Şəhidin anasını yox vicdanımızı mühakimə edək - KÖŞƏ YAZISI

Şəhidin anasını yox vicdanımızı mühakimə edək - KÖŞƏ YAZISIŞəhid anasını "cana yığdı" deməkdən əvvəl bir anlıq dayanmaq, nəfəs dərmək və özümüzə çox ağır bir sual vermək lazımdır: biz nə vaxt bu qədər amansız olduq?

Son günlər şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova haqqında sosial şəbəkələrdə və bəzi media resurslarında müxtəlif ittihamlar səslənir. Onun Bərdə sakinlərini narazı saldığı, şəhid anası statusundan sui-istifadə etdiyi barədə iddialar yayılıb. Şəhid anası isə bu ittihamları rədd edib və hüquqi müstəvidə mübarizə aparacağını açıqlayıb.

İttihamların həqiqət olub-olmadığını hüquq və faktlar müəyyənləşdirə bilər. Kiminsə davranışında problem varsa, bunun da qanuni və sivil yolları var. Amma bir məsələdə tərəddüdə belə yer yoxdur: şəhid anasını sosial şəbəkə linçinə çıxarmaq nə hüquqdur, nə ədalət, nə də vicdan.

Xudayar Yusifzadə sıradan bir ad deyil. O ad Azərbaycanın ən ağır günlərində "Vətən yaxşıdır" deyərək yaddaşımıza yazılmış bir səsdir. O səs Qarabağın dağlarında qalmadı. Azərbaycan xalqının yaddaşına keçdi.

İndi isə həmin şəhidin anasını bir neçə statusun, bir neçə emosional paylaşımın, bir neçə təsdiqlənməmiş ittihamın içində müzakirə obyektinə çevirmək istəyirik.

Nə qədər qəribədir...

Oğlunu Vətənə verəndə şəhid anası "cəmiyyətin rahatlığı" haqqında düşünmədi. O, oğlunun tabutunu qarşıladı. Biz isə illər sonra onun davranışını müzakirə etməyə özümüzdə haqq görürük.

Əlbəttə, şəhid ailəsi olmaq heç kimə qanundan üstün olmaq hüququ vermir. Şəhid adı da heç kəsə başqasını incitmək, təhqir etmək və ya cəmiyyətin qaydalarını pozmaq imtiyazı yaratmır. Amma eyni dərəcədə doğrudur ki, şəhid ailəsinə münasibət də adi sosial münasibət səviyyəsində ola bilməz.

Çünki burada söhbət sadəcə bir ailədən getmir.

Bu ailələrin evində bizim rahatlığımızın qiyməti var.

Biz Şuşaya gedəndə yolumuz rahatdırsa, Xudayarların hesabına rahatdır. Qarabağda bayraq dalğalanırsa, Xudayarların hesabına dalğalanır. Bu gün övladlarımız azad torpaqlarda məktəbə gedirsə, biz şəhərlərdə sakit yaşayırıqsa, bunun arxasında şəhid analarının qapısında heç vaxt sağalmayan bir yara var.

Bunu xatırlamaq üçün hər dəfə şəhid ailəsinə güzəşt etmək lazım deyil. Sadəcə, insan olmaq kifayətdir.

Ən ağrılı məqam isə budur ki, sosial şəbəkələr bizə insan haqqında bir neçə dəqiqə ərzində hökm çıxarmaq vərdişi qazandırıb. Kimsə bir cümlə yazır, digəri paylaşır, üçüncüsü üstünə bir ittiham əlavə edir, dördüncüsü söyür. Axırda ortada fakt yox, kütləvi qəzəb qalır.

Bu, informasiya deyil.

Bu, ədalət deyil.

Bu, cəmiyyət deyil.

Bu, linç mədəniyyətidir.

Jurnalistika da bu yerdə öz məsuliyyətini unutmamalıdır. Xəbər adı altında insanın ləyaqətinə toxunmaq, xüsusən də şəhid ailəsi ilə bağlı təsdiqlənməmiş iddiaları tirajlamaq peşəkarlıq sayıla bilməz. Media cəmiyyəti qızışdırmaq üçün deyil, cəmiyyətə həqiqəti göstərmək üçün var.

Bir şəhid anasının səhvi varsa, onu da faktla göstərmək olar. Narazılıq varsa, araşdırmaq olar. Hüquq pozuntusu varsa, hüquqi müstəviyə çıxarmaq olar. Amma "cana yığıb", "statusundan istifadə edib" kimi ağır ifadələri faktın yerinə qoymaqla heç bir problemi həll etmək mümkün deyil.

Əksinə, biz daha böyük bir mənəvi problem yaradırıq.

Şəhid ailələrinə "sizə verilən statusdan istifadə etməyin" deyən cəmiyyət əvvəlcə özündən soruşmalıdır:biz onların verdiyi fədakarlığın hansı haqqını ödəyə bilmişik?

Onlar övlad verdilər.

Biz isə bəzən bir paylaşımı belə çox görürük.

Onlar övladlarının səsini son dəfə eşitdilər.

Biz isə şəhid adını statusa yazıb bir neçə dəqiqə sonra gündəlik həyatımıza qayıtdıq.

Onlar oğullarının məzarına getdilər.

Biz isə onların ailələrini sosial şəbəkədə mühakimə etdik.

Bu müqayisənin özü belə adamı utandırmalıdır.

Bu gün məsələ Radə Qurbanovanın kimisə narazı salıb-salmamasından daha böyükdür. Məsələ bizim şəhid ailəsinə münasibətimizin hansı mənəvi səviyyəyə gəlib çatmasıdır.

Şəhid anası da insandır. Onun da əsəbi ola bilər, qəzəbi ola bilər, yorğunluğu ola bilər, yanlış danışdığı an ola bilər. O da səhv edə bilər. Amma biz onun həyatının ən böyük ağrısını - övlad itkisini - görməzdən gəlib yalnız davranışının bir hissəsini böyüdürüksə, onda özümüzün insanlığını sorğuya çəkməliyik.

Bu gün Xudayarın anasını hədəfə gətirənlərə bir sualım var:

Xudayarın yerində sizin oğlunuz olsaydı, anasının haqqında belə danışılmasını qəbul edərdinizmi?

Cavab verməzdən əvvəl bir dəfə də Xudayarın "Vətən yaxşıdır" deyən səsini xatırlayın.

O səs bu torpağın səsidir.

O səs bir ananın bətnindən çıxıb Vətənə çevrildi.

İndi həmin anaya qarşı bir az daha mərhəmətli olmaq çoxmu çətindir?

Şəhid ailələri toxunulmaz deyil - amma onların ləyaqəti bizim hər birimizin toxunmağa ehtiyat etməli olduğu mənəvi sərhəddir. Hüquq hər kəs üçün eynidir. Lakin vicdanın da öz ədaləti var.

Və məncə, bu gün ən çox ehtiyacımız olan məhz həmin vicdan ədalətidir.

Çünki şəhidin anasını incitmək heç vaxt cəmiyyətin qələbəsi ola bilməz.

Əksinə, şəhidin anasını qorumaq - onun oğlunun xatirəsinə, onun verdiyi qurbana və bu torpağın müqəddəsliyinə hörmətin ən sadə ifadəsidir.

Xudayarlar bu xalqın başını ucaltdılar. Heç olmasa, onların analarının başını aşağı salmayaq.

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 991   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 52
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 330
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 400
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 475
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

05.11.2026 412
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

05.11.2026 264
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 406
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 308
.