Oğluna aktyor olmaq üçün şərt qoyubmuş
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov aktyor oğlu Sənan Kazımovun bu sənəti seçməsinə vaxtilə qarşı çıxmasının səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, o, övladının daha rahat və gəlirli sahədə çalışmasını istədiyini etiraf edib:
"Aydın məsələdir ki, heç bir valideyn özünün çəkdiyi çətinlikləri övladına rəva bilmir. Mənim atam da bu sənətə gəlməyimə qarşı idi. Sadəcə, o, bu sənətin içində deyildi, kənardan təsəvvür edirdi və istəmirdi. Mən isə sənətin içində ola-ola istəmirdim ki, övladım da bu çətinlikləri yaşasın. İstəyirdim ki, onun imkanları daha çox olsun. Xüsusilə təhsilinə həddindən artıq vəsait yatırırdım ki, orta məktəbdə yaxşı oxusun, ən yaxşı məktəblərdə təhsil alsın, ən yaxşı hazırlıqlara getsin. Sonra həkim, hüquqşünas, bankir olsun və ya elə bir sahədə çalışsın ki, bu çətinlikləri yaşamasın. Uşaq vaxtından tamaşalarda oynayırdı. Fikirləşirdim ki, uşaqdır, həvəsdir, keçib gedəcək".
Nicat Kazımov oğlunun bugünkü uğurları ilə fəxr etdiyini vurğulayıb:
"Artıq neçə illərdir Azərbaycanın ən böyük tədbirlərində, səhnələrində çıxış edir və tamaşaçılar tərəfindən sevilir. Bu gün onu tanıyanların, sevənlərin sayı mənimkindən qat-qat çoxdur. Mən bununla yalnız fəxr edə bilərəm. Əvvəl istəmirdim, amma sonradan şərt qoydum ki, əgər aktyor olmaq istəyirsənsə, burada yox, Türkiyədə universitetə qəbul ol. Və həmin il elə oldu ki, yer yalnız Zonquldak Universitetində açılmışdı. Amma burada da artıq ali məktəbə qəbul olmuşdu. Zonquldak Universitetinə birlikdə getdik, yer xoşuma gəlmədi. Sonra kafedra müdirinin "Burada nə öyrənəcək?" deməsi xoşuma gəlmədi. Sual verdim ki, "Burada oxumaq istəyirsən?". Dedi ki, "Yox". O anda elə götürüb qayıtdım Bakıya".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059 "Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz
17.09.2021 5564 Aqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 Orxan Gəncəbayın oğlu evləndi - VİDEO
Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb
16.09.2021 3352 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993