"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Video
Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibə verib.
"Qafqazinfo" xəbər verir ki, övladlarından, onların gələcək planlarından danışan Günel Mirzəyeva şəhidlə bağlı xatirələrini də bölüşüb.
Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildirib ki, həyat yoldaşının vəfatından sonra peşəsini hərbçiliyə dəyişib: "Həyat yoldaşımla kollecdə tanış olmuşduq. Hələ də bizim sevgimizdən danışırlar. Deyirlər ki, bir Elçin-Günel var idi, bir-birlərini çox sevirdilər. Həyat yoldaşım şəhid olandan sonra mən yolumu dəyişdim, hərbiyə getdim. Düzdür, burada da tibb sahəsindəyəm. Yoldaşımdan sonra sanki 30 il qocaldım... Sevdiklərin üçün ayaqda durmalı olursan. Üç qız anasıyam. Böyük qızımın 18 yaşı var və tələbədir. Öz biznesini qurmaq istəyir. Ortancıl qızım memar, kiçik qızım isə atası kimi diş həkimi olmaq istəyir. Mən sadəcə qızlarım üçün ayaqda dayanmıram, bu həm də yoldaşıma verdiyim bir sözdür".
Qeyd edək ki, Mirzəyev Elçin Maqsud oğlu 31 iyul 1985-ci ildə Tərtər rayonunun Qərvənd kəndində dünyaya gəlib. 2002-ci ildə məktəbi bitirən Elçin Mingəçevir Tibb Kollecinin Ortopedik stomotologiya fakültəsinə daxil olub. 2007-ci ildə ailə quran Elçin Mirzəyev 2014-cü ildə kəşfiyyatçı olaraq, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləməyə başlayıb.
Vətən müharibəsinin ilk günündən də döyüşlərdə olub, ağır döyüşlərdən birində yaralanıb. Oktyabrın 10-u Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 662 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30.09.2026 296 Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30.09.2026 154 Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert
"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti
30.09.2026 167 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
30.09.2026 268 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
30.09.2026 170 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 132 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30.09.2026 302 Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu - Sərt reaksiya
Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni "Primadonna"sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz. Onun sözlərinə görə, kimin "Primadonna"
30.09.2026 177 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
30.09.2026 318