Evliliyi möhkəmləndirən üsul

Evliliyi möhkəmləndirən üsulBirlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir.

Axşam.az xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb.

Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiyi fiziki aktivliyin münasibətlərə təsirini müqayisə ediblər. Məlum olub ki, hər iki halda münasibətlər daha sağlam olur. Lakin birlikdə idman edən cütlüklərdə ünsiyyətin daha yaxşı olduğu, münaqişələri daha sakit həll etdikləri və evlilikdə stress səviyyəsinin daha aşağı olduğu müşahidə edilib.

Xüsusilə gəzinti və yürüşlərin münasibətlərə müsbət təsir göstərdiyi müəyyənləşib. Tədqiqatçıların fikrincə, bunun səbəbi gəzinti zamanı tərəfdaşların bir-biri ilə söhbət etmək üçün daha çox imkan əldə etməsidir. Araşdırma iştirakçıları arasında ən geniş yayılmış birgə fiziki aktivlik növü də məhz gəzinti olub.

Professor Ceremi Yorgensonun sözlərinə görə, birlikdə məşq etmək cütlüklərə münaqişələri dinc şəkildə həll etməyə az da olsa, nəzərəçarpacaq dərəcədə kömək edir. Cütlüklər həmçinin bir-birlərini daha yaxşı dinlədiklərini və həyat yoldaşlarından daha çox dəstək hiss etdiklərini bildiriblər.

Bununla belə, alimlər birgə məşqləri münasibətlərdəki problemlərin universal həlli hesab etmirlər. Xüsusilə övlad böyüdən cütlüklər üçün birlikdə idmana vaxt ayırmaq çətin ola bilər.

Araşdırmaçılar hesab edirlər ki, müntəzəm fiziki aktivlik həyat yoldaşlarının birlikdə daha çox vaxt keçirməsinə və bir-biri ilə ünsiyyəti qorumasına kömək edən vasitələrdən biri ola bilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 109   Tarix: 20 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pişiklər niyə gündə 16 saata qədər yatır? - Əsl səbəb

Demək olar, hər bir pişik sahibi ev heyvanının günün yarısını yataraq keçirdiyini müşahidə edib. Yetkin pişiklər sutkada 12-16 saat, balalar və yaşlı pişiklər isə daha uzun müddət yatır. Lakin bunun sadəcə enerji toplamaqla bağlı olduğu fikri yalnız qismən doğrudur. Mütəxəssislərin sözlərinə görə, pişiklə

09.08.2026 311
.

Gecələr açarı qapının üstündə qoyanların nəzərinə

Ev sahibləri arasında geniş yayılmış təhlükəsizlik tədbiri olaraq qəbul edilən "qapını kilidlədikdən sonra açarı üzərində saxlamaq" vərdişi mütəxəssislərin fikrincə, zənn edilənin əksinə olaraq ciddi təhlükəsizlik və sağlamlıq riskləri yaradır. Xalq arasında içəridə qoyulan açarın çöldən müdaxilən

08.08.2026 337
.

Turlar.AZ - Ucuz turlar, tur paketlər

Turizm elanları saytı ilin istənilən fəslində səyahət həvəskarlarını sevindirir!. Əksər insanlar çox vaxt, xüsusən də yay vaxtı gedə biləcəkləri maraqlı yer axtarışına çıxırlar. Məkanı müəyyənləşdirdikdən sonra isə ora necə getməyi, hansı yolla biletlərin daha ucuz başa gəlməsini araşdırırlar. Səyahə

18.08.2026 209
.

Pəncərə kənarına yalnız bir səbət qoymaq bəs edir: Milçəklər evə girmədən qaçır

İsti havalarda xüsusilə meyvə və tərəvəzlərin olduğu yerlərdə ortaya çıxan milçəklərdən qurtulmaq üçün təbii üsullara üstünlük verilir. Evdə tətbiq oluna bilən ən praktiki üsullardan biri limon və mixək istifadə etməkdir. Bir limonu yarıya bölüb üzərinə bir neçə mixək sancaraq meyvə qabının yanına v

15.08.2026 217
.

Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI

Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə

09.08.2026 268
.

Kleopatranın məzarı haradadır? - 2 min ildir axtarılan hökmdarın sirri

Misirin sonuncu Ptolemey hökmdarı Kleopatra VII tarixdə adı ən çox əfsanələrlə əhatə olunan qadınlardan biridir. Onun həyatı, Yuli Sezar və Mark Antoni ilə münasibətləri, Roma ilə mübarizəsi haqqında çox şey məlum olsa da, bir sual iki min ildən artıqdır cavabsız qalır: Kleopatra harada dəfn edilib?

17.08.2026 328
.

2012-ci il niyə dünyanın sonu hesab olunurdu? - Alimlər AÇIQLADI

Eramızdan əvvəl 3114-cü il avqustun 11-i mayyaların istifadə etdiyi xronoloji sistem - Mezoamerika Uzun Təqviminin başlanğıcı hesab olunur. xəbər verir ki, "Adevarul" nəşrinin yazdığına görə, bu sistem Kolumbdan əvvəlki sivilizasiyaların yaratdığı ən mürəkkəb zaman ölçmə üsullarından biri sayılır

16.08.2026 237
.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. BİG.AZ xəbər verir ki, alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvənin tərkibindəki bəzi birləşmələr orqanizmin stress reaksiyasında rol oynayan "NR4A1"

17.08.2026 304
.

Alimlər yaşlanan beyində gözlənilməz proses aşkarladı

Stanford Universitetinin alimləri yaşlanma zamanı qandan olan immun hüceyrələrinin beyinə daxil olduğunu müəyyən ediblər. xəbər verir ki, bu nəticə beynin immun sisteminin uzun müddət düşünüldüyü kimi tamamilə qapalı və orqanizmin digər hissələrindən ayrı olmadığını göstərir. Tədqiqatçılar müəyyən ediblə

16.08.2026 200
.