Su altında sirli ildırım çaxdı: alimlər bunun nə olduğunu bilmirlər
Sakit okeanda əsrlərdir müşahidə edilən sirli işıq parıltıları alimləri düşünməyə davam edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "te lapa" ("işıq parıltısı") adlandırılan bu hadisə dənizin dərinliyində qəfil yaranan, şimşəyə bənzəyən işıq zolaqları şəklində görünür və bir az sonra yoxa çıxır.
Qədim polineziyalı dənizçilərin bu sirli parıltılardan naviqasiya məqsədilə istifadə etdiyi bildirilir. Onların sözlərinə görə, bu işıqlar çox vaxt ən yaxın quru istiqamətində görünür və gecə, eləcə də buludlu havalarda adaların yerini müəyyən etməyə kömək edirdi.
Alimlər artıq on illərdir fenomeni araşdırsalar da, onun yaranma səbəbi barədə ortaq fikir formalaşmayıb. Əsas ehtimallardan biri te lapa fenomeninin Sakit okeandakı "Od halqası" adlanan tektonik zonadakı geoloji proseslərlə əlaqəli olmasıdır. Tədqiqatçılar hesab edirlər ki, sualtı vulkanlar və hidrotermal mənbələrin yaxınlığında güclü elektrik boşalmaları yarana bilər. Dəniz suyu elektriki yaxşı keçirsə də, qaz qabarcıqları, temperatur fərqləri və müxtəlif minerallar elektrik yükünü qısa müddət ərzində toplayaraq sonradan parlaq işıq şəklində buraxa bilər.
Başqa bir nəzəriyyəyə görə isə bu sirli işıqlar biolüminessensiyaya malik mikroorqanizmlərdən qaynaqlanır. Bəzi mikroskopik yosunlar mexaniki təsir zamanı işıq saçır. Laboratoriya şəraitində alimlər te lapa təsvirlərinə bənzər işıq zolaqları əldə edə biliblər. Lakin hələlik məhz bu orqanizmlərin okeanda müşahidə olunan sirli parıltılara səbəb olduğunu təsdiqləyən sübut yoxdur.
Tədqiqatçılar eyni zamanda bir neçə məşhur ehtimalı da istisna ediblər. Məlum olub ki, bu parıltılar nə ulduzların və peyklərin su üzərində əksi, nə də Müqəddəs Elmo işıqları kimi atmosfer elektrik hadisələri ilə əlaqəlidir. Müasir texnologiyalara baxmayaraq, te lapa fenomeninin mənşəyi hələ də okeanın ən maraqlı və sirli hadisələrindən biri hesab olunur. Alimlər hesab edirlər ki, bu sirrin tam açılması üçün daha həssas müşahidə cihazlarına və yeni elmi araşdırmalara ehtiyac var.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 99 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14.09.2021 364 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201