Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı
Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat isə ilk qara dəliklərin öyrənilməsi üçün yeni imkanlar açıb.
BiG.AZ xəbər verir ki, araşdırma "Astronomy & Astrophysics" jurnalında dərc olunub.
Kvazar - uzaq qalaktikanın nüvəsidir ki, burada ifrat kütləli qara dəlik ətrafdakı maddəni dəhşətli sürətlə udur. Udulma prosesi nəhəng miqdarda enerjinin ayrılması ilə müşayiət olunur, buna görə də kvazarlar milyardlarla işıq ili məsafədən görünür və erkən Kainatın əsas "mayakları" hesab olunurlar.
"Kütlələri Günəşin kütləsindən yüz milyonlarla dəfə böyük olan bu canavarlar, nədənsə Kainat hələ körpəlik dövründə olarkən artıq mövcud idi. Onların bu qədər sürətlə böyüməyə necə macal tapdıqlarına dair hələ ki, yaxşı bir izahımız yoxdur", - tədqiqatın müəllifi, Kaliforniya Universitetinin (Santa-Barbara) əməkdaşı Cozef Henaui izah edib.
Bu kəşf Avropa Kosmik Agentliyinin "Evklid" teleskopu sayəsində mümkün olub. O, atmosferin infraqırmızı şüalanmasından kənar, orbitdən müşahidə aparır və yerüstü rəsədxanalar üçün əlçatmaz olan səma sahəsini əhatə edir. İki ən qədim kvazarın qırmızı yerdəyişməsi 7,69 və 7,77-dir - bu o deməkdir ki, onların işığı genişlənən Kainatdan o qədər uzun müddət keçib ki, infraqırmızı diapazona qədər uzanıb. Qırmızı yerdəyişmə 7 olduqda Kainat indiki yaşının 6%-dən daha gənc idi. Bu vaxt reionlaşma erası adlanır - ilk ulduzların və kvazarların şüalanmasının qalaktikalararası fəzanı dolduran hidrogeni ionlaşdırdığı dövr.
Kəşf bu dövrə aid məlum kvazarların sayını iki dəfədən çox artırıb. Axtarış zamanı tədqiqatçılar on milyonlarla mənbəni süzgəcdən keçirən maşın öyrənmə alqoritmlərindən istifadə ediblər. Komandanın növbəti hədəfi Böyük Partlayışdan sonra ilk 630 milyon il ərzində mövcud olmuş, qırmızı yerdəyişməsi 8-dən yuxarı olan kvazar tapmaqdır.(publika.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 677 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30.09.2026 296 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 154 Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert
"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti
30.09.2026 167 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
30.09.2026 268 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
30.09.2026 170 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 132 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30.09.2026 302 Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu - Sərt reaksiya
Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni "Primadonna"sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz. Onun sözlərinə görə, kimin "Primadonna"
30.09.2026 177 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
30.09.2026 318