Quşlar isti ölkələrin istiqamətini haradan bilirlər?
Quşların hər payız minlərlə kilometr məsafə qət edərək isti ölkələrə uçması təbiətin ən maraqlı hadisələrindən biridir. Onlar nə kompasdan, nə xəritədən, nə də naviqasiyadan istifadə edir, buna baxmayaraq çox vaxt eyni marşrutla gedib geri qayıda bilirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər quşların istiqaməti müəyyənləşdirmək üçün bir neçə fərqli mexanizmdən eyni vaxtda istifadə etdiyini bildirirlər.
Köçəri quşlarda cənuba uçmaq instinkti genetik olaraq formalaşır. Hətta bir neçə ay əvvəl yumurtadan çıxmış bəzi gənc quşlar ilk miqrasiya zamanı istiqaməti müəyyən edə bilirlər.
Quşların isti ölkələrə uçmasının əsas səbəbi isə soyuqdan qaçmaq deyil, qışda qida çatışmazlığıdır. Bəzi növlər Türkiyə, Şərqi Avropa və Yaxın Şərqə, digərləri isə daha uzun məsafə qət edərək Afrikaya qədər uçurlar.
Quşların "daxili kompası" var
Quşların ən maraqlı xüsusiyyətlərindən biri maqnitoresepsiya adlanan qabiliyyətdir. Bu hiss onların Yerin maqnit sahəsini qəbul etməsinə və istiqaməti müəyyənləşdirməsinə imkan verir.
Alimlərin fikrincə, bəzi quş növlərinin görmə sistemi maqnit sahəsi barədə məlumatın qəbulunda rol oynayır. Bu mexanizm quşlar üçün bir növ "daxili kompas" funksiyasını yerinə yetirir.
Onlar həmçinin Günəşin, Ayın və ulduzların səmadakı mövqeyindən də istifadə edirlər. Buna görə bəzi köçəri quşlar gecə saatlarında belə düzgün istiqamətdə hərəkət edə bilir.
Çaylar və dağlar da yol göstəricisidir
Quşlar uçuş zamanı relyefə də diqqət yetirirlər. Çaylar, sahil xətləri, dağ silsilələri və digər iri təbii obyektlər onların yaddaşında marşrut göstəricisi kimi qala bilər.
Məhz buna görə bir çox quş növünün çay vadiləri və sahil xətləri boyunca hərəkət etməsi təsadüfi deyil.
Dəniz və okean üzərindən uçan bəzi quşların isə qoxu hissindən də istifadə etdiyi müəyyənləşdirilib. Onlar müxtəlif ərazilərə məxsus qoxuları yadda saxlayaraq özlərinə bir növ "qoxu xəritəsi" yarada bilirlər.
Leylək, durna və qaz kimi bəzi növlərdə isə gənc quşlar daha təcrübəli fərdlərin ardınca uçur. Beləliklə, marşrutu, dayanacaq yerlərini və əsas istiqamətləri öyrənirlər. Sonrakı illərdə həmin yolu artıq müstəqil şəkildə qət edə bilirlər.
Şəhər işıqları quşlara mane olur
Müasir şəhərlərdə gecə işıqlandırması köçəri quşlar üçün ciddi problem yarada bilər. Güclü küçə işıqları və hündür binalardan yayılan işıq xüsusilə gecə miqrasiya edən quşların istiqamətini çaşdıra bilər.
Nəticədə quşlar marşrutdan yayınır, uzun müddət işıq mənbələrinin ətrafında dövrə vurur, yorulur və bəzən binalara çırpılaraq tələf olurlar.
Bu səbəbdən dünyanın bəzi şəhərlərində yaz və payız miqrasiyası dövründə lazımsız gecə işıqlarının söndürülməsi təşviq edilir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 100 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXiyarları soyuducuda belə saxlayın - 1 həftə keçsə də, təzə qalacaq
Xiyar soyuducuda saxlanılsa belə, qısa müddətdə yumşala, büzüşə və xarab olmağa başlaya bilər. Mütəxəssislər bildirirlər ki, tərəvəzin daha uzun müddət təzə və xırtıldayan qalması üçün onu həddindən artıq nəmdən, çox aşağı temperaturdan və bəzi meyvələrdən qorumaq lazımdır. xəbər verir ki, xiyarlar
15:20 120 Yüksək intellektli insanların 1 nömrəli hobbisi: Bu, şahmat deyil
İnsanlar çox ağıllı bir şəxsin boş axşamını necə keçirdiyini təsəvvür edərkən, adətən mürəkkəb fəaliyyətlər düşünürlər. Məsələn, şahmat taxtası və ya hansısa tapmaca. Bunun arxasında intellektin əzələ kimi işlədiyi və hobbilərin də onu məşq etdirmək üçün bir vasitə olduğu düşüncəsi dayanır. Qaynarinf
17.08.2026 411 Quşlar isti ölkələrin istiqamətini haradan bilirlər?
Quşların hər payız minlərlə kilometr məsafə qət edərək isti ölkələrə uçması təbiətin ən maraqlı hadisələrindən biridir. Onlar nə kompasdan, nə xəritədən, nə də naviqasiyadan istifadə edir, buna baxmayaraq çox vaxt eyni marşrutla gedib geri qayıda bilirlər. xarici mediaya istinadən xəbər verir ki, alimlə
17:30 0 Turizm Xidmətləri Turlar.AZ saytında
saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri
17.08.2026 222 Az söz bilmək düşüncəni də kasadlaşdırır - Filoloqdan XƏBƏRDARLIQ
İnsan tarixizmləri və arxaizmləri öyrənirsə, bu, yalnız onun lüğət ehtiyatını zənginləşdirmir, həm də düşüncə qabiliyyətini inkişaf etdirir. Onlardan gündəlik nitqdə istifadə etmək vacib deyil, lakin mənalarını başa düşmək mədəni savadlılığın mühüm tərkib hissəsidir. xəbər verir ki, bunu RT-yə müsahibəsind
16:40 79 Pulqabında yaxınlarınızın və mərhumların şəklini gəzdirmək olmaz - Xalq inancları
Bir vaxtlar pul kisəsində uşaqların, valideynlərin və sevilən insanların kiçik fotolarını gəzdirmək olduqca adi hal sayılırdı. Lakin xalq inanclarına görə, pul kisəsində foto saxlamaq, xüsusilə vəfat etmiş insanların şəkillərini gəzdirmək arzuolunmaz hesab edilir. xalq inanclarını araşdıran mütəxəssislər
16:30 103 Dondurucudakı buzu bir neçə dəqiqəyə necə əritmək olar?
Əgər dondurucu kamera "No Frost" sistemi ilə təchiz edilməyibsə, onun divarlarında zaman keçdikcə buz təbəqəsi yaranır. Dondurucunun buzunu əritmək isə uzun və əziyyətli iş olduğuna görə bir çox insan bunu mümkün qədər təxirə salır. xarici mediaya istinadən xəbər verir ki, adi alüminium folqada
18:30 0 Süni intellektlə eşq şousu çəkiləcək
Cənubi Koreyada insanlarla süni intellekt arasındakı romantik münasibətləri araşdıran yeni realiti-şou yayımlanacaq. Axşam.az xəbər verir ki, "My AI Partner: A Strange Romance" adlı layihədə virtual tərəfdaşla münasibət qurmaq istəyən insanlar iştirak edəcək. Şouda aktrisa Li Yu Bi və komediy
22.08.2026 171 Təmir ustası xidməti
Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust
22.08.2026 5736