Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm"
"IRONMAN 70.3 Baku" yarışında ilk finiş edən xorvatiyalı triatlonçu Matej Jukiç yarışdan sonra təəssüratını bölüşüb.
Oxu.Az xəbər verir ki, Xorvatiyanın kiçik şəhərlərindən birindən olduğunu bildirən idmançı Bakıda göstərdiyi nəticədən razı qaldığını deyib.
O qeyd edib ki, bu, onun şəxsi ən yaxşı nəticəsi deyil:
"Ümumilikdə yarışdan çox razıyam. Qaçış mərhələsində son kilometrə yaxın komanda yoldaşım mənə dedi ki, birinci olmaq istəyirəmsə, sürətimi artırmalıyam. Mən də son kilometrdə tempimi yüksəltdim və nəticədə finişə ilk çatdım. İkinci yeri tutan idmançı ilə aramızda cəmi bir saniyə fərq oldu".
Jukiç qaçış mərhələsinin, adətən, onun üçün ən rahat hissə olduğunu, lakin bu dəfə vəziyyətin fərqli olduğunu bildirib:
"Adətən, qaçış mənim üçün ən asan mərhələdir. Amma bu dəfə çox çətin keçdi. Bu, yarım IRONMAN-dir. Qarşıda isə tam IRONMAN məni gözləyir. İki həftədən sonra tam məsafəli yarışda iştirak edəcəyəm və artıq ona hazırlaşıram".
Xorvatiyalı triatlonçu son anda birinci olduğunu öyrənməsinin yaratdığı hisslərdən də danışıb:
"Bu, inanılmaz emosiyadır. Eyni zamanda, ikinci olan idmançı üçün heyifsilənirəm. Çünki finişə çatmağımda və sürətimi artırmağımda onun böyük rolu oldu. Mənə son kilometrdə sürətimi artırmağı məsləhət gördü və nəticədə birinci oldum, ən yaxşı nəticəmi göstərdim".
Qeyd edək ki, "IRONMAN 70.3 Baku" yarışında 62 ölkədən 1 500-dən çox triatlonçu iştirak edir. İdmançılar ümumilikdə 113 kilometr məsafə qət edirlər. Yarış 1.9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21.1 kilometr qaçış mərhələlərindən ibarətdir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 355 Tarix: 05 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQazaxıstan Şahmat Federasiyasının rəhbəri FIDE-nin prezidenti seçilib
Qazaxıstan Şahmat Federasiyasının rəhbəri Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti seçilib. Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. T.Turlov FIDE-nin Səmərqənddə keçirilən Baş Assambleyasında qurumun rəhbəri seçilib. Qeyd edək ki, FIDE-yə 2018-c
26.09.2026 334 Prezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
05.10.2026 489 "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı
"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı
22.09.2026 454 Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə
28.09.2026 358 "İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19.09.2026 378 Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ
04.10.2026 557 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 580 Azərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
04.10.2026 549 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?
Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund
14.10.2026 440