Yutub pul qazanmaq şərtlərini sərtləşdirir
Yutub məzmun yaradıcılarının reklam və premium abunə gəlirlərindən pay əldə etməsi üçün tələb olunan baxış hədlərini artırır.
"Qafqazinfo" xəbər verir ki, yeni qaydalar Yutub Tərəfdaş Proqramına daxil olaraq reklam və Yutub Premium gəlirlərindən pay almaq istəyən yeni yaradıcıları əhatə edəcək.
Hazırda proqramın əsas monetizasiya şərtlərindən biri son 12 ay ərzində 1000 abunəçi və 4000 saat uyğun ictimai baxış vaxtı toplamaqdır. "Shorts" videoları ilə proqrama qoşulmaq istəyənlər isə son 90 gündə 10 milyon uyğun baxış toplamalıdır.
Yeni qaydalara əsasən, uzun videolar üzrə tələb olunan baxış vaxtı 4000 saatdan 8000 saata qaldırılacaq. "Shorts" üçün isə 90 günlük baxış həddi 10 milyondan 20 milyona yüksəldiləcək.
Beləliklə, yutub hər iki istiqamətdə monetizasiya üçün tələb olunan əsas baxış göstəricilərini ikiqat artıracaq.
Yutub bildirib ki, yeni giriş tələbləri artıq Tərəfdaş Proqramında olan məzmun yaradıcılarına şamil edilməyəcək.
Şirkət həmçinin pərəstişkarların birbaşa maliyyə dəstəyini təmin edən Fan Maliyyələşdirmə alətləri və Yutub Alış-veriş funksiyası üzrə mövcud giriş tələblərinin dəyişməyəcəyini açıqlayıb.
Hazırda dünyada 3 milyondan çox məzmun yaradıcısının Yutub Tərəfdaş Proqramında olduğu bildirilir. Şirkətin sözlərinə görə, bu, 2018-ci ildən bəri proqramın qaydalarında edilən ilk böyük dəyişikliklərdən biridir.
Yutub "Shorts" videolarından gəlir əldə etmək üçün də yeni mexanizm tətbiq edəcək.
Şirkətin açıqlamasına görə, 1 fevral 2027-ci ildən etibarən "Shorts" reklam və abunə gəlirlərindən pay almaq üçün kanallar son 90 gün ərzində ən azı 10 milyon uyğun "Shorts" baxışı toplamalıdır.
Bu göstəricidən aşağı düşən kanallar isə Tərəfdaş Proqramından çıxarılmayacaq və uzun videolarından gəlir əldə etməyə davam edəcəklər. Kanal yenidən 10 milyon baxış həddini keçdikdə "Shorts" gəlir paylaşımı bərpa olunacaq.
Şirkət bildirib ki, dəyişikliklər məzmun yaradıcıları üçün yeni təşviq və gəlir imkanlarının maliyyələşdirilməsinə şərait yaradacaq.
Yutub Alış-veriş bonusları, brend əməkdaşlıqları və platformada yeni trendlərin inkişafını dəstəkləyən müxtəlif təşviq proqramlarının genişləndiriləcəyini açıqlayıb.
Şirkət dəyişikliklərə baxmayaraq, 2027-ci ildə məzmun yaradıcılarına 2026-cı illə müqayisədə daha çox vəsait ödəməyi gözlədiyini bildirib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 438 Tarix: 12 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPsixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
Qısqanclıq sosial əhatədən dostluqlara, iş həyatından ailə və romantik münasibətlərə qədər bir çox sahədə davranışlarımıza təsir edə bilən duyğulardan biridir. Bəzən açıq şəkildə büruzə çıxan bu duyğu, bəzi hallarda isə olduqca məsum görünən sözlərin arxasında gizlənə bilir. xəbər verir ki, psixologiyay
27.09.2026 151 Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20.09.2026 220 Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
Mandarin seçərkən yalnız rənginə baxmaq kifayət deyil. Qabığın toxuması və bərkliyi ilə meyvənin ölçüsünə görə çəkisi birlikdə qiymətləndirildikdə daha şirəli və ətirli olanları seçmək ehtimalı artır. Üstəlik, bəzi mandarin növləri yetişdikdə belə qabığında yaşımtıl tonlar saxlaya bildiyi üçün rəng təkbaşın
27.09.2026 219 Qayğanağa bu məhsulu əlavə edin - səhər yeməyiniz daha faydalı olsun
Qayğanağa avokado əlavə etməklə adi səhər yeməyini lif, vitamin və minerallarla daha zəngin etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, qayğanaq səhər yeməyi üçün ən sadə və qidalı seçimlərdən biri sayılır. Lakin mütəxəssislər bildirirlər ki, yumurtanın tərkibində demək olar ki, lif yoxdur
27.09.2026 166 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20.09.2026 238 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
20.09.2026 197 Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20.09.2026 242 Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20.09.2026 277 Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
20.09.2026 331