən kütlələrin həyat tərzi yönləndirilir. Təbliğ olunan bu trendlərdən biri də kofelərdir. Artıq kofe içmək gündəlik həyatın, sosiallaşmanın və iş mədəniyyətinin ayrılmaz bir hissəsinə çevrilib. Kofe seçərkən məhsulun keyfiyyəti, qovrulma dərəcəsi və qəbul edilən porsiyanın ölçüsü sağlamlıq baxımından vacibdir. Düzgün seçim etməsək və çox qəbul etsək orqanizm üçün fəsadlar yarada bilər.

Əsasən iki kofe növü geniş yayılıb. Daha yumşaq, turşməzə və az kafeinli olan Arabica və daha acı, tünd və yüksək kafeinli olan Robustadır. Mən daha çox keyfiyyətli kofe üçün 100 faiz Arabica dənələrinə üstünlük verilməsi tövsiyə edərdim. Kofe dənələri tünd qovrulduqca tərkibindəki antioksidantlar azalır və akrilamid riski arta bilir. Orta qovrulmuş kofeləri həm dad, həm də sağlamlıq baxımından ən yaxşı seçim hesab edirəm. Kofe dənələrinin düzgün saxlanmaması, daşınmaması, xüsusilə yüksək rütubətli mühitdə göbələklərin çoxalmasına və nəticədə okratoksin A kimi təhlükəli mikotoksinlərin yaranmasına səbəb olur. Bu toksinlər isə birbaşa böyrək fəaliyyətinə mənfi təsir göstərir.

Sağlam bir yetkin insan üçün günlük zərərsiz kafein həddi beynəlxalq standartlara görə 400 mq-dır. Bir porsiya espresso təxminən 60-80 mq, bir fincan filtr kofe isə 90-140 mq kafein ehtiva edir. Gün ərzində 2-3 fincan, yəni orta ölçü, təxminən 200 ml-dan artıq kofe içilməsə yaxşı olar.

Əgər özümüz alıb evdə içmək istəyiriksə, bəzi məqamalr diqqət etməliyik. Üzərində hazır kofe, 3-ü 1-də yazılan məhsullardan uzaq durmalıyıq. Bu növ paket kofelərin tərkibində gizli şəkərlər, qlükoza şirəsi, trans yağlar və emulqatorlar əsl kofe dadını əvəzləyir.

Kofe alarkən üyüdülmüş yox, dənə şəklində almalıyıq və qablaşdırmanın üzərində qovrulma tarixinə baxmalıyıq. Üyüdülmüş kofe hava ilə təmasda tez oksidləşir və faydalı yağ turşularını itirir. Kafelərdə kofe sifariş edəndə şərbətlər, süni dadlandırıcılar və kremlər əlavə etdirməyin.

Risk qrupuna aid olanları da unutmamalıyıq. Hamilə qadınlar üçün günlük kafein limiti 200 mq-ı keçməməlidir. Ürək-damar xəstəlikləri, taxikardiyası, arterial hipertenziyası və kəskin mədə-bağırsaq problemləri olanlar isə kofe qəbulunu azaltmalıdır.

Kofenin tərkibində olan kafein mərkəzi sinir sistemini stimullaşdırdığı üçün gecə saatlarında qəbul etsək yuxumuz pozula bilər. Həmçinin kofe sidikqovucu təsirə malikdir. Bədəndən suyun xaric olmasını sürətləndirir. Buna görə də hər fincan kofedən sonra mütləq 1 fincan təmiz su içməliyik.

Digər tərəfdən kofenin tərkibindəki tanninlər qidalarla aldığımız dəmir və kalsiumun bağırsaqlardan sorulmasını zəiflədir. Kofeni yeməkdən ən az 1 saat sonra içsək daha yaxşı olar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 627   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30.09.2026 296
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 154
.

Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert

"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti

30.09.2026 167
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

Niyə yadplanetlilər Yerə hücum etmir?

Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric

30.09.2026 170
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 132
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu - Sərt reaksiya

Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni "Primadonna"sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz. Onun sözlərinə görə, kimin "Primadonna"

30.09.2026 177
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

30.09.2026 318
.