"ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur" - BƏHRUZ QULİYEV

"ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur" - BƏHRUZ QULİYEV"Rusiya-Qərb qarşıdurmasında yeni təhlükə xətti

ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur. Son günlər Rusiya-Britaniya xəttində ritorikanın sərtləşməsi də təsadüfi deyil. Moskva Britaniyanın Ukraynaya verdiyi dəstəyi artıq yalnız siyasi yardım kimi deyil, müharibəyə birbaşa cəlbolunma kontekstində təqdim etməyə çalışır. Rusiya xarici işlər naziri Sergey Lavrov da Britaniyanın Rusiya ərazisinə zərbələrdə birbaşa iştirakı halında Londonun müharibənin tərəfi kimi qiymətləndirilə biləcəyini bildirib.

Burada əsas məsələ Rusiyanın "nəticələri olacaq" tipli təhdidlərinin nə qədər real hərbi addıma çevrilə biləcəyidir. Hesab edirəm ki, Moskvanın hazırkı mərhələdə birbaşa Böyük Britaniyaya qarşı klassik hərbi əməliyyata başlaması ehtimalı aşağıdır. Çünki belə bir addım avtomatik olaraq Rusiya ilə NATO arasında açıq qarşıdurma riskini yaradar. Bu isə Moskvanın da qaçmağa çalışdığı ən təhlükəli ssenaridir.

Lakin bu, Rusiyanın cavab verməyəcəyi anlamına gəlmir. " Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, bu münasibətlərdən əksinə, daha çox hibrid müharibə, kiberhücumlar, sabotaj, informasiya əməliyyatları, diplomatik təzyiq və dolayı hərbi addımlar gündəmə gələ bilər. Artıq Avropada Rusiyanın bu istiqamətdə fəaliyyətinin artdığı barədə ciddi xəbərdarlıqlar var.

Böyük Britaniyanın Ukraynaya dəstəyi də kifayət qədər strateji xarakter daşıyır. London Kiyevə böyük həcmdə pilotsuz uçuş aparatları və digər hərbi imkanlar təqdim edir. Son olaraq Britaniya istehsalı dronların Rusiya ərazisinə zərbələrdə istifadə edildiyinə dair məlumatların ortaya çıxması Moskvanın reaksiyasını daha da sərtləşdirib.

Amma burada bir məqamı xüsusi vurğulamaq lazımdır: Qərbin Ukraynaya silah verməsi ilə NATO-nun Rusiya ilə birbaşa müharibəyə girməsi eyni şey deyil. Qərb ölkələri məhz bu sərhədi qorumağa çalışırlar. Rusiya da bunu anlayır. Ona görə Moskvanın ritorikası nə qədər sərt olsa da, Kremlin qarşısında NATO ilə birbaşa müharibənin yaratdığı strateji risklər dayanır.

"Düşünürəm ki, Türkiyənin mövqeyi isə ayrıca əhəmiyyət daşıyır. Ankara həm NATO üzvüdür, həm Rusiya ilə mürəkkəb münasibətlərə malikdir, həm də Ukrayna məsələsində diplomatik kanalları açıq saxlayır. Buna görə Türkiyənin rolu yalnız hərbi-siyasi dəstək müstəvisində deyil, eyni zamanda mümkün eskalasiyanın qarşısının alınmasında vasitəçilik baxımından da mühümdür.

Bu gün dünyada təhlükəli vəziyyət yaranıb. Ukrayna müharibəsi artıq yalnız Rusiya-Ukrayna savaşı deyil, Rusiya ilə kollektiv Qərb arasında geosiyasi qarşıdurmanın əsas cəbhəsinə çevrilib. Lakin tərəflərin əsas məqsədi bu qarşıdurmanı NATO-Rusiya müharibəsinə çevirməməkdir.

Ona görə də düşünürəm ki, yaxın perspektivdə Rusiyanın Britaniyaya qarşı açıq hərbi zərbə endirməsindən daha çox, Londona və digər Qərb ölkələrinə qarşı asimmetrik və hibrid cavab tədbirlərinin güclənməsi mümkündür. Ən böyük təhlükə isə məhz yanlış hesablamadır: tərəflərdən birinin atdığı addımın digər tərəf tərəfindən birbaşa müharibə aktı kimi qəbul edilməsi.

Bu baxımdan hazırkı mərhələdə ən vacib məsələ silahların deyil, diplomatiyanın dilinin sərtləşməsinə imkan verməməkdir. Çünki Ukrayna cəbhəsində baş verən hər bir yeni eskalasiya artıq yalnız Kiyev və Moskvanı deyil, Vaşinqton, London, Ankara və bütövlükdə NATO təhlükəsizlik sistemini də prosesə daha dərindən cəlb edir." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

06.11.2026 292
.

Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağstafa Rayon Poli

06.11.2026 165
.

Prezidentin sakinlə zarafatı - "Qonşuyuq?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə kişi sakin arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

06.11.2026 148
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

06.11.2026 261
.

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Noyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Məlumata görə, noyabrın 6-da Venera işıqlanm

06.11.2026 159
.

"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd

06.11.2026 163
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.11.2026 284
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

06.11.2026 220
.